Heydər Əliyev Mərkəzində Gürcüstan rəssamlarının sərgisi
açılıb
İyunun 27-də Heydər Əliyev Mərkəzində
Gürcüstan rəssamlarının
əsərlərindən ibarət
“Cari vəziyyət” adlı sərgi açılıb.
AZƏRTAC
xəbər verir ki,
açılış mərasimində çıxış
edən Heydər Əliyev Mərkəzinin direktoru
Anar Ələkbərov bu
sərginin Gürcüstan Mədəniyyət
Nazirliyi və Gürcüstan
Milli Muzeyi ilə birgə
əməkdaşlıq çərçivəsində ərsəyə
gəldiyini bildirib. Diqqətə
çatdırıb ki, sərgi ötən
əsrin 80-90-cı illərində Gürcüstan
təsviri incəsənətinin inkişafına töhfə vermiş 25 rəssamın
yaradıcılığı ilə tanışlıq
imkanı yaradır. Layihənin
reallaşmasında əməyi olan hər
kəsə təşəkkürünü bildirən Anar Ələkbərov sərginin bəyəniləcəyinə
və xoş təəssüratlar
yaradacağına ümidvar olduğunu deyib.Sərginin kuratoru
Çarlz Merevezer
çıxışında ilk növbədə
Heydər Əliyev Fonduna və Heydər
Əliyev Mərkəzinə dərin minnətdarlığını
bildirib. “Sərginin əsas məqsədi
Azərbaycan ictimaiyyətini Gürcüstan
incəsənətinə aid məqamlarla
tanış etməkdir. Ümumiyyətlə, Azərbaycan və
Gürcüstan regionun
mühüm dövlətləridir. Onların arasındakı çox
sıx münasibətlər həm də incəsənətin
təşviqinə öz töhfəsini verir”, - deyən Çarlz
Merevezer iki il yarım Gürcüstanda
yaşamasından, bu ölkənin incəsənətini
öyrənməsindən danışıb. Qeyd edib ki, Heydər Əliyev Mərkəzində
təşkil edilən sərgidəki nümunələr
sırasında həm fərdi, həm də dövlət
kolleksiyasına aid əsərlər yer alıb.Sərgidə nümayiş
olunan əsərlərin 1985-ci ildən sonra Gürcüstanda yaşanan dəyişiklikləri əks etdirdiyini diqqətə çatdıran Çarlz Merevezer deyib: “Bu əsərləri
Nyu-York, London və Asiya regionuna məxsus incəsənətlə
müqayisə etsək, 1980-1990-cı illərə aid olan və sonrakı
dövrləri əhatə edən incəsənətin xüsusi məna kəsb etdiyini
görərik. Sərginin digər
bölümündə isə 2000-2005-ci illərə aid əsərlər də var
ki, o vaxt
Gürcüstan ötən əsrin
90-cı illəri ilə müqayisədə daha
ağır dövrünü
yaşayırdı. Biz incəsənətdə
genişmiqyaslı dəyişikliklərin şahidi
olacağıq”.Sərginin koordinatoru və
Gürcüstan Milli Muzeyinin kuratoru Lika Mamataşvili
Gürcüstanın Mədəniyyət Nazirliyi
və Milli Muzeyi
adından Heydər Əliyev Mərkəzinə təşəkkür
edib.Tədbirdə çıxış edən rəssamlar burada əsərlərinin sərgilənməsindən
şərəf duyduqlarını bildirərək bu sərginin Gürcüstan
və Azərbaycan incəsənət xadimlərini bir araya gətirdiyini
vurğulayıblar. Qeyd olunub
ki, 70-ci illərdə Gürcüstan
Rəssamlıq Məktəbində azərbaycanlı gənclər
də təhsil alıblar və onların
gürcüstanlı həmkarları ilə gözəl
münasibətləri olub. Azərbaycanlı
rəssamlar incə zövqlü əsərlər
yaradırlar.Sərgidə nümayiş
etdirilən fotoların müəllifi Quram
Tşibaxaşvili sevimli
şəhəri Bakıya gəlməsindən və burada sərgi təşkil edilməsindən çox şad olduğunu deyib.Azərbaycan Rəssamlar
İttifaqının sədri, Xalq Rəssamı
Fərhad Xəlilov Heydər Əliyev Mərkəzində təşkil
edilən bu sərgini ölkənin incəsənət
həyatında böyük hadisə kimi dəyərləndirib. Gürcü rəssamlarının
əsərlərini yüksək qiymətləndirib və bu yaxınlarda Tbilisidə keçirilən festivaldan söz
açıb.Qeyd edək ki, “Cari vəziyyət” sərgisinin
ekspozisiyasında Vaxo Buqadze,
Levan Çoqoşvili,
Malxaz Datukişvili, Giya Edzgveradze, Mişa Qoqriçiani, Mamuka Caparidze, Temo Cavaxişvili, Kote Cinçaradze, Karlo Kaçarava,
Keti Kapanadze, Uşanqi Xumaraşvili, Luka Lasareişvili, Maya Naveriani, Koka Ramişvili, Lia Şvelidze, Murtaz Şvelidze, Kote Sulaberidze, Oleq Timçenko, Mamuka Tsetsxladze, Maya Tsetsxladze, Niko Tsetsxladze, Quram Tsibaxaşvili, Teona Çaparidze, İliko Zautaşvili və
Daniel Spehrin əsərləri
təqdim olunur.1970-ci illərin sonunda başlayan və 2000-ci ilədək davam edən dövr Gürcüstanın müasir
bədii və incəsənət istiqamətinin yüksəlişi
ilə yadda qalıb. Əhəmiyyətli
olmasına baxmayaraq, Gürcüstan
incəsənətinin bu dövrü
az tanınmış və kifayət qədər
tədqiq edilməyib.
Yeni Azərbaycan.-
2018.- 28 iyun.- S.5.