Naxçıvanda ümummilli lider
Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub
Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin
qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin
baş meydanında əzəmətlə ucalan
abidəsi önünə
gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.Naxçıvantv.az
xəbər verir ki, nazirlik, komitə,
baş idarələrin
və müəssisələrin
rəhbərləri, hərbi
hissələrin komandirləri,
elm, təhsil müəssisələrinin və
ictimaiyyətin nümayəndələri,
Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən “Qurtuluşdan Əlincəqalaya”
yürüşünün iştirakçısı olan
gənclər də abidə önünə tər güllər düzüblər.Müstəqil və qüdrətli Azərbaycan dövlətinin
yaradıcısı, ulu
öndər Heydər
Əliyevin anadan olmasından 95 il ötür. Ölkəmizə rəhbərlik
dövrü böyük
quruculuq, inkişaf, sabitlik və tərəqqi illəri kimi tarixə yazılan, ən çətin məqamlarda
xalqının köməyinə
çatan, Azərbaycanı
məhv olmaq, parçalanmaq və tarix səhnəsindən silinmək təhlükəsindən
xilas edən dahi rəhbərin mənalı
ömür yolu bir məqsədə - xalq və Vətən
naminə fəaliyyətə
həsr olunmuşdu.Azərbaycanın
müstəqil dövlət
quruculuğunun əsası
dahi öndərin ölkəmizə birinci rəhbərliyi dövründə
qoyulub. 1969-1982-ci illərdə
Ulu Öndər Azərbaycanı dinamik
inkişaf yoluna çıxarıb,
yeni zavodlar, fabriklər, böyük sənaye müəssisələri
tikilib, yollar çəkilib, məktəb
binaları, xəstəxanalar,
mədəniyyət obyektləri
istifadəyə verilib.
İmperiya təzyiqlərinə
baxmayaraq milli ruhun və milli
özünüdərkin dirçəldilməsi,
milli dəyərlərimizin,
adət-ənənələrimizin təbliği və qorunub-saxlanılması, gənclərin
tarixi ənənələrimizə
və dəyərlərimizə
bağlı yetişdirilməsi
istiqamətində də
ardıcıl tədbirlər
görülüb.Ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə 1990-1993-cü illərdə
Naxçıvandan başlanan
müstəqillik yolu Azərbaycanın
siyasi mühitində aparıcı qüvvəyə
çevrildi, milli dövlətçiliyimizin bərpası
istiqamətində qəti
addımlar atıldı.
Görkəmli dövlət
xadiminin təşəbbüsü
və rəhbərliyi
ilə Naxçıvan
Muxtar Sovet Sosialist Respublikasının
adından “Sovet Sosialist” sözlərinin çıxarılması,
üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət
Bayrağı kimi qəbul edilməsi Azərbaycanın müstəqil
dövlətçilik tarixində
mühüm mərhələ təşkil edir. Həmin dövrdə Ulu Öndərin Naxçıvanda
yaşayıb fəaliyyət
göstərməsi qədim
diyarı işğaldan,
əhalini isə köçkün taleyi yaşamaqdan xilas etdi. Naxçıvan Muxtar Respublikası
işğal təhlükəsindən
xilas olaraq dövlət müstəqilliyimiz
və milli qurtuluşumuz uğrunda gedən mübarizənin mərkəzinə çevrildi.Ümummilli
Liderin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın
qurtuluş və inkişaf tarixində yeni mərhələnin
əsasını qoydu.
“Mən həyatımı
insanlara səadət gətirməyə həsr
etmişəm. Mən
həyatımı xalqın
azadlığına həsr
etmişəm. Mən həyatımı
millətimin, xalqımın
rifahının yaxşılaşdırılmasına
həsr etmişəm”,
- deyən ulu öndər Heydər Əliyevin qətiyyəti
və əzmkarlığı
sayəsində ölkəmiz
parçalanmaqdan, vətəndaş
müharibəsindən qurtuldu,
Azərbaycanda milli-ideoloji
birliyin təməli qoyuldu, güclü ordu yaradıldı,
möhkəm və davamlı quruculuq yolu müəyyənləşdirildi,
torpaqlarımızın işğalının
qarşısı alındı.
Qanunların aliliyinə
söykənən vətəndaş
cəmiyyəti quruldu.
Dahi liderin fəaliyyəti nəticəsində Azərbaycan
dünyanın ən dinamik inkişaf edən ölkələrindən
birinə çevrildi.Bu
gün Azərbaycanın
müstəqillik tarixinin
ən parlaq səhifələri yazılır.
Ölkəmizdə Ulu
Öndərin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanı yeni inkişaf mərhələsinə
çıxarıb. Güclü
ordu və möhkəm iqtisadi potensial Azərbaycanı bölgədə və dünyada etibarlı tərəfdaşa və lider ölkəyə çevirib. Azərbaycan beynəlxalq miqyaslı yarışlara, festivallara,
qlobal forumlara, nüfuzlu tədbirlərə
ev sahibliyi edir, inkişafın bütün istiqamətləri
üzrə öz modelini ortaya qoyur. Bütün bunlara isə ölkəmizdə Heydər
Əliyev yolunun uğurla davam və inkişaf etdirilməsi nəticəsində
nail olunub. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanın daha güclü, qüdrətli dövlətə
çevrilməsi üçün
Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, müstəqillik yoludur. Eyni zamanda,
bu, uğur gətirən yoldur. Çünki həyat və Azərbaycanın dünya miqyasındakı
indiki rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir”.
Bu gün ulu öndər Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da davamlı inkişaf yolundadır. Ümummilli Liderin ideyalarına sədaqət Naxçıvan
Muxtar Respublikasını
hərtərəfli inkişafa
qovuşdurub. Ötən
illər ərzində
muxtar respublikada elm, təhsil, mədəniyyət, kənd
təsərrüfatı, ordu
quruculuğu və digər sahələrdə
əsaslı irəliləyişə
nail olunub. Naxçıvan şəhərində, rayon mərkəzlərində,
eləcə də ucqar dağ və sərhəd kəndlərində müasir
infrastrukturun yaradılması,
yolların və körpülərin salınması
yaşayış məntəqələrinin
simasını tamamilə
dəyişib, insanlara
rahatlıq və firavan həyat bəxş edib.Heydər
Əliyev siyasi xətti müstəqil Azərbaycanın dünənini
və bugününü
yaşadan, gələcək
inkişafına etibarlı
zəmin yaradan dövlətçilik yoludur.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün
reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının
deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını
və inkişaf perspektivlərini müəyyənləşdirir.
Bu böyük şəxsiyyətin Azərbaycan
naminə gördüyü
işlər ölkəmizin
milli sərhədlərini
aşaraq bütövlükdə
regionun və dünya sivilizasiyasının
da tərəqqisinə
xidmət edir. Təsadüfi deyil ki, məşhur dövlət və ictimai xadimlər Ulu Öndərimizi iyirminci əsr dünya siyasi fikir tarixinin canlı əfsanəsi adlandırırdılar. Xalqımızın
böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına,
fəxri ad və titullara layiq görülmüşdür.
Onun öz sağlığında layiq
gördüyü ən
yüksək mükafat
isə Azərbaycan xalqının ümummilli
lideri adını qazanmasıdır”.
Mayın 10-da Naxçıvan Muxtar Respublikasının bütün
rayon mərkəzlərində
də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü
münasibətilə tədbirlər
keçirilib.ə minnətdarlıq
edib.
Yeni Azərbaycan.-
2018.- 11 may.- S.9