Azərbaycanın regionlarında
heyvandarlıq sahəsində yüksək göstəricilər
əldə olunur
Ölkə üzrə keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 195,3 min tona çatıb
Son illərdə Azərbaycanın bölgələrində aqrar sektorun intensiv inkişaf edən istiqamətlərindən biri də heyvandarlıqdır. Respublikanın ərzağa olan tələbatının getdikcə daha böyük həcmdə yerli istehsal hesabına ödənilməsi heyvandarlıq sahəsində qabarıq şəkildə nəzərə çarpır. Hazırda ölkədə ət və ət məhsulları, quş əti, yumurta və digər istiqamətlər üzrə daxili tələbat əsasən yerli istehsal hesabına ödənilir, hətta ölkəmizin müəyyən həcmlərdə ixrac imkanları da yaranıb.
2018-ci ilin birinci yarısında ölkədə heyvandarlıq məhsullarının istehsalı artıb
Respublikamızda heyvandarlığın inkişafı sahəsində son illərdə müşahidə edilən artım dinamikası 2018-ci ilin birinci yarısında da yüksək olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1770,4 milyon manat təşkil edib ki, onun da 1462,7 milyon manatı heyvandarlıq, 307,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkədə kənd təsərrüfatının istehsalı 8,5 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,5 faiz artıb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 195,3 min ton olub. Bəhs olunan dövrdə süd istehsalı 1,4 faiz artaraq 829,1 min ton, yumurta istehsalı 0,3 faiz artaraq 741,8 milyon ədəd təşkil edib. Respublika üzrə 11,8 min ton yun tədarük edilib.
Ayrı-ayrı bölgələrdə ət, süd, yumurta və yun istehsalında daha yüksək artım müşahidə edilir
Respublikanın ayrı-ayrı bölgələrində heyvandarlıqda daha yüksək artım müşahidə edilir. Məsələn, Göyçay rayonunda kənd təsərrüfatının ənənəvi sahələrindən olan heyvandarlıqda cari ilin birinci yarısında uğurlu nəticələr qazanılıb. Belə ki, ilin ilk 6 ayında məhsul istehsalı üzrə bütün göstəricilər ötən ilin müvafiq dövründəkindən çox olub. Ötən yarım ildə rayonda ət istehsalı (diri çəkidə) keçən ilin müvafiq dövründəkinə nisbətən 85,8 ton artaraq 3783 tona çatıb. Altı ayda 10 min 925 ton süd istehsal olunub. Bu, ötən yarımillikdəki göstəricidən 48,4 ton artıqdır. Yumurta istehsalı 3 milyon 984 ədəd artaraq 9 milyon 964 min ədəd, yun istehsalı 19 ton artaraq 96,6 ton olub.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların cins tərkibi yaxşılaşır, sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
Rayon Statistika İdarəsindən verilən məlumata görə, 2018-ci ilin birinci yarısında rayonda mal-qaranın baş sayı 40 min 536 olmaqla 1,0 faiz artıb. Altı ay ərzində təsərrüfatlarda 2181,7 ton ət, 18 min 334,7 ton süd, 165,5 ton yun, 6928 min ədəd yumurta istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 3,8 faiz, süd istehsalı 5,4 faiz, yun istehsalı 5,3 faiz çoxalıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan südlük və ətlik istiqamətli cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumata görə, təkcə 2018-ci ilin altı ayında 1251 baş inək və düyə süni yolla mayalandırılıb, 736 baş sağlam cins buzov alınıb.
Ağsu rayonunun
heyvandarları da ilin ilk altı ayını uğurlu
göstəricilərlə yekunlaşdırıblar.
