Regionlarda
yazlıq bitkilərin səpini uğurla davam edir
İndiyədək
49,6 min hektar sahədə dənli və dənli paxlalı
bitkilər, 53,9 min hektar sahədə kartof, 47,8 min hektar sahədə
tərəvəz, 14,1 min hektar sahədə bostan bitkiləri,
82,3 min hektar sahədə pambıq və digər yazlıq
bitkilər əkilib
Ölkəmizdə həyata keçirilən uğurlu
iqtisadi siyasət digər sahələrdə olduğu kimi, kənd
təsərrüfatının inkişafında da əsaslı
nailiyyətlərin qazanılmasını şərtləndirib. 2004-cü ildən
başlayaraq uğurla həyata keçirilən regionların
sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bu
gün ölkəmizdə aqrar sahənin inkişafının
yeni mərhələyə qədəm qoymasını təmin
edib. Bu məqsədlə bölgələrimizdə
əsaslı tədbirlər görülür, yeni əkin sahələri
salınır. Bunun nəticəsidir ki,
artıq ölkəmizin bir sıra rayonlarında məhsuldarlıq
yüksək səviyyədədir.
Qeyd olunduğu kimi, kənd təsərrüfatının
ayrı-ayrı sahələrində əldə olunan
uğurlu nəticələr bu gün həm ölkəmizin ərzaq
təhlükəsizliyinin təminində, həm də ekoloji
təmiz məhsulların yetişdirilməsində əsaslı
rol oynayır.
Ölkəmizdə kənd təsərrüfatının
ayrı-ayrı sahələrinin inkişafı
üçün fermerlərə göstərilən dəstək
də öz sözünü deyir. Məhz bu dəstək
nəticəsində bu il yazlıq əkin
işləri daha yüksək səviyyədə aparılır.
Ümumiyyətlə, ölkəmizdə ərzaq təşlükəsizliyinin
təmini istiqamətində atılan addımların
sırasında taxılçılıq sahəsinə
göstərilən diqqət və qayğı xüsusi yer
tutur. Kənd Təsərrüfatı Nazirliyinin
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bazasında fəaliyyət
göstərən Qobustan Bölgə Təcrübə
Stansiyasında (BTS) xəstəliyə və quraqlığa
davamlı, məhsuldar yeni arpa və buğda sortlarının
əldə olunması istiqamətində davamlı olaraq
geniş elmi işlər aparılır. Vurğulamaq
lazımdır ki, stansiyanın ümumi torpaq sahəsi 517 hektara,
əkinəyararlı sahəsi isə 483 hektara
çatdırılıb. Stansiyada hər il
250-260 hektar sahədə payızlıq buğda, arpa və
noxudun toxumçuluğu ilə məşğul olunur. Bu məqsədlə
buğdanın “Qobustan”, “Qızıl buğda”, “Ləyaqətli
80”, “Aran”, arpanın “Dəyanətli” və “Qüdrətli 48”
və noxudun “Sultan” sortları becərilir. Taxılçılıqda
elmi əsaslarla seçilmiş toxum bol məhsuldarlığa
zəmin yaradır. Orta hesabla hər il
300-350 ton kondisiyaya uyğun elit toxum istehsal olunur və Kənd
Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında
dövlət və özəl toxumçuluq təsərrüfatlarına
satılır.
Yeri gəlmişkən,
kənd təsərrüfatında may ayının 1-nə
kimi 318,2 min hektar sahədə yazlıq
bitkilərin səpini aparılıb. Bu dövrdə 49,6 min
hektar sahədə dənli və dənli paxlalı bitkilər
(ondan 17,6 min hektarı dən üçün
qarğıdalı), 53,9 min hektar sahədə kartof, 47,8 min
hektar sahədə tərəvəz, 14,1 min hektar sahədə
bostan bitkiləri, 8,3 min hektar sahədə şəkər
çuğunduru, 7,7 min hektar sahədə dən
üçün günəbaxan, 1,3 min hektar sahədə
tütün, 82,3 min hektar sahədə pambıq, 48,9 min hektar
sahədə çoxillik otlar, 1,1 min hektar sahədə
birillik otlar və 3,2 min hektar sahədə sair yazlıq bitkilər
əkilib.
