Akademik Arif Paşayev N.E.Jukovski adına Milli Aerokosmik Universitetinin fəxri professoru adına layiq görülüb
N.E.Jukovski adına Milli
Aerokosmik Universiteti - Xarkov Aviasiya İnstitutunun Elmi Şurasının qərarı
ilə Milli Aviasiya Akademiyasının
rektoru, Azərbaycanın
görkəmli alimi, akademik Arif Paşayev
aviasiya və texnika elminin inkişafındakı böyük
xidmətlərinə görə
universitetin fəxri professoru adına layiq görülüb. Bu barədə
AZƏRTAC-a Xarkov Aviasiya
İnstitutunun mətbuat
xidmətindən məlumat
verilib.
Məlumatda qeyd
olunur ki, N.E.Jukovski adına Milli Aerokosmik Universiteti Arif Paşayev kimi fəxri professoru olmasından qürur hissi keçirir. Arif Paşayev tanınmış ictimai xadim, yüksək elmi-praktiki potensiala malik olan, Azərbaycanda
aviasiya təhsilinin müasir səviyyədə
inkişafı üçün
gərgin əmək sərf edən alimdir.
1957-ci ildə Ukraynanın Odessa Rabitə Universitetini (keçmiş Odessa Elektrotexnika Rabitə İnstitutu) radiofizik ixtisası üzrə bitirib. Həmin universitetin və Ukrayna Milli Aviasiya
Universitetinin fəxri doktoru, Ukraynadakı Azərbaycan diasporunun fəxri üzvüdür.
Arif Paşayev “Mədəniyyət səfiri”
kimi hər iki ölkənin elmi-mədəni, ictimai əlaqələrinin inkişafında
səmərəli fəaliyyəti
ilə nümunələr
göstərir.
“N.E.Jukovski adına Milli Aerokosmik Universiteti - Xarkov Aviasiya İnstitutu Elmi Şurasının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
yubileyi günlərinə
təsadüf edən
belə bir elmi qərarı bir daha sübut
edir ki, Arif Paşayev dünyada tanınan və Azərbaycana şöhrət qazandıran
alimdir. Onun çoxillik
fəaliyyəti nəticəsində
mühüm elmi nailiyyətlər əldə
edilib. Tanınmış
ictimai xadim Arif Paşayevin Azərbaycan ilə Ukrayna arasında elmi mübadilənin və təcrübə mübadiləsinin inkişafında
da böyük xidmətləri var”, - deyə universitetin məlumatında qeyd edilir.
Yeni Azərbaycan.- 2018.- 31 may.- S.5.