Azərbaycan Xalq Cümhuriyyətinin
yadigarı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün öz
missiyasını uğurla
davam etdirir
Cəmiyyət öz sıralarında 370
mindən çox üzvü və 25 minə yaxın könüllünü birləşdirir
Fevralın 28-də Dövlət Təhlükəsizliyi
Xidmətinin Mədəniyyət
Mərkəzində Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin (AzQAC)
XXV baş məclisi keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbirdə Azərbaycan
Respublikası Baş nazirinin müavini, Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinin
sədri Əli Həsənov, Prezident Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin
müdir müavini Ərəstun Mehdiyev,
dövlət və hökumət nümayəndələri,
AzQAC-ın üzvləri
iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları
Ulu öndər Heydər Əliyevin Mərkəzdəki büstü
önünə gül
dəstələri düzüblər.
Mandat komissiyasının
hesabatı dinlənildikdən
sonra AzQAC-ın sədri, Milli Məclisin deputatı Novruz Aslanov tədbiri açıq elan edib.
Azərbaycan Respublikasının dövlət
himni səsləndirilib.
Sonra təşkilati
məsələyə baxılıb,
AzQAC-ın yeni nizamnaməsi təsdiq olunub, baş məclisin rəyasət heyəti, katibliyi, hesablama komissiyaları seçilib.
AzQAC-ın sədri
Novruz Aslanov hesabat məruzəsi ilə çıxış
edib.
Məruzədə bildirilib ki, 1920-ci ildə əsası qoyulan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını
respublikada təmsil edən yeganə milli cəmiyyətdir. Azərbaycanın şanlı
tarixinin ayrılmaz hissinə çevrilən
Qızıl Aypara Cəmiyyəti hazırda respublikada ən böyük sosial bazaya malik qeyri-hökumət
təşkilatlarından biridir.
Bu gün Cəmiyyət öz sıralarında 370 mindən
çox üzvü və 25 minə yaxın könüllünü
birləşdirir. Hər
il bu statistika
artır. Bu illər ərzində AzQAC öz fəaliyyəti
ilə kifayət qədər uğurlar əldə edib. Respublikada həyata keçirdiyi tibbi-sosial, humanitar və digər layihələr, müxtəlif
mövzularda apardığı
maarifləndirmə işləri
əhalinin sağlamlığını,
təbii fəlakətlər
və texnogen qəzalar zamanı davranış qaydalarını,
ilk yardım və bu sahədə
digər vərdişlərin
mənimsənilməsi üzrə layihələr buna misaldır.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti xeyriyyəçilik
kampaniyalarında iştirak
etmək istəyən
hər bir vətəndaşa şərait
yaradır. Bu barədə danışan
Novruz Aslanov deyib ki, belə
kampaniyalar haqqında bütün məlumatlar Cəmiyyətin rəsmi internet səhifəsində
yerləşdirilir. Bu
da şəffaflığı
təmin edən vacib amillərdən biridir.
Diqqətə çatdırılıb ki,
AzQAC-ın əsas tərəfdaşları Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsidir. Həyata keçirilən
layihələrdə bu
təşkilatların böyük
rolu var. Son beş ildə
bu təşkilatlarla birgə kifayət qədər uğurlu layihələrə imza atılıb. Fövqəladə
hallara hazırlıq və cavabvermə,
HİV, AİDS və vərəmlə
mübarizə, səhiyyə
maarifi, gənclər və könüllülərlə
iş və digər layihələr bu qəbildəndir.
Novruz Aslanov
gizli səsvermə yolu ilə yenidən
təşkilatın prezidenti
seçilib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdir
müavini Ərəstun
Mehdiyev çıxış
edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün öz
missiyasını uğurla
davam etdirir. Bu il Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illiyi qeyd ediləcək, 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Bu
münasibətlə Azərbaycan
Qızıl Aypara Cəmiyyəti də bir sıra tədbirlər
keçirəcək, öz
yaranma tarixinə və keçdiyi yola nəzər salacaq və gördüyü işlər
barədə ictimaiyyəti
ətraflı məlumatlandıracaq.
Ərəstun Mehdiyev qeyd edib
ki, müstəqilliyimizin
ilk illərində hökm sürən mürəkkəb şəraitdə
milli Qızıl Aypara Cəmiyyətinə
böyük ehtiyac duyulurdu. Cəmiyyət həmin çətin
dövrlərdə qaçqınların
və məcburi köçkünlərin problemləri
ilə bağlı xeyli işlər gördü. Ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra
qurumun işində əsaslı dönüş
yarandı. AzQAC-ın
fəaliyyəti dövlətimiz
tərəfindən
yüksək qiymətləndirilir.
