Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyinə həsr
olunan “Azadlıq nəğməsi” romanı
çap edilib
Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyinə həsr
olunan “Azadlıq nəğməsi” romanı
çap edilib. AZƏRTAC-ın Türkiyə
üzrə xüsusi müxbiri Sabir Şahtaxtının müəllifi
olduğu roman Azərbaycan xalqının
milli dövlətçilik
uğrunda apardığı
siyasi mübarizəni,
xüsusilə dövlət
müstəqilliyimizin bərpası
prosesində keçdiyimiz
şərəfli və
keşməkeşli yolu
tərənnüm edir.Şahvə
və Şölə
adlı obrazların həyat yolunu qələmə alan müəllif Azərbaycan
xalqının azadlıq
istəyinin ölməzliyini
oxucuya çatdırmağa
çalışır. Şölənin
ailəsində yaşanan
bütün faciələrin
səbəbkarı ermənilərin
Dağlıq Qarabağa
olan əsassız
ərazi
iddiasıdır.
Bu ailədə yaşananlar Azərbaycanın
müstəqilliyi uğrunda
ağrılar yaşayan,
şəhid verən bütün ailələrin
həyat dramları, ailə acısı kimi təsvir edilir. Müəllif XX əsrdə yaşadığımız
ictimai-siyasi proseslərə
peşəkarlıqla nəzər
salır, torpaqlarımızın
bir hissəsinin işğal edilməsini, habelə Naxçıvanın
işğal təhlükəsindən
xilasını, Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin ötən əsrin sonundakı tarixi xilaskarlıq missiyasını real hadisələrin fonunda təsvir edir.Şahvə yanvarın 20-də, Şölə
isə fevralın
26-da doğulublar. Hər iki
gəncin ən böyük arzusu ad günlərini qeyd etmək olsa da, xalqımızın
taleyindəki 20 Yanvar faciəsi və Xocalı soyqırımı
onların bu istəyini ürəklərində
qoyur.Əsərdəki bütün
proseslər bu iki qara günlə
bağlanaraq obrazlı
şəkildə
oxucuya çatdırılır.
Xüsusilə gənc nəsil
üçün maarifləndirici
və vətənpərvərlik
ruhu aşılayan “Azadlıq nəğməsi”
romanı 1988-ci il 5 dekabr hadisələrindən
başlayaraq xalqımızın
başına gətirilən
bütün müsibətləri
özündə əks
etdirir.Qeyd edək ki, “Azadlıq nəğməsi” İstanbulda
türk dilində, İranda isə farsca çapa hazırlanır. Əsərin
türk dili versiyasının ön söz müəllifi görkəmli alim, professor Aygün Əttar, tərcüməçisi,
tanınmış yazıçı-publisist
Mətin Yıldırımdır.
Kitabın fars
versiyası isə tanınmış şair-yazıçı
Əkbər Əlyar Həmidinin tərcüməsində
və ön söz müəllifliyində
nəşrə hazırlanıb.
Yeni Azərbaycan.-
2018.- 28 iyun.- S.7.