Heydər Əliyev ideyaları
Naxçıvan Muxtar
Respublikasının inkişafının
təminatçısıdır
Məlum olduğu
kimi müasir güclü Azərbaycan dövləti məhz Heydər Əliyev siyasətinin, uzaqgörənliyinin
və ideyalarının
ən gerçək nəticəsidir. Məhz Onun həmişəyaşar
ideyaları ayrılıqda
hər bir vətəndaşın, bütövlükdə
isə böyük bir xalqın maraqlarını və mənafeyini ifadə edir.
Özünün müdrik və
uzaqgörən fəaliyyəti
ilə dövlət quruculuğunun ən üstün mexanizmlərini
formalaşdıran dahi
rəhbər çox
böyük xalq və millət sevgisi qazandı. Həmin sevgi ilə tənəzzüldən
tərəqqiyə, böhrandan
inkişafa, yox olmadan var olmağa doğru olan yolda qətiyyətli
addımlar atdı. Eyni zamanda, iqtisadi
quruculuq proseslərinin
düzgün istiqamətləndirilməsinə
diqqət göstərməklə,
onun daha çox regional və milli mahiyyətinin
yüksək olmasına
təminat yaratdı.
Bu bir həqiqətdir ki, müstəqilliyin ilk illərində Azərbaycan
Respublikasının regional
iqtisadi inkişaf proseslərindəki uğurlarında
Naxçıvan Muxtar
Respublikasının zəruri
yeri və rolu vardır. Hələ ötən əsrin
90-cı illərinin əvvəllərində
müasir iqtisadi şəraitin tələblərinə
uyğun olaraq, muxtar respublikadan iqtisadi islahatların başladılması və
bazar münasibətlərinə
xas olan idarəetmənin təşkili
yeni təsərrüfatçılıq
üçün sağlam
mühitin yaranmasına
səbəb oldu.
Bu isə istehsal və istehlak münasibətlərinin, eləcə
də bu sahədəki davranışların
ən səmərəli
təşkilinə imkanlar
açdı. Hüquqi
və iqtisadi əsasları təmin edilən yeni təsərrüfat formalarının
təsisatı həmin
dövrlərdə muxtar
respublikada keçid dövrünü etibarlı inkişaf mərhələsi olaraq təşkilatlandırdı.
Məhz Ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən
bu tədbirlər muxtar respublikanın ölkənin milli iqtisadi quruculuq proseslərindəki rolunu daha da sürətləndirdi.
Əldə edilən iqtisadi güc keçid etdiyimiz iqtisadi sistemin də fundamental məsələlərinin həllinə
yönəldi, bu sahədəki problemlərin aradan qaldırılmasında mühüm
vasitə oldu.
Ümummilli liderin
rəhbərliyi ilə
Naxçıvan Muxtar
Respublikasından başlanan
islahatlar müstəqil
dövlətin milli iqtisadiyyatı üçün
əsaslandırılmış proqram oldu. Onu
sonrakı mərhələlərdə
özünü göstərə
biləcək sosial bəla və sıxıntılardan qorudu.
Aydındır ki, milli iqtisadiyyatlar üçün sosial bəla kimi çıxış edən
mühüm amillərdən
biri işsizlikdir. Məhz milli liderin qurduğu milli iqtisadiyyat işsizliklə mübarizədə
sarsılmaz müqavimət
gücünə malik
oldu.
Artıq keçən
müddət ərzində
Naxçıvan Muxtar
Respublikasında müdrik
ideyalara sadiq qalaraq həyata keçirilən tədbirlər
bütövlükdə ölkə
iqtisadiyyatının davamlı
inkişafı üçün
stimul mənbəyinə
çevrildi. Buna görə
də Naxçıvan
Muxtar Respublikasında
həyata keçirilən
tədbirlər makroiqtisadi
proseslərin həmin
sosial bəlaya qarşı dayanıqlılıq
gücünün artırılmasından
ibarət olub, rifahın və firavanlığın təmin
edilməsində qətiyyətli
addımlara çevrildi.
Bu sahədə muxtar respublika Ali Məclisinin Sədri tərəfindən imzalanan
sərəncamlarla 30 may
2007-ci il tarixində Naxçıvan Muxtar Respublikasında Məşğulluq
Strategiyasının həyata
keçirilməsi üzrə
Dövlət Proqramının
(2007-2010-cu illər), 18 dekabr
2013-cü ildə 2014-2015-ci illərdə Naxçıvan
Muxtar Respublikasında
əhalinin məşğulluğunun artırılması üzrə
Dövlət Proqramı,
11 yanvar 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə
Naxçıvan Muxtar
Respublikasında əhalinin
məşğulluğunun artırılması
üzrə Dövlət
Proqramı” və digər hüquqi-normativ aktlar təsdiq edildi. Təbii ki, bütün bunlar muxtar respublikada
məşğulluq imkanlarının
artırılması, nəticə
etibarı ilə isə işsizliyin məhdudlaşdırılması sahəsində strateji mərhələnin əsaslarını
yaratmış oldu.
Bu tənzimləmələr müasir iqtisadi şəraitin ən ciddi problemlərinin aradan qaldırılmasına
yönəldilmiş, dövlətin
sosial-iqtisadi prioritetlərinin
dolğun ifadəsi olan, əhalinin maddi rifah halının
yaxşılaşdırılması məqsədlərini özündə
əks etdirən, bununla da sağlam
milli iqtisadiyyata yönəldilmiş
tədbirlərin məcmusudur.