Təşkilatın bir
qrup üzvü fəxri adlara layiq görülüb, orden və medallarla
təltif olunub. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Sərəncama
əsasən hər il martın 10-u Azərbaycanda Qızıl
Aypara Günü kimi qeyd olunur.
Bu, dövlətimizin başçısının Qızıl
Aypara Cəmiyyətinin
humanitar fəaliyyətinə,
nəcib missiyasına
verdiyi ən yüksək qiymətdir.
Prezident Administrasiyasının
rəsmisi əmin olduğunu bildirib ki, təşkilat öz xeyirxah missiyasını və gərəkli fəaliyyətini
bundan sonra da səylə davam etdirəcək.
AzQAC-ın tarixinə
nəzər salan Milli Məclisin komitə sədri Eldar İbrahimov 1920-ci ildə yaranmış təşkilatın ötən
müddətdə şərəfli
yol keçdiyini diqqətə çatdırıb.
Qeyd edib ki, dövlət müstəqilliyimizin bərpa
olunduğu ilk illərdə ölkə həyatının bütün
sahələrində olduğu
kimi, Qızıl Aypara Cəmiyyəti də ciddi çətinlik
və problemlərlə
üzləşmişdi. Bu
məsələlərin həlli
və təşkilatın
fəaliyyətini canlandırmaq
üçün Ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə bir sıra Qanun layihələri qəbul edildi. Hazırda AzQAC heç bir donordan asılı
deyil və müstəqil fəaliyyət
göstərir.
Baş nazirin
müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin sədri
Əli Həsənov bildirib ki, bəziləri
Azərbaycana demokratiya
dərsi keçmək
istəyirlər. Halbuki,
Azərbaycanda demokratiya
yüz il əvvəl, Xalq Cümhuriyyətinin yaranması
ilə bərqərar
olub. Bu gün ölkəmizdə
çoxsaylı qeyri-hökumət
təşkilatları mövcuddur
və sərbəst fəaliyyət göstərirlər.
AzQAC da bunun bir nümunəsidir.
O, nəinki ölkə
daxilində, həm də beynəlxalq aləmdə layiqli yer tutub. Qurum
bu illər ərzində humanizm prinsiplərini əsas götürüb və onun fəaliyyətini beynəlxalq təşkilatlar
da yüksək qiymətləndirirlər.
Əli Həsənov
qeyd edib ki, indiyədək Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanda 14 nümayəndəsi
fəaliyyət göstərib.
Xanım Elena Aymone Sessera 15-ci nümayəndədir. AzQAC
ölkəmizdə fəaliyyət
göstərən ən
böyük müstəqil
QHT-dir. Onun müstəqilliyini şərtləndirən
əsas amil heç bir donordan asılı olmamasıdır. Təşkilat
çətin vəziyyətdə
olan insanlara kömək edir, çoxsaylı humanitar layihələr həyata keçirir. Azərbaycanın Dünya İqtisadi
Forumunun “2017-2018 Qlobal
Rəqabətlilik Hesabatı”nda
reytinqdə 35-ci yeri,
MDB ölkələri arasında
isə birinci yeri tutduğunu xatırladan Baş nazirin müavini deyib ki, ölkəmizin
dinamik inkişafı qaçqınlar və məcburi köçkünlərin
həyat şəraitinin
yaxşılaşdırılması üçün böyük
imkanlar yaradır. Azərbaycan dövləti
bu kateqoriyadan olan insanlara hərtərəfli qayğı
göstərir. Müstəqilliyinin ilk illərində erməni işğalına
məruz qalan Azərbaycanda yaşayan 7 milyon insandan 1 milyonu doğma yurd-yuvalarından didərgin
düşmüşdü. O zaman Azərbaycan heç kimdən kömək gözləmədən
öz problemlərini həll etdi və bu işə
AzQAC da öz töhfəsini verib. Ölkəmizdə qaçqınların
və məcburi köçkünlərin hüquqları
tam şəkildə qorunur. Amma Azərbaycana
demokratiya və insan hüquqları dərsi keçməyə
çalışan, yüz
milyonlarla əhalisi olan Avropa bir
milyon miqrantın hüquqlarını təmin
edə bilmir.
Çıxışının
sonunda Ə.Həsənov
təşkilatın öz
humanist missiyasına bundan sonra da
səylə davam edəcəyinə əminliyini
ifadə edib.
Bununla da
Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin
XXV baş məclisi başa çatıb.
Yeni Azərbaycan.-
2018.- 1 mart.- S.4.