İsmayıllıda sahibkarlığın inkişafına böyük dəstək göstərilir

 

Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, iqtisadiyyatın dinamik inkişafı, sosial problemlərin uğurlu həlli, sahibkarlığa göstərilən qayğı, işsizliyin aradan qaldırılması üçün həyata keçirilən layihələr ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanır yüksək qiymətləndirilir. Sevindirici haldır ki, ölkənin tarazlı inkişafına yönəldilmiş sosial-iqtisadi inkişaf strategiyası nəticəsində regionlar gündən-günə inkişaf edir, hər yerdə qurub-yaratmaq, inkişaf etmək ab-havası hökm sürür. Bu baxımdan İsmayıllı rayonunda son illərdə baş vermiş dəyişikliklərə nəzər salsaq, deyilənlərin real mənzərəsi qarşımızda canlanar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin özəl sektorun sahibkarlığın inkişafına hərtərəfli kömək göstərilməsi barədə qarşıya qoyduğu tələblərə uyğun olaraq rayonda sahibkarlığın inkişafı üçün münbit zəmin yaradılıb. Rayon rəhbərliyi tərəfindən hər bir sahibkarın rəy təklifləri diqqətlə öyrənilir qanunvericiliyin tələblərinə uyğun olaraq onlara lazımi köməklik göstərilir. Bunun da nəticəsidir ki, füsunkar təbiətə əsrarəngiz gözəlliyə malik olan İsmayıllıda son illərdə adamları tərəfindən xeyli sayda yeni istehsal, xidmət sosial təyinatlı obyektlər istifadəyə verilib.

Sevindirici haldır ki, rayon mərkəzi ilə yanaşı, kəndlərdə dinamik inkişaf müşahidə olunur, eyni zamanda, burada özəl sektor aparıcı rol oynayır. Belə ki, sahibkarlar adamları tərəfindən regionda analoqu olmayan Velosiped İstehsalı Zavodu tikilib istifadəyə verilib. Rayon mərkəzində 3 ədəd 9 mərtəbəli 2 ədəd 5 mərtəbəli yaşayış binasının tikintisi başa çatdırılıb. Göyçay çayı üzərində iki ədəd Su Elektrik Stansiyası tikilib istifadəyə verilib. Xalça toxuculuğu ilə məşğul olanXoşbəxt-X” Sandalayaqqabı istehsalı müəssisələri fəaliyyətlərini getdikcə genişləndirir. Uzun fasilədən sonra Kərpic zavodu yenidən qurulub. Xanagah kəndi ərazisində dam örtükləri istehsal edən müəssisə işə salınıb. Rayon ərazisində un dəyirmanları, süd məhsullarının emalı sexləri, çoxsaylı ticarət, ictimai iaşə, xidmət, turizm müxtəlif xalq sənətkarlıq obyektləri tikilərək istifadəyə verilib. Rayonda qabaqcıl texnologiyalar əsasında müxtəlif meyvə bağları, üzüm plantasiyaları, fındıq bağları salınıb. Bir sıra kəndlərdə tutumu 100 başa qədər olan fermalar inşa olunub. Rayonda özəl obyekt olan iki quşçuluq fabriki fəaliyyət göstərir. Cari ilin aprel ayında Sumağallı kəndində ildə 50-55 min baş cücə yetişdirmək imkanlarına malik inkubasiya müəssisəsi istifadəyə verilib.

İcra olunan layihələr daha çoxdur. Belə ki, Keyvəndi kəndində “AZZA AQRO” MMC tərəfindən iri heyvandarlıq təsərrüfatı, Tircan kəndi ərazisində sahibkar tərəfindənBədosanatoriya-müalicə müəssisəsi, İsmayıllı şəhərində sahibkar tərəfindən 5 mərtəbəli 4 ulduzlu hotel binası tikilir, Kürdmaşı kəndi ərazisindəButaşirkətlər qrupu tərəfindən Aqrokompleks, sahibkar tərəfindənGünəş park” istirahət-əyləncə mərkəzi yaradılır. Bu obyektlər cari ilin buraxılış obyektləridir yaxın günlərdə istifadəyə veriləcək.

Onu da qeyd etmək lazımdır ki, rayon üzrə sahibkarlar tərəfindən görülmüş işləri tam sadalamaq imkan xaricindədir. Görülmüş işlər, həqiqətən, çoxdur, qarşıda duran vəzifələr isə daha əzəmətlidir.

Rayonumuzun ölkənin ən gözəl turizm məkanlarının birinə çevrilməsi üçün müvafiq tədbirlər görülür. İnvestorların cəlb olunması məqsədilə lazımi tədbirlər həyata keçirilir. Hazırda rayonda çoxsaylı istirahət turizm, xidmət, ticarət, ictimai iaşə obyektlərinin tikintisi davam etdirilir.

Onlarla müxtəlif təyinatlı obyektlərin tikintisi üçün layihə-smeta sənədləri hazırlanıb yaxın günlərdə icrasına başlanması gözlənilir. Rayonda tikinti-quruculuq işlərinin sürətlə davam etməsi barədə bir faktı da qeyd etmək yerinə düşər ki, 2017-ci ildə əsas kapitala 86 milyon manat həcmində (əvvəlki illə müqayisədə 2,3 dəfə çox) investisiya qoyulub. Bu göstəriciyə görə rayonumuz on ən yüksək göstəriciyə malik rayonlar sırasındadır. Nəzərə almaq lazımdır ki, investisiya qoyuluşunda özəl sektorun payı 60 faizdən yüksək olub.

Cənab Prezident rayonumuza daima yüksək diqqət qayğı ilə yanaşır. Lahıc qəsəbəsinin qazlaşdırılması, Lahıc qəsəbəsi tam orta məktəbi üçün yeni binanın tikilməsi Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi üçün bir gündə üç Sərəncamın imzalaması dediklərimizə əyani sübutdur.

Təəssüf doğuran hal odur ki, sahibkarlara göstərilən bu qayğını qiymətləndirməyən, gözü götürməyən qüvvələr vardır. Bu şəxslər yalnız vətənini sevməyənlər, onun nailiyyətlərinə xor baxanlar ola bilər.

Sahibkarlara adamlarına müraciət edərək onların İsmayıllı rayonunda yaradılmış münbit şəraitdən bəhrələnmələrini arzu edirəm.

Sevil Əhmədova

Yeni Azərbaycan.- 2018.-3 may.- S.5.