Azərbaycan multikulturalizmi dünya universitetlərində

 

2016-cı il martın 11-dən 13-dək Hindistanın Nyu Dehli şəhərində Dünya Mədəniyyət Festivalı keçirilərkən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Azərbaycanı fəxri qonaq qismində təmsil edən yeganə dövlət qurumu idi. Artıq 2017-ci il dekabrın 20-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənovun Hindistanın Sri Sri Universitetinin səlahiyyətli nümayəndəsi, “Yaşamaq sənətiBeynəlxalq Fondunun direktoru Svami Cotirmaya ilə görüşü baş tutdu. Görüşdə 2018-ci ildən başlayaraq HindistandaAzərbaycan multikulturalizmifənninin tədris edilməsi barədə BBMM ilə universitet arasında müqavilə imzalandı. Sri Sri Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə 2018-ci il fevralın 11-də start verildi dərslər aprelin 11-dək davam etdi. Fənni Kənan Məmmədov tədris edirdi. Açılış dərsində universitetin prezidenti Rajit Kulkarni, universitetin rektoru Nanda Lal, fənnin tədris olunduğu kafedranın müdiri Pratima Sarangi tələbələr iştirak edirdilər.

Hindistan, bəlkə , dünyanın ən böyük multikultural ölkəsidir. Bu ölkədə tolerantlıq çox güclüdür. Hindistanda 29 ştat var ki, hər ştatın da öz dili, geyim tərzi, mətbəxi, mədəniyyəti mövcuddur. Eyni zamanda, burada müxtəlif dinlərə etiqad edən əhali yaşayır (hinduizm, buddizm, zərdüştlük, islam s.). Kənan Məmmədov deyir ki, HindistandaAzərbaycan multikulturalizmifənninin tədrisi böyük maraqla qarşılanıb. Mənİctimai siyasət dövlət idarəçiliyikafedrasına göndərildim. Orada universitetin prezidenti rektorla görüşdük. Müzakirələr apardıq, dərslərin formasını müəyyən etdik. Fevralın 20-də kursun rəsmi açılış mərasimi keçirildi. Açılışda Azərbaycan haqda geniş məlumat verildi, Azərbaycanın multikulturalizm siyasəti, eləcə bu fənnin universitetlərdəki tədrisi haqda danışıldı, 18 xarici ölkə universitetində tədris olunduğu vurğulandı. Onlar Hindistanla əməkdaşlığın məhz bu universitetdən başlamasından qürur duyduqlarını söylədilər”.

Azərbaycan multikulturalizmiaçıq kurs kimi müəyyənləşdirilərək, həftədə 3 dəfə 90 dəqiqə həcmində tədris olunub. Dərslər mühazirələr şəklində, “Azərbaycan multikulturalizmidərsliyinə əsasən keçilib, rəngarəng slaydlar videolarla müşayiət edilib. Fənnin bakalavriat səviyyəsinin müxtəlif kurslarından, eləcə magistr tələbələrindən 33 dinləyicisi olub. Proqram üzrə təqdim olunan 15 dərsin sonunda yazılı imtahan keçirilib. 20 tələbə kursu müvəffəqiyyətlə başa vuraraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən sertifikatlarla təltif olunub. Həmin tələbələrin bəziləri builki yay məktəbində iştirak edəcəklər.

Kənan Məmmədov deyir ki, tələbələr dərsə ciddi yanaşır, hər şeyi maraqla dinləyir, suallar verirdilər. Seminarlarda Azərbaycanda multikultural vəziyyət, multikulturalizm sahəsində aparılan işlərlə bağlı müxtəlif mənbələrdən əldə etdikləri əlavə materiallar əsasında təqdimatlarla çıxış edirdilər. Onların demək olar ki, hamısı Hindistanın müxtəlif ştatlarından idilər. Buna görə , ev tapşırıgı kimi, hər biri öz ştatındakı multikulturalizm haqqında xüsusi təqdimat hazırlayıb təqdim ediblər”.

Hindistanın Sri Sri UniversitetindəAzərbaycan multikulturalizmifənninin tədrisi çərçivəsində bu il fevralın 26-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş xüsusi dərs təşkil olunub. Dərsdə Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımının səbəbləri nəticələri haqqında ətraflı məlumat verilib, tələbələrin faciə ilə bağlı sualları cavablandırılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Hindistanın Sri Sri Universiteti ilə əməkdaşlığını növbəti tədris ilində davam etdirəcək.

Billurə Aslanqızı

Yeni Azərbaycan.- 2018.- 11 iyul.- S.7.