Milli Məclisin 100 illik
yubileyi münasibətilə
parlament komandalararası
futbol turnirinə start verilib
Azərbaycanın futbol komandası beynəlxalq turnirə qələbə ilə başlayıb
Martın 9-da Azərbaycan Respublikası
Milli Məclisinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, “İnter
Arena”da keçirilən
ilk oyunda Azərbaycan və Latviya komandaları qarşılaşıblar. Oyunun
gedişini Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, parlamentin digər vəzifəli şəxsləri və nümayəndə heyətlərinin
üzvləri izləyiblər.
Komandalar hər
biri 30 dəqiqədən
ibarət iki hissədə mübarizə
aparıblar.
Azərbaycan-Latviya qarşılaşmasından əvvəl
hər iki ölkənin dövlət
himnləri səsləndirilib.
Oyuna fəal
başlayan Azərbaycan
komandası rəqib qapısı qarşısında
dəfələrlə təhlükəli
vəziyyətlər yaradıblar.
Görüşdə hesab
28-ci dəqiqədə açılıb.
Azərbaycan komandasının
heyətində Emin İmanov fərqlənib. İlk hissə komandamızın 1:0 hesablı
üstünlüyü ilə
başa çatıb.
İkinci hissəyə
daha fəal başlayan Azərbaycan komandasının üzvü
Musa Qurbanov 38-ci dəqiqədə ikinci topu rəqib qapısından keçirib.
Matçın 48-ci dəqiqəsində
Emin İmanov dubl edərək komandamızın qələbəsini
rəsmiləşdirib.
Beləliklə, görüş 3:0 hesabı
ilə Azərbaycan komandasının xeyrinə
başa çatıb.
Günün ikinci oyununda Türkiyə və Polşa komandaları üz-üzə gəliblər.
Görüşə fəal
başlayan Türkiyə
təmsilçiləri 20-ci dəqiqədə Oktay Çanakın qolu ilə hesabı açıblar. Qarşılaşmanın
26-cı dəqiqəsində Abdulla Öztürk hesab arasındakı fərqi iki topa çatdırıb. İlk hissə bu hesabla başa
çatıb.
İkinci hissədə də
üstün oyun nümayiş etdirən qardaş ölkə təmsilçiləri matçın
34-cü dəqiqəsində Kəzim Kırçının
qolu ilə rəqibi üçüncü
dəfə topu oyuna mərkəzdən başlamağa məcbur ediblər - 3:0. Matçın 44-cü dəqiqəsində polşalı
müdafiəçilərin səhvindən yararlanan Türkiyə komandasının
təşkil etdiyi hücumu uğurla başa çatdıran Kəzim Kırçı
özünün ikinci,
komandasının isə
dördüncü qolunu
rəqib komandanın qapısından keçirib.
Oyunun 49-cu dəqiqəsində
isə Polşa komandası vurulan qollardan birinin əvəzini çıxıb.
Olszoşka adını
tabloya yazdırıb
- 4:1. Lakin bu da oyunda sonuncu
qol olmayıb. Qarşılaşmanın 55-ci dəqiqəsində
Tahir Ağdərə
dəqiq zərbə ilə oyunda son nöqtəni qoyub - 5:1. Beləliklə,
görüş 5:1 hesabı
ilə Türkiyə komandasının xeyrinə
başa çatıb.
Turnirdə Azərbaycan
Milli Məclisinin, Türkiyə Böyük
Millət Məclisinin,
Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları
yarışırlar.
Yarışın “A” qrupunda Azərbaycan və Latviya, “B” qrupunda Polşa və Türkiyə komandaları yer alıblar. Ukrayna komandası isə birbaşa yarımfinala vəsiqə qazanıb.
“B” qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna kollektivi ilə qarşılaşacaq. “A” qrupunun
qalibi isə birbaşa finala yüksələcək.
Yeni Azərbaycan.- 2018.- 10 mart.- S.4.