Heydər
Əliyev və Azərbaycan mətbuatı
mövzusunda tədbir
keçirilib
Bilik Fondu
və Qaradağ rayon İcra Hakimiyyətinin təşkilatçılığı
ilə keçirilən
tədbir Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə
həsr olunub
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondu və Qaradağ
rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə
həsr olunan tədbir keçirilib. Qaradağ rayonu Heydər Əliyev Mərkəzində
keçirilən tədbirdə
çıxış edən
rayon İcra Hakimiyyəti başçısının
humanitar məsələlər
üzrə müavini
Təranə İsmayılova
Ulu öndər Heydər Əliyevin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət
quruculuğu sahəsindəki
misilsiz xidmətlərindən
danışıb. Vurğulanıb
ki, Ümummilli liderimiz Heydər Əliyevin əsasını
qoyduğu dövlət
siyasətinin əsas prioritetlərindən biri məhz söz azadlığının, insan
hüquq və azadlıqlarının qorunması
idi. Bildirilib ki, məhz Ulu
öndərimizin apardığı
uğurlu siyasət müasir mətbuatımızın
inkişafının təminatçısına
çevrilib.
Çıxış edən Bilik
Fondunun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi
Ramilə Qurbanlı təmsil etdiyi qurumun təşkilatçılığı
ilə hazırlanan və Ulu öndər
Heydər Əliyevin
95 illik yubileyinə həsr olunan maarifləndirici mühazirələrdən,
keçirilən tədbirlərdən
danışıb.
Tədbirdə Heydər Əliyev
və Azərbaycan mətbuatı mövzusunda
geniş məruzə
ilə çıxış
edən Yeni Azərbaycan qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirib ki, Azərbaycanın
milli mətbuatı böyük mübarizə
və inkişaf yolu keçərək indiki mərhələyə gəlib
çatıb. Millət vəkili
qeyd edib ki, Azərbaycanda mətbuata dövlət qayğısı Ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır:
Ümummilli liderimiz Heydər Əliyevin
1993-cü ildə xalqın
təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması
bütün sahələrdə
olduğu kimi, mətbuatın da inkişafında mühüm dəyişikliklərə
səbəb oldu. O dövrdə Azərbaycan mətbuatının yeni keyfiyyətdə formalaşması
məhz bu gün şahidi olduğumuz intellektual, inkişaf etmiş mətbuata gətirib çıxardı. Amma bu yol asan
olmadı. Bildiyimiz kimi, o dövrdə çox ciddi əngəllər var idi. Bunlardan biri mətbuata dövlət nəzarətini
təmin edən baş idarə - senzura idi. Yalnız Azərbaycan
mətbuatının böyük
hamisi və qayğıkeşi, mətbuatın
missiyasını və
funksiyasını dərindən
başa düşən,
onu lazımınca qiymətləndirməyi bacaran
Ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı
ləğv etdi.
Bundan başqa, 1999-cu ilin sonunda Kütləvi informasiya vasitələri haqqında yeni Qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən,
bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən
hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə
oldu. 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə
2000-2001-ci illərdə kütləvi
informasiya vasitələrinin
maddi-texniki şəraitinin
yaxşılaşdırılması üzrə tədbirlər
Proqramı təsdiq olundu. İdarəçilik
sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi
informasiya vasitələrinin
yaranması və fəaliyyətinin hüquqi
əsaslarının möhkəmləndirilməsi
məqsədilə Milli
Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.
2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında
media-ictimaiyyət, media-hakimiyyət
münasibətlərini tənzimləyən
qurum - Azərbaycan
Mətbuat Şurası
yaradıldı. Bütün
bunlar, öz növbəsində, Azərbaycanda
söz, fikir və mətbuat azadlığının bərqərar
olunması üçün
əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir. Təbii ki,
Ulu öndərin atdığı bu addımlar KİV təmsilçiləri
tərəfindən yüksək
qiymətləndirilirdi. 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin RUH Azərbaycan
Jurnalistləri Müdafiə
Komitəsi tərəfindən
Jurnalistlərin dostu
adına layiq görülməsi bir daha onu göstərdi ki, milli mətbuatın inkişafına
xüsusi diqqət və qayğı göstərən Ulu öndər Heydər Əliyev jurnalistlərin gerçək hamisidir. Əsası Ulu öndərimiz tərəfindən
qoyulan və mətbuata qayğını,
dost münasibəti özündə əks etdirən siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2018.- 1 may.- S.7.