Fəxriyyə Xələfova Səmərqənddə
kolleksiyasına daxil olan milli paltarların
fotosessiyasını keçirib
Tanınmış Azərbaycan modelyeri, Əməkdar İncəsənət
Xadimi “Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyyə Xələfova
qədim Səmərqənd
şəhərində olub.
Onu Özbəkistandakı
“Gulnara Fashion” dəb evinin rəhbəri Gülnara Muxammedova müşayiət
edib.
Fəxriyyə Xələfova Səmərqənd
şəhərinin təkrarsız
abidələrinə baxıb,
Reqistan meydanında öz kolleksiyasına daxil olan 12 milli
qadın geyiminin fotosessiyasını keçirib.
Bununla bağlı
Fəxriyyə Xələfova
AZƏRTAC-ın müxbirinə
deyib: “Fotosessiya keçirdiyimiz zaman Reqistan meydanında turistlər də çox idi və onlar bizim
tədbirə maraqla tamaşa edirdilər. Geyimlər özbək ipəyindən istifadə
olunmaqla hazırlanıb.
Onu da deyim
ki, Avropanın məşhur dizaynerləri
də vaxtaşırı
özbək ipəyinə
müraciət ediblər.
Bu təbii ki, məni də
maraqlandırdı, bu
materialdan istifadə etməyə başladım.
Deyim ki, fotosessiya çox uğurla keçdi. Reqistan meydanının əzəməti, mozaikanın
gözəlliyi fonunda
keçirilən fotosessiya
mənim üçün
də çox maraqlı oldu. Əslində mən Səmərqənd şəhərində
fotosessiya keçirməyi
çoxdan arzulayırdım.
Bu arzumu həyata keçirdiyim üçün çox şadam”.
Yeni Azərbaycan.-
2018.- 22 mart.- S.7.