Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzində Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illiyi qeyd olunub
Mayın 24-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik
yubileyinə həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyinin qeyd olunması və 2018-ci ilin ölkəmizdə “Azərbaycan
Xalq Cümhuriyyəti
İli” elan edilməsi haqqında sərəncamlarını xatırladıb.
Bildirib ki, bu sərəncamlar ölkə başçısının
Azərbaycan dövlətçiliyi
ənənələrinə və tarixinə verdiyi qiymətdir. R.Həsənov qeyd edib ki, Ulu öndər
Heydər Əliyev hər zaman AXC tarixinin araşdırılmasının
vacibliyini vurğulayırdı.
AXC cəmi 23 ay mövcud olsa da, Azərbaycanın dövlət quruculuğu sahəsində, mədəniyyət,
təhsil, ordu quruculuğu, ictimai sabitlik və digər sahələrdə əvəzolunmaz
xidmətlər göstərib.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər
şöbəsinin böyük
məsləhətçisi Ceyhun Məmmədov deyib ki, AXC dövrü
qısa tarixi dövrü əhatə etsə də, Azərbaycan tarixinin ən ağrılı, mürəkkəb, eyni zamanda, ən şərəfli dövrlərindən
birini təşkil edir. Ulu öndər Heydər
Əliyev hakimiyyətə
qayıtdıqdan sonra
bu sahəyə diqqət artırıldı.
1998-ci ildə Cümhuriyyətin
80 illiyi ilə bağlı Sərəncam
imzalandı. O dövrdən
başlayaraq Azərbaycanda
bu sahənin araşdırılmasına diqqət
daha da artırıldı.
Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Həm ölkəmizdə, həm
də ölkəmizdən
kənarda AXC-nin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Bu, Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması baxımından xüsusi önəm daşıyır.
Milli Məclisin
deputatı Elmira Axundova Cümhuriyyətlə
bağlı çox kitabların ərsəyə
gəldiyini deyib. Bildirib ki, həmin
dövrlə bağlı
zəngin tarixi məlumatları ehtiva edən nəşrlər çoxdur. AXC nəinki özü 23 il yaşadı, həm də o, bizləri yaşatdı. Yəni, indiki respublikamızın müstəqilliyinə zəmin
yaratdı. Bu, tariximizin maraqlı bir cəhətidir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin
qeyd olunması bu gün tarixi
bir hadisədir. Bu gün Azərbaycan
Xalq Cümhuriyyətinin
taleyinə nəzər
salarkən indiki respublikamızla əlaqədar
çox paralellər görürük. Biz tarixin necə təkrarlandığının şahidi oluruq. 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin zəngin siyasi tarixi var.
Milli Məclisin
deputatı Mixail Zabelin Azərbaycanın
XIX əsrin sonu, XX əsrin əvvəlində
neft bumu yaşadığını diqqətə
çatdırıb. Bildirib
ki, Azərbaycana təkcə Rusiyadan deyil, həmçinin Avropadan mühəndislər,
həkimlər, müəllimlər
gəlirdi. Bütün bunlar Azərbaycanda
demokratiyanın, azad ideyaların formalaşması
üçün şərait
yaradırdı. Təsadüfi
deyil ki, Rusiya imperiyasının parlamentinə birinci və ikinci çağırışlarda Azərbaycan
nümayəndələri seçilmişdir,
türk qrupunun rəhbəri isə Əlimərdan Topçubaşov
olub. AXC-nin ən vacib xidmətlərindən
isə parlament ənənələrinin əsasının
qoyulmasıdır. Biz
demokratik ölkədə
yaşayırıq. Burada
müxtəlif millətlərin,
dinlərin nümayəndələri
sülh, əmin-amanlıq
şəraitdə yaşayırlar.
Dini Qurumlarla İş
üzrə Dövlət
Komitəsi sədrinin
müavini Gündüz
İsmayılov, Qafqaz
Müsəlmanları İdarəsinin
Aparat rəhbəri Simran Həsənov, BBMM-in müşaviri Aytən Qəhrəman, Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin
baş məsləhətçisi
Həcər Verdiyeva,
Prezident Kitabxanasının şöbə
müdiri Nazim Mustafa, Roma Katolik
Kilsəsinin Azərbaycandakı
apostol prefekturasının
yepiskopu Vladimir Fekete, AMEA Tarix İnstitutunun aparıcı
elmi işçisi Kamran İsmayılov AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, gürcü
yəhudiləri icması
sədrinin müavini Moisey Bekker və
başqaları
1918-ci il mayın 28-də
yaradılmış Azərbaycan
Xalq Cümhuriyyətinin
zəngin dövlət
quruculuğu təcrübəsi
ilə Azərbaycanın
milli dövlətçilik
tarixində silinməz
izlər qoyduğunu söyləyiblər. Bildirilib
ki, AXC-nin yaradılması Azərbaycan
xalqının həyatına
böyük və əlamətdar hadisə kimi daxil olub.
Həmin tarix hər il Respublika
Günü kimi təntənə ilə qeyd edilir. Azərbaycan
xalqının tarixində
ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti bütün
Şərqdə, o cümlədən
türk-İslam dünyasında
ilk demokratik, hüquqi və dünyəvi dövlət
nümunəsidir. AXC Azərbaycan
xalqının qəlbində
azadlıq və istiqlal duyğularını
gücləndirməklə respublikanın gələcək
müstəqilliyi üçün
etibarlı zəmin hazırlayıb. Azərbaycan Xalq Cümhuriyyəti
özünün siyasi
quruluşuna, həyata
keçirdiyi demokratik
dövlət quruculuğu
tədbirlərinə, həmçinin
qarşısına qoyduğu
məqsəd və vəzifələrə görə
də Avropanın ənənəvi demokratik
respublikalarından heç
də geri qalmırdı.
Yeni Azərbaycan.-
2018.- 25 may.- S.5.