Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 100 illik
yubileyi prokurorluq orqanlarında qeyd olunub
Mayın 21-də “Boulevard Hotel”də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının baş
prokuroru Zakir Qaralov 1918-ci il mayın 28-də müsəlman
Şərqində yaradılan
və xalqımızın
dövlətçilik tarixində
misilsiz rolu olan ilk demokratik,
parlamentli respublikanın
- Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verib. Baş prokuror ölkəmizin
qədim və zəngin dövlətçilik
ənənələrinin, çoxəsrlik
sosial-iqtisadi, ictimai-siyasi
və mədəni inkişafının, xalqımızın
milli oyanışı
və dirçəlişi
proseslərinin məntiqi
nəticəsi kimi meydana çıxmış
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının
xalqımızın
öz müqəddəratını
təyin etməyə
qadir olduğunu əyani şəkildə
bütün dünyaya
nümayiş etdirdiyini
bildirib. Zakir Qaralov Azərbaycan
Xalq Cümhuriyyətinin
Azərbaycanın gələcək
müstəqilliyi üçün
etibarlı zəmin hazırladığını xüsusi
vurğulayıb.Baş prokuror
ölkəmizin müstəqilliyinin
bərpasından sonra
qazanılmış uğurlar,
Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində misilsiz xidmətləri və Ulu öndərin
etibarlı davamçısı
Prezident İlham Əliyevin yürütdüyü
daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində həyata
keçirilən iqtisadi
islahatlar haqqında məlumat verib. Xüsusi vurğulanıb ki,
1993-cü ildə xalqımızın
təkidli tələbi
ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra
Onun cəsarəti sayəsində Azərbaycanın
müstəqilliyinin qorunmasına
və möhkəmləndirilməsinə,
xalqımızın firavanlığına
və ölkənin davamlı inkişafına
xidmət edən siyasi kursun həyata
keçirilməsinə başlanılmaqla
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə
siyasi-hüquqi qiymət
verilib, həmin dövrün dövlət
rəmzləri və himni bərpa olunub.Baş prokuror qeyd edib ki,
Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi və “Bu gün Cümhuriyyətin
qurucuları Azərbaycanı
görsələr, fəxr
edərdilər. Biz də
Cümhuriyyətin qurucuları
ilə fəxr edirik” sözləri xalqımızın qədim
və zəngin dövlətçilik tarixinə
böyük ehtiramın
göstəricisidir.Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Tarix İnstitutunun
direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov “Müasir Azərbaycan Respublikası
Xalq Cümhuriyyətinin
varisidir” mövzusunda məruzə ilə çıxış edərək
Cümhuriyyətin xalqımızın
dövlətçilik tarixinin
şanlı səhifələrindən
olduğunu diqqətə
çatdırıb. Prezident İlham
Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan
Xalq Cümhuriyyəti
İli” elan olunması və Cümhuriyyətin 100 illik
yubileyinin yüksək
səviyyədə qeyd
edilməsi ilə bağlı sərəncamlarının
önəmini qeyd edən akademik tariximizin, o cümlədən
Cümhuriyyət dövrünün
dərindən tədqiq olunmasında
AMEA-nın Tarix İnstitutunun Azərbaycan
Prokurorluğu orqanları
ilə səmərəli
əməkdaşlığını xüsusi vurğulayıb.Azərbaycan
Xalq Cümhuriyyətinin
tarixi və əldə etdiyi mühüm uğurlar barədə konfrans iştirakçılarına ətraflı
məlumat verən Y.Mahmudov deyib ki, 1918-1920-ci illər
xalqımızın tarixinin
ən parlaq səhifələrindən biridir.
Cümhuriyyətin qurucuları olduqca
gərgin ictimai-siyasi şəraitdə Azərbaycanın
müstəqilliyini elan
edib və 23 aylıq qısa müddətdə bütün
sahələrdə mütərəqqi
islahatlar həyata keçirərək Azərbaycanın
sonrakı müstəqilliyi
üçün dövlətçilik
ənənəsi formalaşdırıblar.
Ümummilli lider Heydər
Əliyevin Cümhuriyyət
dövrünün dərindən
araşdırılmasını daim diqqət mərkəzində saxladığını
vurğulayan akademik diqqətə çatdırıb
ki, bu istiqamətdə
elmi tədqiqatlar fasiləsiz davam etdirilir, ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir, sanballı elmi əsərlər hazırlanır və müxtəlif dillərə
tərcümə edilir.
Tarix İnstitutunun direktoru Ulu öndər
Heydər Əliyevin vəsiyyətinə əsasən
nəşr edilən
“Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın
Cümhuriyyət tarixinin
bütün sahələrini
əhatə edən ilk fundamental elmi əsər olduğunu vurğulayıb.
O, dövlətimizin başçısı
İlham Əliyev tərəfindən də
Cümhuriyyət dövrünün
tədqiqinə daim xüsusi diqqət yetirilməsinin bu sahədə işin daha geniş aparılmasına imkan yaratdığını bildirib.
