Ulu öndər Heydər Əliyev ölkəmizin
ən çətin anında xilaskarlıq missiyasını qürurla öz üzərinə
götürərək, şərəflə yerinə yetirdi
Azərbaycanın
müstəqilliyinin əbədiliyini təmin edən 15 iyun - xalqımızın nicat
günü. Artıq 25 illik
ildönümünü qeyd
etdiyimiz Milli Qurtuluş Günümüz.
Doğma xalqının
çağırışına heç
vaxt biganə qalmayan
Heydər Əlirza oğlu Əliyevin
1993-cü il iyun
ayının 9-da xalqın tələbi ilə
Naxçıvandan Bakıya gəlişi. Azərbaycan tarixinin ən şanlı səhifələrindən
olan bu tarixi
anların şahidi olan
Şəmsəddin Xanbabayevin (1992-2000-ci
illərdə Naxçıvan Muxtar
Respublikasının baş naziri, hal-hazırda Xaçmaz
rayon İcra Hakimiyyətinin
başçısı) dedikləri: “Prezident
Əbülfəz Elçibəyin təyyarəsi iyunun 7-dən Naxçıvan hava
limanında Heydər Əliyevi gözləyirdi. Baxmayaraq ki, Ulu öndər hələ Bakıya getmək
barədə qərar verməmişdi. İyunun
8-də saat 18 radələrində prezident Ə.Elçibəy dövlət telefonu ilə mənim otağıma zəng etdi. Onun dönə-dönə
düz 3 dəfə təkrar edərək
dediklərini mən də çox
aydın şəkildə eşitdim: “Qoy, Bakıya gəlsin, Onun
ayağının altında qurban kəsərəm.
Qardaş qırğını
başlayır, Azərbaycan parçalana
bilər. Heydər Əliyev indi də gəlməyib
nə vaxt gəlməlidir?!”. Bakıdan olan bu telefon
zəngi barədə məlumat vermək üçün
özünün icazəsi ilə dərhal
Ulu öndərin iş
otağına gəldim və eşitdiklərimi olduğu kimi ona danışdım. O, diqqətlə məni
dinlədikdən sonra, - “Şəmsəddin,
bir də təkrar elə”, - dedi. Mən də təkrar etdim.
Ayağa durub kabinetdən
çıxmaq istəyirdim ki, o məni saxlayaraq “hər şeyi olduğu kimi bir də danış”,
- dedi. Mən də eşitdiklərimi
yenidən təkrar etdim.
Beləliklə,
Ulu öndər Azərbaycanda
yaranmış mürəkkəb hərbi-siyasi vəziyyəti
aradan qaldırmaq və qardaş
qırğını təhlükəsinin
qarşısını almaq məqsədilə
iyunun 8-də axşam
Bakıya dönmək barədə qərar verdi
və mənə tapşırdı ki,
Şəmsəddin, sən aidiyyəti şəxslərlə
danış ki, bizim təyyarə
Ermənistan üzərindən deyil, İran üzərindən uçsun.
Özün də hazırlaş, mənimlə
Bakıya gedəcəksən. Təbiidir ki, mən də Onun
adından kimlərlə lazımdısa danışaraq məsələni
həll etdim. İyunun
9-da saat 11-də Ulu
öndər Ali Məclisin binasından
çıxaraq hava limanına gedərkən
Ali Məclisin qarşısına
toplaşmış 50 mindən çox insan Onu yola
salmağa gəlmişdi. Toplaşanlar arasında Muxtar
Respublikanın, demək olar ki, bütün
rayonlarından gələn çoxsaylı insanlar
var idi. Qadınlarla
yanaşı, hətta bəzi kişilər də
ağlayırdı. Əsas olan isə o idi ki,
bu insanların hamısı sevindiyindən
ağlayırdı. Hamı yaxşı bilirdi
ki, O, Bakıya getməklə qardaş qırğını dayanacaq
və Azərbaycan parçalanmaqdan xilas olacaq.
Naxçıvandan
Bakıyadək 1 saat 5 dəqiqəlik uçuş zamanı mən təyyarədə
masa arxasında Ulu
öndərlə üzbəüz oturmuşdum.
O, yolboyu söhbət edirdi.
Hərdənbir də fikrə gedirdi. Hiss edirdim ki,
Ulu öndər belə anlarda
daha çox məhz
qarşıdakı görüşlər, müstəqil Azərbaycanın
yaxın və uzaq qayğıları barədə
düşünür. O vaxtdan
25 il keçir və
hər dəfə həmin tarixi anı
xatırladıqca özümü çox xoşbəxt insan
hesab edirəm.
Bakı hava limanında gözlədiyimizdən qat-qat artıq insan Ulu öndəri qarşılamağa gəlmişdi.
Baxmayaraq ki, o zamanlar ölkə rəhbərliyində
buna mane olmaq istəyənlər kifayət qədər
çox idi. Görünür, Ümummilli
lideri qarşılamağa gələn insan axınına heç
kim heç bir vasitə ilə mane ola bilməmişdi. Bu, ölkənin ən
çətin anında xilaskarlıq missiyasını qürurla öz üzərinə
götürərək, şərəflə yerinə yetirən
xalqımızın dahi oğlu,
Ulu öndər Heydər Əliyevə olan sonsuz ümumxalq
məhəbbətinin əyani təzahürü idi. Tanrıma minnətdaram ki, Azərbaycanın o şanlı tarixinin dönüş nöqtəsi olan
həmin anların şahidi olmağı
mənə də nəsib edib”.
Qafar Cəbiyev,
Əməkdar jurnalist
Yeni Azərbaycan.-
2018.- 9 iyun.- S.4.