Heyvandarlıq rayonda ənənəvi təsərrüfat
sahəsi sayılır və son illərdə
bu sahədə dinamik
inkişaf müşahidə edilir. Cari ilin
6 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən məhsul
istehsalı çoxalıb. Belə ki,
yarım ildə 2504 ton ət istehsal edilib ki, bu göstərici
keçən ilin müvafiq
dövründəkindən 26 ton çoxdur. Süd
istehsalı 160 ton artaraq
14 min 359 tona, yumurta istehsalı 2 milyon
407 min ədəd artaraq
7 milyon 459 min ədədə
çatıb. Yarım ildə yun istehsalı
da 2 ton artıb və 308 ton olub. Rayonun demək olar ki, bütün ərazi vahidlərində,
xüsusilə Gəgəlidə,
Kəndobada, Qaraqoyunluda,
Bozavandda və bir sıra digər
yerlərdə sahibkarlar
daha yüksək artıma nail olublar.
Saatlı
Rayon Statistika İdarəsindən
verilən məlumata görə, hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında
67 min 617 baş iribuynuzlu
mal-qara və 115 min
348 baş qoyun-keçi
saxlanılır. Bu göstərici ötən
ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə
1211 baş çoxdur.
Təsərrüfatlarda mal-qara və
davarların baş sayının artırılması
ət, süd və yun istehsalına
da güclü təkan verib.
Cari ilin 6 ayı ərzində rayonda 3 min
566 ton ət (diri çəkidə), 20 min 603 ton süd və 85 ton yun istehsal edilib
ki, bu da
ötən ildəkindən
xeyli çoxdur.
Regionlarda
mal-qaranın cins tərkibi yaxşılaşdırılır
Prezident İlham Əliyevin tapşırığına uyğun
olaraq respublikamızda
heyvandarlıq intensiv yolla inkişaf etdirilir. Ölkədə heyvanların cins
tərkibinin yaxşılaşdırılması
əsas vəzifələrdən
biri kimi qarşıya qoyulub.
Bu məqsədlə bir tərəfdən ölkəmizə xaricdən
cins mal-qara gətirilir, digər tərəfdən isə təsərrüfatlarda heyvanların
baş sayının intensiv metodlarla artırılması, süni
mayalandırma tədbirləri
geniş şəkildə
təşviq edilir.
Belə ki, süni mayalanma
yolu ilə alınan hər buzova görə fermerlərə 100 manat həcmində subsidiya ödənilir. Bu praktikadan artıq respublikanın əksər
bölgələrində istifadə
olunur. Kənd Təsərrüfatı Nazirliyindən
verilən məlumata əsasən, ötən il respublika
miqyasında süni mayalanma yolu ilə 52 min baş damazlıq buzov alınıb. Dövlət dəstəyindən bəhrələnən fermerlər
öz təsərrüfatlarında
mal-qaranın baş sayının süni mayalandırma yolu ilə artırılmasına
böyük maraq göstərirlər. Fermerlər
bildirirlər ki, köhnə cinsdən olan mal-qara az məhsuldardır. Süni mayalandırma yolu ilə alınan buzovlar isə tez böyüyürlər
və onların məhsuldarlığı daha
yüksəkdir. 2018-ci
ilin sonunadək Azərbaycana xaricdən 10
min baş damazlıq heyvan gətirilməsi nəzərdə tutulub.
Xaricdən gətirilən cins
heyvanlar arasında tələfat hallarının
qarşısını almaq
üçün onların
düzgün yem rasionu tərtib olunur, qulluq cədvəli hazırlanır
və fermerlər bu barədə məlumatlandırılırlar.
İsmayıllı rayonunun Keyvəndi
kəndində “Azza-aqro”
şirkəti tərəfindən
tikilən 1500 başlıq
müasir heyvandarlıq
kompleksinə “Aqrolizinq”
ASC-nin xətti ilə Almaniyadan holşteyn-friz cinsindən
olan 99 baş südlük inək gətirilib. Kompleksə daha 200 baş
heyvanın gətirilməsi
planlaşdırılır. Gətirilən inəklərdən qan nümunəsi alınaraq bruselyoz xəstəliyinə görə
seroloji müayinə və dabaq xəstəliyinin
A-0-Asiya-1 tiplərinə qarşı
profilaktik peyvənd aparılıb.
