Azərbaycanlıların təqsiri nədir ya Rüstəm İbrahimbəyovun ikrahdoğuran filmi haqqında

 

Bakinski raboçiqəzetinin 23 may tarixli nömrəsində tanınmış kinorejissor Ayaz SalayevinRüstəm İbrahimbəyov onun ermənilərin müsibətlərinə görə azərbaycanlıların təqsirkar olması haqqında filmisərlövhəli məqaləsi dərc olunub. AZƏRTAC məqaləni təqdim edir.

* * *

Azərbaycan haqqında yazanlar çox vaxt bizim səriştəsizliyimizə ya qətiyyətsizliyimizə ümid edirlər. Belələri düşünürlər: ya heç başa düşməyəcəklər, ya da cavab verməyəcəklər...

Qafqaz üçlüyüfilminin (2015, rejissorlar - Eldar Şengelaya, Fuad İbrahimbəyov, ssenari müəllifi Rüstəm İbrahimbəyov) yaradılmasından iki il sonra mən bu filmi təsadüfən gördüm, başa düşdüm cavab verirəm.

Filmin proloqunda uşaqlar qayadan suya tullanırlar. Onlardan biri - ən qoçağı qorxaq dostunu ürəkləndirir. Az sonra məlum olur ki, bu qorxaq azərbaycanlı, qoçaq, həm filmin baş qəhrəmanı isə Bakı ermənisidir. O böyüyəcək, yüksək ixtisaslı, nəcib gözütox həkim-oftalmoloq olacaq. O, öz həkimlik məharətini Moskvada nümayiş etdirir, onun oğlu, istedadlı aktyor isə Bakıda, ögey atanın ailəsində Azərbaycan soyadı altında yaşamaqda davam edir. O da Moskvaya köçüb getməyə hazırlaşır, bir tamaşada iştirak edir, bu tamaşa onun aktyor taleyini həll etməlidir. Nəcib həkimin miras alması üçün hansı səbəbdənsə çox vacibdir ki, onun bioloji oğlu təcili surətdə özünün əsl erməni soyadını qaytarsın.

Ən dəhşətli hadisələr bundan sonra başlanır.

Azərbaycanlı qəddar kənd uşaqları haradansa bu zavallı aktyorun etnik mənşəyi barədə öyrənərək onu itələyib quyuya salır daşa basırlar - ekranda erməni ziyalıların qaniçən vəhşi türklərin əlindən çəkdiyi əbədi əziyyətlərin obrazı canlanır.

Oğlunun itməsindən xəbər tutan ata qəhrəmancasına sərhədi keçir uşaqlıqda dostluq etdiyi aciz oğlanın yanına qonaq gəlir. Düzdür, artıq həmin oğlan böyük kişidir, Azərbaycanda neft ehtiyatlarının tükənməsi barədə uzaqgörənlik etdiyinə görə vəzifədən qovulub. Qəzəblənmiş azərbaycanlılar dərhal həmin nəcib erməninin gizləndiyi evin ətrafında toplaşır. Burada televiziya müxbiri var - aydındır ki, o, erməni talanlarına həvəskar olan bakılıların quracağı linç məhkəməsini çəkmək üçün gəlib...

...Hər halda yaşlı bədbəxt həkimi döyə bilirlər. Sonda bunu sərhəd xidmətinin məmuru aeroportda edir. O, həkimi döyməkdən ləzzət alır, aşkar görünür ki, bu, onun çoxdankı arzusu imiş.

Bircə bunu əlavə etmək qalır ki, haqqında danışdığımız filmə erməni kinematoqrafçılarının heç bir aidiyyəti yoxdur. Bu “dostluqfilminin rejissoru gürcü kinosunun az qala klassiki sayılan vaxtilə Bakıda 26 Komissar haqqında filmlə yadda qalmış klassik Nikolay Şengelayanın oğlu Eldar Şengelayadır.

Bu rejissor Abxaziya mövzusunda heç vaxt buna oxşar film çəkməzdi. Amma onun özünə haqq qazandırması üçün bəhanəsi var - filmin ssenari müəllifi azərbaycanlı, məşhur yazıçı, dramaturq ssenarist Rüstəm İbrahimbəyovdur.

Yeri gəlmişkən, filmdə döyülmüş aktyor məhz İbrahimbəyovun pyesi əsasında hazırlanan tamaşada oynamalıdır. Üstəlik, ssenari müəllifi Rüstəm İbrahimbəyov özü qəhrəmanlarından birinin dili ilə filmdə öz pyesini tərifləyir (yadımdadır, bir dəfə o, Bakıda keçirilən kinofestivalda özü-özünə mükafat təqdim etmişdi).

Yazıçı İbrahimbəyovun mənsub olduğu xalq iyirmi beş ildir ki, işğal altındakı əzəli torpaqlarının qaytarılması arzusu ilə yaşayır. O, öldürülmüş, qanlı əllərini ayaqlarını uzatmış azərbaycanlı uşaqların fotoşəkillərini görməyə bilməzdi. Bu gün yazıçı Rüstəm İbrahimbəyovu sənətkar kimi narahat edən bir problem var - erməninin Bakıda rahat təhlükəsiz yaşaması.

Özü filmdən göründüyü kimi, bu insan azərbaycanlıları o qədər sevmir.

O, çılğın vəziyyətdə imzaladığıantierməni məqalənilənətləyir. O, Bakıda özünü çox həyasızcasına aparır, çünki onun fikrincə, azərbaycanlılar aqressiv olsalar da qorxaqdırlar. Onlar hətta əllərinə düşmüş gürcünün üstünə dəstə ilə hücum çəkir, digərləri döyülən qocanın yanından saymazyana ötüb keçirlər (yeri gəlmişkən, filmin finalında məlum olur ki, həmin gürcü döyülməkdən ölüb).

