Lənkəranda “Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının
təqdimatı olub
Aprelin 30-da Lənkəran
şəhərindəki Heydər
Əliyev Mərkəzində
“Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının
təqdimatı olub.
Təqdimat mərasimində Astara, Lənkəran və Lerik rayonlarının
icra strukturlarının
nümayəndələri, bələdiyyə sədrləri,
idarə, müəssisə
və təşkilatların
rəhbərləri, təhsil,
mədəniyyət və
tibb işçiləri,
tələbələr, din
xadimləri iştirak
ediblər.
Tədbir iştirakçıları
əvvəlcə Ümummilli
lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək
xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan, rus və ingilis
dillərində nəşr
olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən
bəri müsahibə
və çıxışlarında
multikulturalizmin Azərbaycan
modeli haqqında dəyərli fikirləri toplanıb. Həmçinin nəşrdə dövlətimizin başçısının
təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin multikulturalizmin, o cümlədən
mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən,
həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən
bəhs olunur.
Kitabın ideya müəllifi
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
rəhbəri, akademik
Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan
Prezidentinin İctimai-siyasi
məsələlər üzrə
köməkçisi, tarix
elmləri doktoru, professor Əli Həsənov, tərtibçiləri
Prezident Administrasiyasının
Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri,
fəlsəfə elmləri
doktoru, professor Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
Himayəçilik Şurasının
sədri, akademik Kamal Abdulla, AZƏRTAC-ın baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Bədəlov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
şöbə müdiri
Sərxanbəy Xuduyevdir.
Tədbirdə çıxış edən
Lənkəran şəhər
İcra Hakimiyyətinin
başçısı Taleh
Qaraşov bildirib ki, müasir dövrdə Azərbaycan multikulturalizmin əsas mərkəzlərindən biridir.
Bu gün Azərbaycanda multikulturalizm
dövlət siyasətidir.
Multikulturalizmin ölkəmizdə
dövlət siyasəti
kimi formalaşması
Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət müasir dövrdə dövlətimizin
başçısı İlham
Əliyev tərəfindən
uğurla həyata keçirilir.
Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin şöbə
müdiri Yadigar Məmmədli Mərkəzin
fəaliyyəti, həyata
keçirdiyi layihələr
barədə məlumat
verərək qeyd edib ki, Prezident
İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inteqrasiya proseslərini sürətləndirir.
Beynəlxalq müstəvidə
isə bu siyasət mədəniyyətlərarası
və dinlərarası
dialoqun inkişafına
güclü təsir göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə
2016-cı ilin ölkəmizdə
“Multikulturalizm İli”,
2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunması multikulturalizm siyasətinə dövlətin
önəm verməsinin
bariz nümunəsidir.
Sonra Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov məruzə
ilə çıxış
edib. Diqqətə çatdırıb ki, Azərbaycanın multikulturalizm
siyasəti sahəsində
əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən
etiraf olunur. Ölkəmiz multikulturalizm
və tolerantlıq sahəsindəki təcrübəsi
ilə tanınır.
Təqdimatı keçirilən
bu kitab Azərbaycan Prezidentinin multikultural dəyərlərə
nə qədər çox önəm verməsinin bariz göstəricisidir.
Bildirilib ki,
kitab təkcə Azərbaycan multikulturalizmini
deyil, Azərbaycan xalqının tarixini, ədəbiyyatını, mədəniyyətini,
mənəviyyatını öyrənmək
istəyənlər üçün
gözəl vəsaitdir.
Dövlətimizin başçısının
nəşrdə toplanmış
hər bir fikrində ölkəmizə,
xalqımıza, dünyadakı
bütün sülhsevər
insanlara məhəbbət
və sevgi hiss edilir. Kitabın
digər dillərə
tərcüməsi də
nəzərdə tutulur.
Tədbirdə çıxış edən rayon təhsil şöbəsi
müdirinin müavini
Güloğlan Bağırov,
Lənkəran Rayon Ağsaqqallar Şurasının
sədr müavini Sərhad Məmmədov və başqaları ölkəmizdəki multikultural,
tolerant mühitin üstünlüklərindən danışaraq, Azərbaycanın
multikulturalizm sahəsində əldə etdiyi uğurların dünya dövlətləri,
ölkəmizə gələn
qonaqlar tərəfindən
də etiraf edildiyini və yüksək qiymətləndirildiyini
bildiriblər.
Qeyd edək
ki, kitaba daxil olan sitatlar
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin AZƏRTAC tərəfindən
yayılmış nitqlərindən,
çıxışlarından və müsahibələrindən
götürülüb.
Kitab siyasətçilər,
ölkəşünaslar, mədəniyyətşünaslar,
tarixçilər və
geniş oxucu kütləsi üçün
nəzərdə tutulub.
Yeni Azərbaycan.-
2018.- 1 may.- S.7.