Qeyd edək
ki, heyvandarlıq kompleksinin inşasının
birinci mərhələsi
başa çatıb. İlk mərhələdə
300 başlıq tövlələrdən
biri istifadəyə verilib. İstifadəyə verilən, hazırda
gətirilən inəklərin
saxlandığı tövlədə,
habelə sağım
və doğum məntəqələrində bütün
lazımi avadanlıqlar
quraşdırılıb. Buzovların saxlanması üçün
beton örtüklü
meydançanın inşası
da başa çatdırılıb. Kompleksdə,
habelə yem emalı üçün avadanlıqlar da quraşdırılıb.
Cari ildə
Daşkəsən rayonundakı
heyvandarlıq təsərrüfatlarında
süni yolla mayalandırılan 72 baş
iribuynuzlu mal-qaradan 65 baş cins buzov
alınıb. Hazırda rayonda heyvanların
cins tərkibini yaxşılaşdırmaq üçün
biri əsas, digəri isə yardımçı olmaqla,
iki süni mayalama mərkəzi fəaliyyət göstərir.
Keçən il bu mərkəzlərdə
əvvəlki illə
müqayisədə 68 baş
çox heyvan mayalandırılıb və
81 baş çox buzov alınıb.
Respublikanın əsas heyvandarlıq rayonlarından olan Daşkəsəndə bu
sahənin inkişafı
üçün mayalama
məntəqələrinin sayının artırılması
və təsərrüfat
sahibləri arasında
heyvanların süni mayalandırılması işinin
daha da genişləndirilməsi
üçün tədbirlər
davam etdirilir.
Ölkə üzrə epizootik
vəziyyət sabitdir
Cari il yanvarın
əvvəllərindən etibarən
ölkə ərazisində
Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən
təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq qaramal və davarların, təkdırnaqlı heyvanların,
donuz və dəvələrin qarayara
xəstəliyinə qarşı
peyvəndləmə tədbirlərinə
start verilib. Bu ilin 5 ayı ərzində qarayara xəstəliyinə
qarşı 2551996 baş
iribuynuzlu, 7353609 baş
xırdabuynuzlu, 88087 baş
təkdırnaqlı, 6995 baş
donuz və 105 baş dəvə peyvənd olunub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, artıq ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri (cavan heyvanlar istisna olmaqla) yekunlaşıb. Cavan heyvanlarda peyvəndləmə isə cari ilin üçüncü rübündə aparılacaq. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirilib ki, respublikada kəskin yoluxucu xəstəliklərə, o cümlədən qarayara xəstəliyinə görə epizootik vəziyyət sabitdir.
Eyni zamanda, regionlarda fermerlər arasında maarifləndirmə işi gücləndirilir. Elə bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarına səfər edərək təsərrüfatlarda çoxsaylı görüşlər keçirib. Səfər çərçivəsində B.Rzayev bölgələrdə olan heyvandarlıq təsərrüfatlarının mövcud vəziyyəti, heyvanların müxtəlif xəstəliklərinə qarşı aparılan peyvəndləmə tədbirləri ilə yaxından tanış olub və fərdi təsərrüfat sahiblərinə öz tövsiyələrini verib.
Dövlət Baytarlıq Xidmətinin rəhbəri baytarlıq idarələrinin diaqnostik kabinetlərinə, soyuducu kameralarına və digər inzibati bölmələrinə baxış keçirib, idarələrin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və kəskin yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərinin nəticələri ilə yaxından tanış olub. O, fermerlərin müraciətlərinin idarələr tərəfindən dinlənilərək çevik və operativ cavablandırılmasının vacibliyini nəzərə çatdırıb.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.- 2018.- 13 iyul.- S.7.