Tanınmış şairə Sona
Vəliyevanın “Dünya
gözlərimdə çəhrayı
rəngdə” kitabı
Daşkənddə özbək
dilində çap edilib
Tanınmış şairə Sona
Vəliyevanın “Dünya
gözlərimdə çəhrayı
rəngdə” kitabı
Daşkənddə fəaliyyət
göstərən Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin (AMM) layihəsi
əsasında özbək
dilində nəşr
edilib. Kitab “İstiqlal-nuri” nəşriyyatında
çap olunub.
Layihənin rəhbəri
və “Ön söz”ün müəllifi
AMM-in direktoru Samir Abbasov, tərtibçisi Qulu Kəngərlidir. Kitabı
orijinaldan özbək
dilinə tanınmış
tərcüməçi Şəhla
Qasımova çevirib.
“Ön söz”də
qeyd edilir ki, məhsətilər, natəvanlar yetişdirən
Azərbaycan xalqı
XX əsrdə bir sıra tanınmış
şair və yazıçıları ilə
də öyünür.
Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Əzizə Cəfərzadə,
Mədinə Gülgün,
Hökümə Bülluri,
Əzizə Əhmədova
və digər ədiblərin əsərləri
ədəbiyyatımızın zəngin xəzinəsinə
aiddir. Müasir dövrdə Azərbaycan ədəbiyyatında öz
dəst-xətti, qələmi
ilə seçilən
şairlərdən biri
də Sona Vəliyevadır. Bu kitabın özbək poeziyasevərlərinə bir
töhfə olduğu
bildirilir.
Kitabda Vətən,
Azərbaycan, Qarabağ,
təbiət və məhəbbət mövzularında
şeirlər yer alıb.
Yeni Azərbaycan.-
2018.- 12 iyun.- S.3