Sloveniyanın Maribor şəhərində
Xocalı soyqırımının
qurbanlarına həsr
edilən xatirə lövhəsinin açılışı
olub
Mayın 31-də Sloveniyanın Maribor şəhərində yerləşən
və müharibə qurbanlarına həsr olunan Dobrava Memorial Park Kompleksi
ərazisində Xocalı
soyqırımının qurbanlarına
həsr olunan xatirə lövhəsinin açılış mərasimi
keçirilib.
AZƏRTAC xəbər
verir ki, Xocalı soyqırımı
haqqında həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılması baxımından mühüm
əhəmiyyət kəsb
edən xatirə lövhəsinin Mariborda ucaldılması Azərbaycanın
Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin dəstəyi
ilə mümkün
olub. Bu, Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının, Sloveniya-Azərbaycan
Dostluq Assosiasiyasının
və Avropada Əlamətdar Qəbiristanlıqlar
Assosiasiyasının birgə
layihəsidir.
“Avropa qəbiristanlıqlarının açılış həftəsi”
çərçivəsində keçirilən mərasimdə
Sloveniya parlamentinin yuxarı palatasının
(Dövlət Şurası)
sədri Aloys Kovştsa, Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
sədri, ATƏT PA-nın
vitse-prezidenti, millət
vəkili Azay Quliyev,
Azərbaycanın Avstriya,
Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov, Azərbaycanın Xorvatiyadakı
səfiri Fəxrəddin
Qurbanov, “Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması”
İdarə Heyətinin
üzvü, professor Fərhad Bədəlbəyli,
Maribor şəhərinin
meri Andrey Fiştravets, diplomatik korpusun təmsilçiləri,
yerli ictimaiyyətin üzvləri və mətbuat nümayəndələri
iştirak ediblər.
Açılış mərasimində Dobrava Memorial Parkının direktoru, Avropada Əlamətdar Qəbiristanlıqlar
Assosiasiyasının prezidenti
Lidiya Pliberşek, Sloveniya parlamentinin yuxarı palatasının
sədri Aloys Kovştsa, səfir Qalib İsrafilov və deputat Azay Quliyev çıxış
ediblər.
Azay Quliyev
bu layihənin ərsəyə gəlməsində
əməyi keçən
bütün qurumlara Milli Məclis və Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurası
adından təşəkkür
edib. O qeyd edib ki, Xocalı
faciəsi hər bir azərbaycanlı üçün çox ağır bir mövzudur və bu faciəyə beynəlxalq ictimaiyyət tərəfindən obyektiv
qiymətin verilməsi
mühüm önəm
kəsb edir.
Çıxışların
ardınca yerli musiqiçilər və Azərbaycanın Əməkdar
Artisti Tünzalə Ağayeva matəm və vətənpərvərlik
mövzusunda mahnılar
ifa ediblər.
Sonra memorial
kompleksi ərazisində
Xocalı faciəsinin
qurbanlarına həsr
olunmuş xatirə lövhəsinin açılışı
olub.
Yeni Azərbaycan.-
2018.- 2 iyun.- S.6.