1918-ci il azərbaycanlıların soyqırımının
100 illiyinə həsr
olunmuş “dəyirmi masa” keçirilib
Səbail rayon
İcra Hakimiyyətində
1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyinə həsr olunmuş “dəyirmi masa” və ingilis
dilinə tərcümə
edilmiş “Azərbaycanlıların
soyqırımı” kitabının
təqdimatı keçirilib.
Bu barədə
AZƏRTAC-a rayon İcra
Hakimiyyətindən məlumat
verilib.
Tədbirdə rayon rəhbərliyi
ilə yanaşı, Milli Məclis üzvləri, rayonun hüquq mühafizə orqanlarının nümayəndələri,
elm və din xadimləri, gənclər, veteranlar, ictimaiyyətin, YAP Səbail
rayon təşkilatının
təmsilçiləri, kitabın
ərsəyə gəlməsində
əməyi olan pedaqoji universitetin müəllim və tələbələri iştirak
ediblər.
“Dəyirmi masa”da
çıxış edən
Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar
Əzizov deyib ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlarına
məruz qalıb. Uzun illər azərbaycanlıların
əzəli torpaqlarına
sahib çıxmaq və burada “böyük Ermənistan” yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları
1918-ci ildə Bakı,
Şamaxı, Quba qəzalarında, Qarabağda,
Zəngəzurda, Naxçıvanda,
Lənkəranda və
Azərbaycanın başqa
bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə
görə məhv edib, milli memarlıq
incilərini, məktəbləri,
xəstəxanaları, məscid
və digər abidələri dağıdıblar.
Ötən əsrin
80-ci illərində SSRİ-nin süqutunun sürətlənməsindən istifadə edən ermənilər öz havadarlarının
köməyi ilə Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi
üçün Azərbaycana
qarşı birbaşa
hərbi təcavüzə
başlayıblar. 1992-ci ilin
fevralında isə Xocalıda azərbaycanlılara
qarşı növbəti
soyqırımı törədilib,
torpaqlarımızın 20 faizi
işğal olunub.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra uzun illər
gizli saxlanılan həqiqətlər açıldı,
təhrif edilən hadisələr əsl qiymətini aldı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci
il martın 26-da imzaladığı Fərmanla
31 mart Azərbaycanlıların
Soyqırımı Günü
elan edildi. Bununla da Azərbaycan
tarixində erməni məsələsinə münasibətdə
yeni strategiya müəyyənləşdi. Bu, Ulu öndərin Azərbaycan
xalqının əsrlərboyu
üzləşdiyi məhrumiyyətlərə
verdiyi əsl tarixi qiymət idi. İcra hakimiyyətinin başçısı
Prezident İlham Əliyevin erməni-bolşevik
silahlı dəstələrinin
100 il əvvəl azərbaycanlılara qarşı
törətdikləri bəşəri
cinayətlər barədə
həqiqətlərin
ölkə və dünya ictimaiyyətinə
daha dolğun çatdırılması məqsədilə
azərbaycanlıların soyqırımının
100 illiyi haqqında Sərəncam imzaladığını
da xatırladıb.
Daha sonra çıxış
edən YAP-ın Səbail rayon təşkilatının sədri,
Milli Məclisin deputatı Şəmsəddin
Hacıyev, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin professoru Mais Əmrahov, universitetin baş müəllimləri Elman Mirzəyev və Eldar Hacıyev, tələbə Tahir Cabbarlı və başqaları 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan
xalqına qarşı
təcavüz faktları
və bu faktların beynəlxalq ictimaiyyətə çatdırılması
istiqamətində görülmüş
işlər barədə
danışıblar. Faciənin dünya
ictimaiyyətinə çatdırılması
işində bir il öncə çap olunmuş və bu il
Səbail rayonunun 163 nömrəli orta məktəbinin müəllimləri
tərəfindən ingilis
dilinə tərcümə
edilmiş “Azərbaycanlıların
soyqırımı” kitabının
mühüm rol oynayacağı vurğulanıb.
Sonda “dəyirmi
masa” iştirakçıları
adından bəyanat qəbul olunub.
Yeni Azərbaycan.-
2018.- 29 mart.- S.5.