Əməkdar elm xadimi Lidiya Mixaylovna
Qranovskaya şəxsi kitabxanasını ADU-ya hədiyyə edib
İyunun 28-də Azərbaycan Dillər Universitetində
(ADU) Azərbaycanda yüksəkixtisaslı
elmi-pedaqoji kadrların
hazırlanması və
rus dilinin tədqiqi sahəsində xidmətlərinə görə
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən
“Əməkdar elm xadimi”
fəxri adına
layiq görülən
Bakı Slavyan Universitetinin professoru Lidiya Mixaylovna Qranovskaya ilə görüş keçirilib.
Görüşdə
L.M.Qranovskaya şəxsi kitabxanasına məxsus
olan 10 cildlik
“İstoriə XIX veka” və 65 cildlik “Bolğşaə Sovetskaə
Gnüiklopediə: İstoriə do Kambiform” və digər yüzlərlə dəyərli
kitablardan ibarət şəxsi
kitabxanasını ADU kitabxanasına hədiyyə edib.
ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü
Kamal Abdulla L.M.Qranovskayanın
gənclik illərində böyük həvəs
və enerji ilə
çalışdığının şahidi
olduğunu söyləyib: “Lidiya Mixaylovna SSRİ
dövründə müxtəlif elm mərkəzlərində,
konfranslarda çıxışları ilə
həm özünün elmi
adını, həm də Azərbaycan elmini
yüksəkliklərə qaldıran şəxsiyyət olub. Onun bir
çox xarici ölkələrdə
dəfələrlə məqalələri çap
olunub. L.Mixaylovna ədəbiyyatşünaslığın
çox maraqlı sahəsi ilə məşğul
olur”.
K.Abdulla Prezident İlham
Əliyevin onu yüksək elmi ada layiq
görməsinin də təsadüfi olmadığını
vurğulayıb: “Bu, onun
zəhmətinə, əməyinə verilmiş
ən yüksək qiymətdir”.
Rektor K.Abdulla L.M.Qranovskayanın zəngin
kitabxanası olduğunu və şəxsi
kitabxanasına məxsus bu kitabları ADU-ya bağışladığını bildirib. Rektor K.Abdulla qonağa bu addımına görə təşəkkürünü
bildirib və yüksək qiymətləndirib.
K.Abdulla L.M.Qranovskayaya
universitetin simvolik hədiyyələrini
və özünün müəllifliyi
ilə yenicə çapdan
çıxmış “Azərbaycan tərcümə
ensiklopediyası” kitabını təqdim edib.
L.M.Qranovskaya rektor Kamal Abdullaya
göstərdiyi diqqətə görə dərin təşəkkürünü
bildirib. Bunun
başlanğıc olduğunu diqqətə
çatdıran L.M.Qranovskaya tələbələrə
həmişə kitabın lazım olacağını
söyləyib. ADU-ya hədiyyə etdiyi nəşrlərin çox
qiymətli olduğunu söyləyən L.M.Qranovskaya bu
kitabların universitetin kitabxanasının
bir hissəsi olacağından məmnun olduğunu bildirib.
Görüşdə
ADU-nun tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev, rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev, Beynəlxalq
münasibətlər və idarəetmə fakültəsinin
dekanı dosent İbrahim
Kazımbəyli, Rusiyaşünaslıq Elmi
tədqiqat laboratiyasının müdiri professor Məmməd Əliyev, tələbələrin adından isə Beynəlxalq
münasibətlər və idarəetmə fakültəsinin
tələbəsi Şahin Sərdarlı
L.M.Qranovskayanın hədiyyə etdiyi
kitabların ADU kitabxanası üçün
çox dəyərli sərvət olduğunu qeyd ediblər.
Yeni Azərbaycan.-
2018.- 29 iyun.- S.5.