Turizm Şurası turizm sahəsinin inkişafına öz töhfələrini verir

 

Son illər Azərbaycanda turizm sənayesi qeyri-neft iqtisadiyyatının genişləndirilməsi istiqamətində aparıcı rol oynamağa başlayıb. Çünki qədim zəngin mədəniyyətə, yüksək qonaqpərvərliyə malik olan Azərbaycanda bu sahənin daha da inkişafı üçün böyük imkanlar var. Son illərdə həm mövcud imkanlardan geniş istifadə olunub, eyni zamanda, dövlət dəstəyi ilə turizmin inkişafı istiqamətində böyük layihələr həyata keçirilib, müasir infrastruktur yaradılıb.

Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixliAzərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqındaSərəncamı 6 dekabr 2016-cı il tarixli Fərmanı iləAzərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi ölkəmizin turizm sənayesi üçün yeni bir mərhələnin başlanğıcını qoymuş oldu.

AzərbaycandaMilli iqtisadiyyat iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən irəli gələn vəzifələrin icrası, yüksək iqtisadi, sosial ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması, onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha da artırılması bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə görülmüş işlərin bariz nümunəsidir.

Həyata keçirilən islahatlarla yanaşı, ölkə rəhbərliyi tərəfindən turizm sənayesinin inkişafına yönəlmiş yüksək dövlət qayğısının göstəricisi kimi Azərbaycan Respublikası Turizm Şurasının yaradılması da mühüm addım olaraq dəyərləndirilməlidir. 2016-cı il dekabrın 27-də Prezident İlham Əliyevin Fərmanı ilə Şuranın tərkibi təsdiq olundu. Mədəniyyət turizm naziri Əbülfəs Qarayevin sədri olduğu Şuraya müvafiq dövlət orqanlarının səlahiyyətli şəxsləri üzv təyin edildi.

Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir.

Şuranın təkcə ötən il beş dəfə olmaqla, ümumilikdə 6 iclası keçirilib. İclaslar çərçivəsində turizm sənayesinin inkişafı üçün Şura tərəfindən görüləcək işlər, ölkəmizdə keçirilən mühüm tədbirlərin əlaqələndirilməsi, turizm sektorunun inkişafı istiqamətində düzgün koordinasiyanın qurulması məqsədilə işçi qrupların yaradılması, ticarət festivallarının (shopping festival) keçirilməsi, “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqındaölkə başçısının 20 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin icra edilməsi, o cümlədən ölkəmizdə yay turizm mövsümünün açılışı çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planının icra vəziyyəti bir sıra digər mühüm məsələlər müzakirə olunub.

Turizm Şurası haqqında Əsasnaməyə uyğun olaraq, Şuranın indiyədək keçirilmiş bütün iclaslarında qəbul olunmuş qərarlar Mədəniyyət Turizm Nazirliyində fəaliyyət göstərən Şuranın Katibliyi tərəfindən protokollaşdırılıb. Bildirək ki, Şuranın indiyədək keçirilən iclaslarında ümumilikdə 145 qərar qəbul edilib.

Şura öz fəaliyyətini işçi qrupları vasitəsilə həyata keçirir

Turizm sənayesi özündə bir sıra sahələri əhatə edir bu sahələrin inkişafı üçün əlaqədar strukturların birgə fəaliyyəti əsasdır. Turizm Şurası da öz fəaliyyətini müvafiq dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu işçi qrupları vasitəsilə həyata keçirir.

İşçi qrupların fəaliyyəti, onların həyata keçirdiyi işlər, qarşıya çıxan çətinliklər Şuranın geniş tərkibli iclaslarında müzakirə olunaraq öz həllini tapır. Ötən dövr ərzində çimərlik turizminin inkişafı, turizm statistikasının təkmilləşdirilməsi, turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi, liberal hava nəqliyyatı, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi viza verilməsi prosesinin asanlaşdırılması, turizm sahəsində təhlükəsizlik, sağlamlıq turizmi (eləcə Naftalan nefti üzrə tədqiqat qrupu), dini turizm ekoturizm üzrə işçi qrupları yaradılıb. İşçi qrupların əsas məqsədi ölkədə turizmin ümumi inkişafında rol oynayan müxtəlif sahələr üzrə müşahidə edilən problemlərin müəyyən edilməsi, mövcud çətinliklərin aradan qaldırılması gələcək inkişaf üçün uyğun təkliflərin hazırlanmasıdır.

