ADU-daHeydər Əliyev müasir Azərbaycanadlı respublika tələbə-şagird elmi konfransı keçirilib

 

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuşHeydər Əliyev müasir Azərbaycanmövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilib.

ADU rəhbərliyi konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək universitetin foyesində yerləşən büstü önünə tər çiçəklər qoyublar.

Konfransın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni Gaudeamustələbə himni səsləndirilib.

Azərbaycan Dillər Universitetinin rektoru, konfransın təşkilat komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, professor Kamal Abdulla qonaqları salamlayaraq onları universitetdə görməkdən şad olduğunu bildirib. Ulu öndərin xatirəsinə həsr olunmuşHeydər Əliyev müasir Azərbaycanadlı tələbə-şagird konfransının çox möhtəşəm başlandığını söyləyən rektor bu yaxınlarda ADU-nunHeydər Əliyev: multikulturalizm tolerantlıq ideologiyasıadlı beynəlxalq konfrans keçirdiyini diqqətə çatdırıb.

Konfransda Ağdam 1 nömrəli köçkün tam orta məktəbi, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi, Şamaxı rayon 2 nömrəli tam orta məktəb, Binəqədi rayon 298 nömrəli məktəb, 92 nömrəli məktəb, E.Ağayev adına 198 nömrəli məktəb, 314 nömrəli məktəb, V.Əzizov adına 30 nömrəli məktəb, Nərimanov rayonu 36 nömrəli tam orta məktəb, 264 nömrəli məktəb-lisey, Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbi, Yasamal rayon 225 nömrəli tam orta məktəb, Nizami rayon 227 nömrəli tam orta məktəb, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəb, E.Tağızadə adına 164 nömrəli tam orta məktəb, 204 nömrəli tam orta məktəb, Hüseynov adına tam orta məktəb, Nəsimi rayonu 46 nömrəli tam orta məktəb, Nəsimi rayonu 42 nömrəli tam orta məktəb, 299 nömrəli tam orta məktəb, Suraxanı rayonu 275 nömrəli tam orta məktəb, Binəqədi rayonu 260 nömrəli məktəb-liseyi, Ağdam rayon 47 nömrəli köçkün tam orta məktəbi, Kəlbəcər rayonu 1 nömrəli tam orta məktəb, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktor, müəllim şagirdləri iştirak ediblər. Rektor K.Abdulla onları universitetdə görməyin olduqca sevindirici şərəfli olduğunu vurğulayıb: “Biz gərək elə edək ki, onların iki günlük Bakı tətilləri konfrans yadlarında əbədi qalsın”. Cocuq Mərcanlı kənd tam orta məktəbinin adını çəkdikdə qəhərlənən rektor: “Əlbəttə ki, bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuq Mərcanlı durur”, - sözlərini ifadə edib.

N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Kəlbəcər rayonu 1 saylı orta məktəbinin direktoru Fərqanə Əhmədova, Nərimanov rayonu 36 saylı tam orta məktəbin direktoru Emilya Səfərəliyeva digərləri konfransın təşkilinin böyük əhəmiyyət kəsb etdiyini bildirərək Ulu öndər Heydər Əliyevin xalqımız dövlətçiliyimiz qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.

KonfransınHeydər Əliyev Azərbaycançılıq məfkurəsi”, “Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan tarixi mədəniyyəti”, “Dil ədəbiyyat”, “Pedaqoqika psixologiya”, “Multikulturalizm tolerantlıq ideologiyasımövzusunda bölmə iclasları ilə davam edib iclaslarda tələbə-müəllim heyəti ilə yanaşı, məktəb şagirdləri məruzələrlə çıxış ediblər.

Konfransın bağlanış mərasimində rektor Kamal Abdulla tərəfindən qaçqın məcburi köçkün məktəblərinin direktor şagirdlərinə hədiyyələr təqdim olunub.

Sonda Ağdam 1 nömrəli köçkün tam orta məktəbinin şagirdləriAzərbaycan bayrağışeirini söyləyib səhnəyə Azərbaycan bayrağı gətirilib.

Yeni Azərbaycan.- 2018.- 22 may.- S.7.