Çıxışından sonra akademik
Y.Mahmudov “Azərbaycan
Xalq Cümhuriyyəti
Ensiklopediyası”nı baş
prokurora təqdim edib.AMEA-nın Qafqazşünaslıq
İnstitutunun direktoru,
Akademiyanın müxbir
üzvü, Milli Məclisin deputatı, professor Musa Qasımlı “Müsəlman
Şərqinin ilk demokratik respublikası” mövzusunda məruzəsində
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması
ilə nəticələnən ictimai-siyasi
prosesin milli özünüdərk və
milli sürurun formalaşmasına təkan
verən maarifçilik
hərəkatı ilə
başladığını deyib. Bu hərəkatda Cümhuriyyətin
qurucularının misilsiz
xidmətlərini xüsusi
qeyd edən M.Qasımlı diqqətə
çatdırıb ki,
Avropa ölkələrindən
fərqli olaraq, Azərbaycanda milli azadlıq hərəkatının
ön sıralarında
ziyalılar addımlayırdılar.
Professor həmin dövrdə ziyalılarımızın
azadlıq ideyalarına,
demokratik dəyərlərə
sadiqliyinin Azərbaycanın
həmin dövrdə
siyasi elitasının
yüksək zəkasının
və vətənpərvərliyinin
göstəricisi olduğunu
bildirib. Cümhuriyyətin ağır ictimai-siyasi
şəraitdə elan
edilməsinə baxmayaraq,
mühüm uğurlar
əldə etdiyini diqqətə çatdıran
M.Qasımlı bu baxımdan 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dünyanın
ən böyük dövlətləri tərəfindən
tanınmasının, nizami
ordu yaradılmasının, müsəlman Şərqində
ilk dəfə qadınlara seçki hüququnun verilməsinin önəmini xüsusi vurğulayıb.Professor Azərbaycan
Xalq Cümhuriyyətinin
hüquqi varisi olan müstəqil respublikamızın Cümhuriyyət
dövrünün demokratik
dəyərlərinə sadiq
qalaraq sürətlə
inkişaf etdiyini
və dünya birliyində layiqli yer tutduğunu bildirib. Qeyd edib ki, məhz müstəqillik dövründə, xüsusən
Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində
Cümhuriyyət dövrünün
tədqiqi və təbliği istiqamətində
mühüm addımlar
atılıb və bu istiqamətdə iş davam etdirilir.Baş prokurorun müavini
Namiq Əsgərov “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik
tariximizdəki müstəsna
rolu” mövzusunda çıxış edərək
bildirib ki, Şərqdə ilk demokratik Cümhuriyyətin
qurulması sonrakı
mərhələdə Azərbaycan
dövlətçiliyinin qorunmasına,
müstəqil respublika
kimi inkişafına
əsaslı hüquqi
zəmin yaradıb. Müstəqil Azərbaycan dövlətində
prokurorluq orqanlarının
tarixinin də məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günündən
sonra başladığını
qeyd edən Namiq Əsgərov prokurorluq orqanlarının
Azərbaycan Xalq Cümhuriyyətinin Məhkəmə
Palatasında, Bakı
və Gəncə dairə məhkəmələrinin tərkibində mürəkkəb
və ağır şəraitdə öz səlahiyyətləri daxilində
böyük işlər
gördüyünü diqqətə
çatdırıb.Konfransa yekun vuran baş
prokuror Zakir Qaralov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ölkəmizin çoxəsrlik tarixinin ən şərəfli və
parlaq səhifələrindən
biri kimi böyük ruh yüksəkliyi ilə qeyd edilməklə, xalqımız müasir Azərbaycan dövlətinin
müstəqilliyinin və
suverenliyinin bütün
atributlarına sahib olmasından və onun qorunub saxlanılmasının
etibarlı əllərdə
olmasından qürur hissi duyaraq işıqlı gələcəyinə tam
inamla baxır.Əminlik
ifadə olunub ki, Azərbaycan Respublikasının Prokurorluq
orqanları öz fəaliyyətini Prezident İlham Əliyevin müəyyənləşdirdiyi tələblər səviyyəsində
qurmaqla, müstəqilliyimizin
və suverenliyimizin dönməzliyinin və sarsılmazlığının təmin olunması, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin daha da möhkəmləndirilməsi, dövlətçiliyimizin
qorunması istiqamətində
davam etdirəcək.Tədbir
çərçivəsində AMEA-nın Tarix İnstitutu tərəfindən
Azərbaycan Xalq Cümhuriyyətinin tarixini
özündə əks
etdirən və nəfis şəkildə
hazırlanmış “Azərbaycan
Xalq Cümhuriyyəti
Ensiklopediyası”
və digər kitablar nümayiş etdirilərək konfrans iştirakçılarına təqdim
olunub.
Konfransın sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin hazırladığı
“Əbədi ezamiyyət”
sənədli filmi nümayiş etdirilib.
Yeni Azərbaycan.-
2018.- 22 may.- S.6.