Heydər Əliyev Azərbaycan
salnaməsində təkrarolunmaz
rəhbər, qüdrətli
dövlət başçısı,
fədakar insan kimi əbədiləşib
Mayın 3-də Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Ulu Öndər xatirələrdə” adlı
tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif
Əsgərov ümummilli
lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı
misilsiz tarixi xidmətlərindən danışıb.
Bildirib ki, Ümummilli Lideri mənsub olduğu xalqa bəxş edən günün özü də ümummilli önəm daşıyır. Milli dövlətçiliyin inkişafını
və qüdrətlənməsini
təmin edən tarixi şəxsiyyətin
həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini
təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycanın
tarixinin yönünü
və məzmununu müəyyən etməklə
zamanın fövqünə
yüksəlib, əbədiyyət
qazanıb. O, xalqının
taleyində dönüş
yaradaraq ölkəsini
tənəzzüldən tərəqqiyə
qovuşdurub. Zamanın bu
dahi şəxsiyyətə
bəxş etdiyi nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən dövlət başçısı
kimi tarixi hadisələrin gedişini
irəlicədən müəyyən
edə bilib, Azərbaycanın dünəni,
bu günü və sabahı üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman ən düzgün mövqe tutub, qətiyyətlə hərəkət
edib. Belə dərin zəka, dönməz iradə və tükənməz enerji ona həmişə
uğur və nüfuz gətirib. Ulu Öndər Azərbaycan salnaməsində təkrarolunmaz
rəhbər, qüdrətli
dövlət başçısı,
fədakar insan kimi əbədiləşib.
Ümummilli liderimiz Heydər Əliyev öz ali liderlik
keyfiyyətləri ilə
dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng
şəxsiyyətdir. Müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu,
ulu öndər Heydər Əliyevi əbədiyaşar lider zirvəsinə yüksəldən
onun dövləti, xalqı qarşısındakı
xidmətləri, bu günümüzə və
gələcəyimizə bələdçilik
edən ideyalarıdır.
Heydər Əliyevin həyatı və fəaliyyəti öz Vətəninə, xalqına
məhəbbətin təkrarsız
təcəssümü, millətə
xidmətin nümunəsi
kimi daim yaşayacaq.
Yeni Azərbaycan.-
2018.- 4 may.- S.5.