Turizm Şurası üçün prioritet məsələlərdən biri Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarətdir. Strateji Yol Xəritəsində ölkəmizdə turizmin inkişafını stimullaşdıran çox mühüm müddəalar yer alıb. Bu sənəddə əksini tapan məsələlərin icrası istiqamətində bir sıra uğurlu addımlar atılıb. Ölkəmizdə ilk dəfə olaraq ötən il yazda payızda ticarət festivalı - Bakı Şopinq Festivalı keçirilib. Bu festivallar sərfəli ticarətlə yanaşı, ölkəmizin mədəni irsinin, incəsənətinin alış-veriş həvəskarlarına, yerli xarici turistlərə tanıtımı üçün əlavə imkanlar yaratmış oldu.

Ötən müddət ərzində həmçinin Turizm Şurası tərəfindən aşağı büdcəli aviareyslərin açılması istiqamətində işlər həyata keçirilib. Yay turizm mövsümündə bir sıra ölkələrin aviaşirkətləri tərəfindən Azərbaycana aşağı büdcəli uçuşlar təşkil olunub. Bu istiqamətdə atılan addımlar davam etdirilməkdədir. Ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsi, Qalaaltı, Naftalan Duzdağda müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində Mədəniyyət Turizm Nazirliyi ilə birgə işlər görülür. Beynəlxalq səviyyədə qəbul edilən həmin sertifikatların əldə olunması ölkəmizin sağlamlıq turizmi potensialının xaricdə daha geniş miqyasda tanınmasına xarici turist axınına təkan verəcək.

Həmçinin Strateji Yol Xəritəsinə əsasən, Bakı şəhərinin dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi məqsədilə Mədəniyyət Turizm Nazirliyinin nəzdində Milli Turizm Təbliğat Bürosu yaradılıb. Büro paytaxtımızın beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi fərqli səviyyələrdə təkrar brendinq seçimi marketinq işlərinin əlaqələndirilməsi, eləcə turistlərin məmnunluğunun artırılması istiqamətində müvafiq işləri həyata keçirir.

Ümumiyyətlə, qısa müddət ərzində fəaliyyət göstərən Turizm Şurası tərəfindən turizm sahəsinin inkişafı üçün əhəmiyyətli layihələr reallaşdırılıb. Turistlərin məmnunluğunun artırılması üzrə təlimlərin təşkili, çimərlik turizminin inkişafı, turistlərin ölkə ərazisinə buraxılışının həyata keçirilməsi ilə bağlı müşahidələrin aparılması, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, turizm şirkətləri ilə görüşlərin təşkili, ölkəyə səfər edən turistlərdən rəy öyrənilməsi məqsədilə mərkəzləşdirilmiş elektron rəy alma sisteminin yaradılması, turizm sahəsində statistikanın təkmilləşdirilməsi üzrə bir sıra islahatların aparılması, habelə turizm sahəsində təhlükəsizlik üzrə təkliflər paketinin hazırlanması bu qurumun əsas fəaliyyət istiqamətlərini təşkil edir.

Şura eyni zamanda turizm sahəsinin hərtərəfli inkişafı məqsədilə aidiyyəti qurumların uğurlu dialoqunun aparılması üçün vahid platforma rolunu oynayıb, bununla da sözügedən sahənin inkişafı istiqamətində bir sıra məsələlərin operativ, effektiv müzakirəsi həlli təmin edilib.

Şübhəsiz ki, Turizm Şurasının 2018-ci ildə davam etdirəcəyi birgə əməkdaşlığa əsaslanan fəaliyyəti Şura üzvlərinin bu istiqamətdə görüləcək işlərdə öz səylərini səfərbər etməsi ölkəmizdə turizm sənayesinin hərtərəfli inkişafına yeni-yeni töhfələr verəcək.

Yeni Azərbaycan.- 2018.- 3 mart.- S.7.