Ədibin evi”ndə Ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə ədəbi-musiqili mərasim keçirilib

 

Mayın 16-da İçərişəhərdəƏdibin evi”ndə Azərbaycan xalqının Ümummilli lideri, müasir dövrün görkəmli ictimai-siyasi xadimi Heydər Əliyevin 95 illiyinə həsr edilən ədəbi-musiqili yubiley mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Ulu öndərin nəvəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Tədbiri açan Əməkdar artist Nərgiz Cəlilova Azərbaycan söz sənətinin parlaq nümayəndələrindən biri olan Mir Cəlal Paşayevin 20 il bu evdə yaşayıb-yaratdığını diqqətə çatdırıb. Vurğulayıb ki, poeziya, yaradıcılıq ruhu ilə zəngin olan bu evin hər bir guşəsi bu gün Ulu öndərin şərəfli ömür yolunun nuru ilə yenidən işıqlanıb. O, hamının adından Mir Cəlalın ailə üzvlərinə bu evin qapılarını tədbir iştirakçılarının üzünə açdıqları üçün təşəkkürünü bildirib.

Qeyd olunub ki, ilk bəşər övladının yarandığı gündən saysız-hesabsız insan dünya pəncərəsindən boylanıb keçir. Yalnız Heydər Əliyev kimi son dərəcə əzmkar, mübariz insanlar bütün çətinliklərdən mərd-mərdanə, qələbə çalaraq çıxır adı ilə tarix yazır.

Mərasimdə Ulu öndərin zəngin şərəfli həyat yoluna həsr olunmuşHeydər Əliyev incəsənətadlı film nümayiş etdirilib. Filmdə Ümummilli liderin Azərbaycanın mədəniyyət incəsənət xadimləri ilə görüşünə, Azərbaycan musiqisinə, ədəbiyyatına həssas münasibətini əks etdirən kadrlar yer alıb.

Filmin nümayişindən sonra Heydər ƏliyevinUşaqlar bizim gələcəyimizdirfikrini xatırladan aparıcı qeyd edib ki, bu ifadə Ümummilli liderin körpələrimizin sağlamlığı, təhsili, sosial mənəvi baxımdan təminatı, inkişafı yolunda gördüyü geniş miqyaslı işlərdə dəfələrlə öz təsdiqini tapıb. Onun uşaqlar gənclərlə bağlı siyasətindəki bu qayğı diqqət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir zənginləşdirilir.

Daha sonra musiqili-ədəbi proqram təqdim edilib. Respublika İncəsənət Gimnaziyasının, Müslüm Maqomayev adına musiqi məktəbinin istedadlı şagirdlərinin ifasında Azərbaycan şairlərinin şeirləri, bəstəkar xalq mahnıları səsləndirilib.

Tədbirdə Leyla BəşirovaZərifə sevgisi - Heydər sevinci” (Zəlimxan Yaqub), beynəlxalq müsabiqələr laureatı Kənan Babazadə “Ana” (Sevil Əliyeva) Elegiya” (Müslüm Maqomayev), Ayla QafqazlıSevgili cananSənsiz” (Nizami Gəncəvi), respublika beynəlxalq müsabiqələr laureatı Səma HəmzəyevaSənə qalmaz” (Tofiq Quliyev), Fikrət ƏliyevKüçələrə su səpmişəm” (xalq mahnısı) Leyla” (Rauf Hacıyev), Canəli CanəliyevAyağa dur, Azərbaycan” (Məmməd Araz) əsərlərini səsləndiriblər.

Mərasimin maraqlı məqamlarından biri isə Leyla Əliyevanın babasına həsr etdiyi şeirlərini söyləməsi olub. Tamaşaçılar bu ifada Heydər Əliyev ziyasını bir daha duyublar.

Tədbir Süleyman Mahmudovun ifasındaAzərbaycanmahnısı (Müslüm Maqomayev) ilə başa çatıb.

Yeni Azərbaycan.- 2018.- 17 may.- S.7.