Bu mənada Naxçıvan Muxtar Respublikasının məşğulluq potensialının
artırılması istiqamətində
modern inkişaf yolunu seçməsi və sosial dayanıqlılığın təmin
edilməsinə doğru
inamla irəliləməsi
ciddi nəticələri
ilə xarakterizə edilməlidir. Aşağıdakı şəklə diqqət edərkən görünür
ki, işsiz vətəndaşların münasib
işlə təmin edilmələri sahəsində
məqsədyönlü tədbirlərin
həyata keçirilməsi
nəticəsində artıq
2006-cı ildən etibarən
işsizlərin sayında
azalma özünü
göstərməkdədir:
Şəkildən görünür ki, işsizlərin sayındakı
azalma muxtar respublikanın sosial siyasətinin strateji hədəflərini təşkil
etmiş və bu sahədə güclü iradə nümayiş etdirilmişdir.
Digər
tərəfdən, Ümummilli
lider Heydər Əliyevin elə məhz Naxçıvandan
başlatdığı müasir
islahatlara sadiq qalaraq yeni dövrdə
də onun innovativ proseslərin ardıcıllığı naminə
davam etdirilməsi sosial dayanıqlılığın
ən bariz göstəricisinə çevrilmiş
və bu, özünü digər sahələrlə yanaşı,
işsizlərin sayındakı minimum
səviyyənin təminatında
göstərmişdir. Ölkənin
milli iqtisadiyyat üzrə perspektivlərini
nəzərə almaqla
düzgün istiqamətləndirilməsinin,
sosial-iqtisadi inkişafın
dinamikliyinin təmin edilməsi məqsədilə
qəbul edilən qərarların, qanunların,
layihələrin, Sərəncam
və fərmanların, Dövlət
proqramlarının, konsepsiyaların,
strategiyaların, yol xəritələrinin və
digər hüquqi tənzimləmə vasitələrinin
muxtar respublikada düzgün və qətiyyətli icra mexanizmlərinin mövcudluğu
sözügedən sahədə
möhkəm dayaqlar formalaşdırmışdır. Bütün bunların da nəticəsində iqtisadiyyat
bazar münasibətlərinə
xas qanun və tələblər əsasında daha da möhkəmlənmiş,
sosialyönümlülük mexanizmləri özünə
kök salmış, xüsusi mülkiyyət əsasında iqtisadi-istehsal
münasibətləri daha
da təkmilləşmişdir.
Dövlətin sosial siyasətinin səmərəlilik göstəricisi
olan məşğulluq
iqtisadi fəal əhalinin sayında öz ifadəsini tapmaqdadır.
Bütün bunlar Naxçıvan Muxtar Respublikasının Ulu öndər Heydər Əliyev ideyalarından bəhrələnməklə
əldə etdiyi böyük sosial-iqtisadi inkişaf göstəricilərinin,
sadəcə, bir hissəsidir. Qeyd edə bilərik ki, bunlar, eyni
zamanda, hazırkı dövrdə Azərbaycan dövlətinin uzaq gələcək üzrə
müəyyən etdiyi
prioritetlər üçün
strateji bazadır. Təbii ki, bu isə muxtar
respublikada makroiqtisadi inkişaf üçün
hərəkətverici qüvvəyə
çevrilmiş və
iqtisadiyyatın sahə
strukturunun təşkilatlanmasına
stimul vermişdir.
Bu gün Naxçıvan
Muxtar Respublikası sosial-iqtisadi inkişaf sahəsində inamla addımlamaqdadır. Əldə
etdiyi bütün uğurlar Ulu öndərin görmək
istədiyi inkişaf səviyyəsinə doğru
yönəlmişdir. 2004-cü ildən ölkədə uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına
dair Dövlət proqramlarının da yaratdığı əlverişli imkanlar nəticəsində bu sahədə daha da güclü potensial formalaşmışdır.
Aşağıdakı şəklin
məlumatlarını təhlil
edərkən aydın
olur ki, bu məqsədlər istiqamətində qətiyyətli
addım atan muxtar respublikada 1995-2017-ci illərdə:
1. əsas makroiqtisadi
göstərici olan ümumi daxili məhsul istehsalı 62 dəfə;
2. sənaye məhsulunun
həcmi 106 dəfə;
3. əsas kapitala
yönəldilən investisiyaların
həcmi 330 dəfəyə
yaxın;
4. kənd təsərrüfatının
ümumi məhsulu 12 dəfə;
5. informasiya və
rabitə xidmətləri
118 dəfədən çox;
6. pərakəndə əmtəə dövriyyəsi
46 dəfəyə yaxın;
7. əhaliyə göstərilmiş ödənişli
xidmətlər 62 dəfəyə
yaxın artmışdır.
Bunu aşağıdakı
şəklin məlumatları
da ifadə etməkdədir:
Beləliklə, Naxçıvan Muxtar Respublikası Ümummilli liderimizin anadan olmasının 95-ci ilində
də böyük uğurlarına, güclənən
sosial dayaqlarına, iqtisadi artımlarına davam etməkdədir. Bu göstəricilər ölkəmizdə iqtisadiyyatın
çoxşaxəliliyinə və dinamik inkişafına stimul verməklə, onun perspektivliliyini daha da artırmaqdadır.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə
doktoru,
dosent
Yeni Azərbaycan.-
2018.- 23 may.- S.6