Ərzurumda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans keçirilib

 

Türkiyənin Ərzurum şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının Ərzurum bölgəsinin erməni işğalından azad olunmasının 100-cü ildönümləri münasibətilə konfrans keçirilib. Konfransdan əvvəl Azərbaycan Türkiyədən olan yürüşçülər Ərzurumun mərkəzi prospekti ilə nümayiş keçiriblər. Yürüşçülərin əllərində Azərbaycan Türkiyənin dövlət bayraqları, xalqlarımızın ölkələrimizin dostluq qardaşlığını tərənnüm edən şüarlar dalğalandırılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ankaradakı səfirliyinin, Ərzurum Böyükşəhər Bələdiyyəsinin, Türkiyə Dil Ədəbiyyat Dərnəyi Ərzurum şöbəsinin (TDƏD) Eko AvrasiyaDərnəyinin birgə təşkilatçılığı iləYüzümüz özümüz bir!” devizi altında keçirilən mərasim Azərbaycan Türkiyənin dövlət himlərinin səsləndirilməsi ilə başlanıb. Sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ərzurum Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Səkmən, Ərzurum valisi Seyfeddin Azizoğlu, Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Ankaradakı səfirliyimizin müşaviri Ramil Qurbanov, Azərbaycan Türkiyədən olan deputatlar Qənirə Paşayeva İbrahim Aydəmir, TDED Ərzurum şöbəsinin sədri Murad Ertaş, “Eko AvrasiyaDərnəyinin sədri Hikmet Eren başqalarının çıxışları olub.

Mərasimdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçdiyi ağır şərəfli yol, o cümlədən süqutu onun acı nəticələri, eləcə 1918-ci ildə erməni işğalından azad edilənə qədər erməni silahlılarının Ərzurum bölgəsində dinc əhaliyə divan tutması barədə müfəssəl məlumat verilib. Çıxışçılar diqqətə çatdırıblar ki, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan Türkiyə ərazisində baş verən bütün qanlı hadisələrdə erməni cəlladları fəal iştirak ediblər.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilinAzərbaycan Xalq Cümhuriyyəti İlielan olunması yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu qərar Azərbaycan xalqının dövlətçilik tarixinin dünyada tanınmasına təbliğinə böyük stimuldur.

Mərasim martın 10-dək davam edəcək.

Yeni Azərbaycan.- 2018.- 10 mart.- S.6.