Ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas edərək onu regionun lider dövlətinə çevirdi

 

Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edən müstəqil Azərbaycan dövləti tarixdə heç vaxt bu qədər güclü olmayıb

Bir əsrdə iki dəfə istiqlaliyyətə qovuşmuş Azərbaycanın müstəqillik yolu çətin dolambaclardan keçib. Bu il yaranmasının 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin varlığına Rusiya imperiyası tərəfindən son qoyulduqdan sonra SSRİ-nin tərkibinə qatılan Azərbaycan 1991-ci ildə imperiyanın dağılması ilə ikinci dəfə suverenliyini əldə etmək imkanı qazandı. Müstəqilliyin elan olunmasının ardından isə gənc respublika istər daxildən, istərsə xaricdən yeni təhdidlər təhlükələrlə üz-üzə qaldı. SSRİ-dən ayrılmasının ardından Ermənistanın hərbi təcavüzü ilə üzləşən Azərbaycana qarşı işğalçı siyasət yürüdülməyə başlandı.

1990-cı illərin əvvəllərində Ermənistanın ölkəmizə qarşı təcavüzünün qısa müddətdə geniş vüsət almasının, bu işğalçılıq siyasətinin gündən-günə genişlənməsinin ərazilərimizin işğal olunmasının bir səbəbi ölkədə bir-birini əvəz edən hakimiyyətlərin başında duran şəxslərin antimilli siyasət yürütməsi səriştəsiz olmaları idi. Ölkədə ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi, imperiyadan ayrılmanın mümkünsüzlüyünü fikirləşən bir qrup idarəçilikdən zərrə qədər xəbəri olmayan ikinci qrupla hakimiyyət savaşına qalxmışdı. Ayaz Mütəllibovun tərəfdarları ilə AXC-”Müsavatqruplaşması arasında gedən hakimiyyət savaşı ölkədə hərc-mərclik yaratmaqla yanaşı, orduda da vəziyyəti ağırlaşdırmışdı. Bunun nəticəsində isə fərarilik halları getdikcə artır, erməni təcavüzü gündən-günə daha da güclənirdi.

Ölkədə yaşanan hakimiyyət boşluğundan isə hər zaman olduğu kimi, yararlanmaq istəyənlər tapılırdı. Xaricdən dəstəklənən belə daxili düşmənlərin əsas hədəfi Azərbaycanın müstəqilliyinin itirilməsinə, ərazi bütövlüyümüzün pozulmasına istiqamətlənmişdi. Ölkədə hakimiyyətə yiyələnmək istəyən ayrı-ayrı şəxslər qruplar arasındakı mübarizə hətta separatizmə yol açmışdı. 1992-ci il mayın 15-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti, səriştəsizliyi ilə seçildi. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşınalıqlar bu şəxslərin ölkəni idarə edə bilməyəcəyini açıq şəkildə göstərirdi. Artıq hakimiyyətin ən yüksək ranqlarında qruplaşmaların yarandığı açıq-aydın görsənirdi. Qruplararası mübarizə, hakimiyyət strukturlarına nəzarət edə bilməmək 1993-cü ilin yayında Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu.

Problemlər məngənəsində olan gənc Azərbaycan dövləti xəritədən silinmək təhlükəsi yaşayırdı. Bu çətin zamanda xalqın nəzər-diqqəti Naxçıvana yönəlmişdi. Düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Heydər Əliyev dövlətin nicat yolu idi. Vətənin bu ağır günündə xalq Naxçıvandan Azərbaycanın böyük oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.

Ümummilli lider Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, 25 il öncə bu gün - 15 İYUN günü tariximizə MİLLİ QURTULUŞ GÜNÜ kimi daxil oldu.

Bu tarix özündə tarixi bir prosesin - Azərbaycan dövlətçiliyinin əsasını təşkil etməklə yanaşı, böyük fəlsəfi məna daşıyır. Xalqların, dövlətlərin üzləşdikləri fəlakətlərin aradan qaldırılmasında məsuliyyət daşıyan şəxsiyyətlərin tutduqları mövqe böyük əhəmiyyətə malikdir. Bir çağırışla xalqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Millətinin bir əsrdə qurduğu ikinci müstəqil dövlətini yaşadan Ümummilli lider qayıdışı ilə müstəqilliyini itirmək təhlükəsində olan Azərbaycanı regionun lider dövlətinə çevirdi.

Ulu öndər bu məsələ ilə bağlı bildirirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

Ölkənin müqəddəratının həll olunduğu zamanda Ulu öndər Heydər Əliyevin Bakıya qayıdışı millətdə gələcəyə ümid yaratdı. Hamı yaranan çətin vəziyyətdən çıxış yolunun yalnız Heydər Əliyev dühası olduğuna inanırdı. Bakıya gəlişinin ardından Gəncəyə yollanan Ulu öndər problemi yerində təhlil etdi döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi. Böyük şəxsiyyətin Gəncəyə gəlişi şəhər əhalisində gələcəyə inam yaratdı. Gəncədəki gərgin hadisələr dinc yolla nizama salındı. Müxtəlif şəxslərin siyasi qruplaşmaların nəzarətində olan silahlı birləşmələr ləğv edildi. Ümummilli liderimiz Heydər Əliyevin ölkənin ali qanunvericilik orqanına Sədr seçilməsi respublika həyatında yeni bir mərhələnin başlanğıcı oldu.

Azərbaycanın dünya dövlətləri arasında öz layiqli yerini tutması, çiçəklənən ölkəyə çevrilməsi üçün qədəm qoymağa hazırlaşdığı inkişaf yolunu isə Ulu öndər belə xarakterizə edirdi: “Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq ümumi, dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil, demokratik dövlət olacaq, həm cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq”.

Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı üzləşdiyi təhlükədən qurtarmaqla bərabər, özündə yeni siyasi, iqtisadi, hüquqi, ideoloji, mənəvi zəmində fərqli bir situasiyanın formalaşması kimi olduqca geniş bir spektri əhatə etdi. Bu da öz növbəsində ən dəyərli milli sərvət hesab olunan müstəqilliyin əbədiliyini, dönməzliyini, sarsılmazlığını təmin etdi.

Görülən tədbirlər ayrı-ayrı şəxslərə siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələrin ləğvi, vətəndaş müharibəsinin qarşısının alınması, nizami silahlı qüvvələrin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsi, hərbi nizam-intizamın möhkəmləndirilməsi Milli Ordunun formalaşdırılması işində müstəsna rol oynadı. İdarəçilikdə humanizm prinsiplərini daim rəhbər tutan Ümummilli lider Heydər Əliyev demokratik sivil cəmiyyətin qurulmasının fundamental əsaslarından olan qanunun aliliyinin təmin edilməsinə xüsusi önəm verirdi bu kontekstdə hakimiyyət bölgüsünü xarakterizə edən islahatların həyata keçirilməsi istiqamətində konkret addımlar atıldı.

Bəli, birmənalı olaraq Ulu öndərin uzaqgörən siyasəti bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Demokratik təsisatların kövrək addım atdığı, vətəndaş cəmiyyəti institutlarının hələ formalaşmadığı, üstəlik xarici işğala məruz qalan ölkəni yalnız yalnız Ümummilli liderimiz Heydər Əliyev xilas edə bilərdi etdi . Bu gün Heydər Əliyev dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövləti öz tarixində heç vaxt bu qədər güclü qüdrətli olmayıb.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2018.- 12 iyun.- S.3.