Bakı Media Mərkəzi
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə
həsr edilmiş filmin çəkilişlərinə
başlayıb
Bakı Media
Mərkəzi Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illiyinə həsr
edilmiş bədii-sənədli
filmin çəkilişlərinə
başlayıb.
Heydər Əliyev
Fondunun dəstəyi və “BP Azərbaycan” şirkətinin sponsorluğu
ilə hazırlanan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.
Media Mərkəzindən
AZƏRTAC-a bildirilib ki,
filmin əsas məqsədi 23 aylıq şərəfli yol keçmiş Azərbaycan
Xalq Cümhuriyyətinin
keşməkeşli tarixinin
son günlərinə
işıq salmaq və hökumətin öz son qərarını
hansı çətin
şəraitdə verdiyini
vurğulamaqdır.
Ekran əsərində Cümhuriyyət qurucularının
müstəqilliyimizin düşmənlərinə
- istər işğalçı
ordu, istərsə də bu ordunun
daxili havadarlarına qarşı son anadək apardıqları
qeyri-bərabər və
ümidsiz, lakin dönməz və qəti mübarizə əks olunur. Bu mübarizənin sonu faciəli olsa da, onun
Azərbaycanın istiqlal
tarixinin şərəfli
bir səhifəsi olduğu vurğulanır.
Filmdə, həmçinin
Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə
qovuşmasına böyük
örnək olduğu
ön plana çəkilir.
Filmin 28 may
- Respublika Günü
ərəfəsində geniş
ictimaiyyətə təqdim
olunması nəzərdə
tutulub.
Bakı Media
Mərkəzi yaradıcı
heyət və çəkiliş prosesindən
mütəmadi olaraq yenilikləri paylaşacaq.
Qeyd edək
ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual
məhsullarının istehsalı
ilə məşğul
olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında
“Hədəf Bakıdır.
Hitler neft uğrunda döyüşü
necə uduzdu”, “Əbədi ezamiyyət”,
“Multikulturalizm İli”nə
həsr olunmuş “Bir günəş altında” və digər filmlər yer alır.
Yeni Azərbaycan.-
2018.- 17 mart.- S.11.