Xalq Cümhuriyyəti Azərbaycanın XX əsr tarixinin parlaq səhifələrindən biridir

 

AXC-nin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü

Məlum olduğu kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdəAzərbaycan Xalq Cümhuriyyəti ilielan edilib. Bu, 100 ilin tarixinə, Azərbaycanın dövlətçilik tarixinə böyük ehtiramdır. Ümumiyyətlə, Xalq Cümhuriyyəti Azərbaycanın XX əsr tarixinin parlaq səhifələrindən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində digər sahələrlə yanaşı ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü. Bu işlərin əldə edilmiş nəticələrin öyrənilməsi, ümumiləşdirilməsi həm dövrün tarixinin tədqiqi, həm ordu quruculuğu sahəsində ənənənin bərpası ondan düzgün nəticə çıxarılması baxımından elmi praktiki əhəmiyyətə malikdir.

Ümumiyyətlə, o dövrdə Azərbaycanın istiqlaliyyətinin elan olunduğu tarixi şərait, onun qərar tutduğu bölgədə cərəyan edən proseslər xalqın müstəqilliyinə real dayaq ola biləcək ordunun formalaşdırılmasını tələb edirdi. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Cümhuriyyət dövründə müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordumuz formalaşdırıldı. Həm ermənilərin, həm bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan Cümhuriyyət hökuməti 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu Azərbaycanda Milli Ordunun təməli qoyuldu. 1918-1920-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa intizama malik Milli Ordu hissələri formalaşdırıldı. Qeyd olunduğu kimi, 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildilər. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. O zaman Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi.

Azərbaycan parlamentinin 1919-cu il avqustun 18-də keçirilmiş iclasındaGömrüyə münasibətdə Azərbaycan Respublikasının Sərhəd Mühafizəsinin təsis edilməsi haqqında Qanunqəbul edildi. 8 maddədən ibarət olan qanunun 1-ci maddəsində göstərilirdi: Azərbaycan Respublikasının sərhədlərini qeyri-leqal ticarətdən qorumaq qaçaqmalçılıqla mübarizə aparmaq məqsədilə Azərbaycanın sərhədləri boyu, əlavə edilən dislokasiya məntəqələrinə uyğun olaraq, sayı doxsan doqquza (99) çatan, doqquz yüz doxsan iki (992) mühafizəçidən ibarət tərkibdə sərhəd postları təsis edilsin...”

1919-cu ilin sonlarından etibarən qoşun hissələri, əlahiddə taborlar hərbi məktəb üçün döyüş bayraqlarının tətbiqinə başlandı. Bu bayraqlar da milli dəyərlər əsasında hazırlanmışdı onun verildiyi hissənin Azərbaycan Ordusuna məxsusluğunu təsdiq edirdi. Bayraqlar eyni təsvirə malik idilər. Onların layihəsinin hazırlanması nazirliyin hərbi topoqrafiya şöbəsinə tapşırılmışdı həmin layihə hazırlanarkən milli simvolların istifadəsinə, milli ənənələrə bağlı müəyyən elementlərin tətbiqinə xüsusi diqqət yetirilmişdi.

Döyüş bayrağı - parça, lent, ucluq, ağac dəstəkdən ibarət idi. Parça gümüşü saçaqlarla tamamlanan, kənarlarına naxış vurulmuş mavi rəngli stof ipəkdən atlasdan ibarət idi. Yuxarı sol küncündə gümüşü saplarla səkkizguşəli ulduz aypara çəkilmişdi. Bayrağın kənarı ilə işlənmiş naxış şərqin böyük sərkərdəsi Teymurləngin Səmərqənd şəhərindəki qəbrinin üzərində olan təsvirdən götürülmüşdü Azərbaycan Ordusunun döyüş bayrağında şərqin qəhrəmanlıq ənənələrinə sadiqliyini təcəssüm etdirirdi. Bayrağın bir üzündə ərəb hərfləri iləAzərbaycansözü, o biri üzündə isə Qurandan ayə - “Nəsri min Allah fəthi qərib” (Allahdan kömək olarsa qələbə yaxındadır) yazılmışdı. Bayrağın lentləri 15 santimetr enində yaşıl qırmızı parçadan hazırlanmışdı ucluqları 10 santimetr uzunluğunda saçaqlarla tamamlanmışdı.

Döyüş bayrağının təsvirinin elan olunması ilə bağlı nazirin əmrində deyilirdi ki, təsdiq olunmuş layihənin əsasında indiki dövrdə xalqın milli şüurunun inkişafı, məscid kitablarda, habelə böyük Teymurləng onun davamçıları tərəfindən inşa edilmiş tikililərdə əks olunmuş qədim memarlıq nişanələri dayanmışdır ki, onlar indi 8-ci Ağdaş piyada alayının Zəngəzurda yerli əhalidən ibarət xüsusi hərbi hissələrin formalaşdırılması ilə başa çatdırıldı.

Bütün bu təşkilati işləri həyata keçirməklə Hərbi Nazirlik 1919-cu ilin sonunadək Azərbaycan Ordusunun şəxsi heyətinin sayını isə 5 min nəfərə çatdırmalı idi. Bütünlükdə qısa müddət ərzində döyüşkən hazırlıqlı bir ordu yaratmaq mümkün oldu bu ordunun köməyi ilə 1920-ci ilin Novruz bayramı günlərində Qarabağ ətrafında başlanan kütləvi erməni hərbi təcavüzünün qarşısını almaq mümkün oldu.

Ümumən, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təşkili Azərbaycanın hərb tarixində bütünlükdə Azərbaycan xalqının tarixində əhəmiyyətli bir hadisə idi. Çünki hər şeydən əvvəl bu ordunun yaradılması ilə Azərbaycanda nizami ordu quruculuğunun əsası qoyuldu Azərbaycanda silahlı qüvvələr quruculuğu tarixində xarakter etibarı ilə tamamilə yeni bir səhifə açıldı. XX əsrin əvvəllərində yenidən reallığa çevrilən Azərbaycan Ordusu quruculuğu yeni mütərəqqi dəyərlər üzərində aparılırdı həmin dəyərlər şərqdə ilk demokratik dövlət quruluşu olan Azərbaycan Xalq Cümhuriyyətinin mahiyyətindən irəli gəlirdi.

Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun ən yaxşı ənənələri bizim müasir güclü ordumuzun simasında öz əksini tapıb. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu gün inkişafının ən yüksək səviyyəsinə çatan müasir Azərbaycan Ordusu təchizat səviyyəsinə, döyüş hazırlığına, şəxsi heyətinin mənəvi keyfiyyətinə, idarəetmə strukturlarının peşəkarlığına görə dünyanın ən güclü ordularından biridir. Bu ordu xalqımızın qürur güvənc yerinə, Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirməyə qadir olan bir orduya çevrilib. 2016-cı ilin aprel döyüşləri bu reallığı nümayiş etdirdi. Həmin döyüşlərin uğurları bizim böyük qələbəmizin başlanğıcıdır. Azərbaycan Ordusunun gücü belə bir əminlik yaradır.

Nardar BAYRAMLI

Yeni azərbaycan.- 2018.- 13 mart.- S.5.