Filmdə hətta bir-birinə yaxın insanların münasibətləri ən adi mənəviyyatdan insaniyyətdən uzaqdır. Gənc aktyor bircə anda onu böyüdüb boya-başa çatdırmış, tərbiyə etmiş insanı satmağına görə demək olar ki, vicdan əzabı çəkmir, onun atalığı isə əsla təəssüflənmir ki, özünün oğlu hesab etdiyi oğlan birdən-birə təzə atasının tərəfinə keçib. Üstəlik, hətta buna sevinir : “Axır ki, mənim oğlum müdafiə olunacaq”.

Həqiqətən, filmin müəlliflərinin bizə Azərbaycan kimi qələmə verdikləri - nazirdən başlamış aeroportdakı həyasız qeydiyyatçıya qədər hamının əclaf olduğu, ac qalmağa razı olduğu, amma təki qoca gürcünü dəstə ilə döyüb öldürmək imkanı verilməsini istəyən insanların dünyasında heç kəs müdafiə oluna bilməz.

...Bu filmdə yalnız bir insan haqqında yaxşı fikir söylənilir. Moskvada qoca erməni bizim qəhrəmandan soruşur: “Tamaşa necə adlanır?”- “İbrahimbəyovunİlgəkpyesi”. İbrahimbəyov? Məgər bu azərbaycanlıdır?”. Qəhrəmanımız baş barmağını yuxarı qaldıraraq deyir: “Bax, belə adamdır” (yəni, qəribə olsa yaxşı adamdır, başqaları kimi deyil).

Bu filmdə Moskva müqəddəs məkandır, orada bütün problemlər həll olunur, hamı xoşbəxtlik tapır. Finalda bu fikir bəsit müqayisə yolu ilə ifadə olunub: Bakıda sözlərinə əməl etməyən yaramazlar bədbəxt azərbaycanlının ofisini darmadağın ediblər (vəhşilər hətta sevimli oyuncağa da rəhm etməyiblər), Moskvada isə həmin dövrdə ağıllı tərpənib gedənləri böyük uğur gözləyir: tamaşaçılar pyesi gurultulu alqışlarla qiymətləndirirlər. Mənası aşkardır - istər Bakıda bağlanmış ofis, istərsə Moskvadakı alqışlar - bütün bunlar Sovet imperiyasının dağılmasına görə təəssüfləndiyini heç vaxt gizlətməyən müəllifin özünün həyatında baş verənlərdir.

Bəs gürcü rejissoru buna sövq edən olub?

Azərbaycanlıları yaramazlar cəlladlar kimi göstərmək arzusu onun təhtəlşüurunun hansı guşəsində yaranıb (Gürcüstanın indiki Prezidenti Xocalı qurbanlarının xatirəsinə ehtiramını bildirməkdən imtina edib). Aşkardır ki, rejissor bu başdansovdu, açıq-aydın xaltura tipli işində öz qarşısına heç bir yaradıcı vəzifə qoymayıb, Puşkinin duel tapançası tipli operetta yaradıb. Film Azərbaycan dilini yaxşı bilməyən insanlar tərəfindən səsləndirilib (məsələn, rəsmi məmurnövbətçiəvəzinədejurnadeyir). Eybəcər sifətli bakılı millətçilərin rollarını gürcülər ifa edir, çünki bu filmdə ssenari müəllifinin ən yaxın qohumlarından başqa heç bir azərbaycanlı iştirak etmək istəməyib.

Filmdə personajlardan biri deyir: “Ermənilər bizim bir nömrəli düşmənlərimizdir”. Bax, burada müəllif Qarabağ münaqişəsinin başlıca səbəbini görməsini aydın ifadə edir. Buna səbəb Azərbaycan torpaqlarının işğal edilməsi deyil, yeri gəlmişkən, filmdə bu barədə bircə kəlmə deyilmir. İbrahimbəyovun fikrincə, buna səbəb azərbaycanlıların ermənilərə izahedilməz nifrətidir. Hazırda geniş yayılmış bu nöqteyi-nəzər Rusiya KİV-ləri tərəfindən səylə ictimai şüura yeridilir. Bu fikri azərbaycanlıdan eşitmək xüsusiləqiymətlidir”. Aydın məsələdir ki, bunu təşəkkür almaq, filmdə göstərildiyi kimi, pyes müəllifinin alqışlanması üçün edirlər. Bu film Böyük Çarın qarşısında qulluq göstərmək cəhdi (özü heç birinci olmayan cəhd), yalnız özünü vəhşi həmvətənləri fonunda humanist bu humanizminə görə qəhrəman kimi göstərmək istəyidir. Bunlar həminvəhşilər”dir ki, müəllif yaxın keçmişdə prezidentliyə namizədliyini irəli sürərək onlara rəhbərlik etməyə hazırlaşırdı.

Belə sənətkarlar Sovet imperiyasının tipik məhsuludur. Onlar ümid bəslədikləri təşəkkürü alır rəğbəti qazanırlar. Lakin bunlar həmişə ikrah doğurur. Bəs hələ Bakıda mövcud olan bu müəllifin hələ nominal rəhbərlik etdiyi təşkilatın üzvləri hansı hissləri keçirirlər?

Ayaz Salayev

Kinorejissor

Yeni Azərbaycan.- 2018.- 24 may.- S.6.