Bununla yanaşı, Bərdə rayonunda kəndli fermerlər
və torpaq mülkiyyətçiləri yaz-tarla işlərini
davam etdirirlər. Artıq təsərrüfatlarda 14 min 699
hektar sahədə yazlıq səpin həyata keçirilib.
Yazlıq əkinlərin 100 hektarı qarğıdalı, 1763
hektarı çoxillik otlar, 9540 hektarı pambıq, 130
hektarı kartof, 1987 hektarı tərəvəz, 405 hektarı
şəkər çuğunduru, 99 hektarı günəbaxan,
675 hektarı bostan bitkiləridir. Hazırda sahələrdə
yaz-tarla əkinləri davam edir. Rayonda
ötən ilin payızında səpilmiş 13 min 153 hektar
taxılın biçilməsinə hazırlıq
görülür.
İqtisadiyyatının əsasını müxtəlif
kənd təsərrüfatı bitkilərinin istehsalı təşkil
edən Samux rayonunda yazlıq bitkilərin əkini davam edir. 2018-ci ilin
yanvar-aprel aylarında Samuxda 6 min 206 hektar sahədə
yazlıq bitkilər əkilib. Bu da əvvəlki ilin
müvafiq dövrünə nisbətən 18,4
faiz çoxdur. Bu il sahələrdə 876,5 hektar dənli və
dənli paxlalılar, 692 hektar çoxillik otlar, 2 min 326,5
hektar dən üçün günəbaxan, 230,5 hektar kartof,
557,5 hektar tərəvəz, 938 hektar emal üçün
şəkər çuğunduru, 138,5 hektar bostan, 432 hektar
pambıq və 14,5 hektar birillik otlar əkilib. Sahələrin
suvarılması və kənd təsərrüfatı
texnikası ilə təminatı həll edilib. Hazırda sahələrdə fermerlər və təsərrüfat
sahibləri tərəfindən həm ekstensiv, həm də
intensiv yolla əkin aparılır. Ekstensiv
əkin daha çox təyinatı dəyişdirilən və
əkin dövriyyəsinə cəlb edilmiş yeni torpaqlarda,
intensiv əkin isə təsərrüfat sahiblərinin əvvəlki
illərdə müəyyən təcrübə
qazandıqları sahələrdə tətbiq edilir. Hər iki halda fermerlər və təsərrüfat
sahibləri sahələrə düzgün aqrotexniki qulluq
göstərərək məhsuldarlıq dövründə
yüksək məhsul tədarük etməyi
planlaşdırırlar.
Taxılçılıq Neftçala rayonunda da
aparıcı təsərrüfat sahələrindən hesab
olunur. Bu sahənin inkişafı ilə bağlı
dövlətin torpaq mülkiyyətçilərinə verdiyi əlavə
subsidiyalar, aparılan meliorativ tədbirlər, yeni torpaq sahələrinin
dövriyyəyə cəlb edilməsi rayonda
taxılçılığın ildən-ilə
inkişafına səbəb olub. Ötən il rayonda 46
min 222 hektar taxıl sahəsindən 104 min 996 ton məhsul
götürülüb ki, bunun da 88 min 502 tonu arpa, 16 min 494
tonu isə buğda olub. Rayon
taxılçıları cari ilin məhsulu üçün
də möhkəm təməl yaradıblar. Torpaq
mülkiyyətçiləri ötən ilin payızında
51 min 275 hektar taxıl əkiblər ki, bunun da 8 min 213
hektarı buğda, 43 min 62 hektarı isə arpa sahəsidir.
Havaların təsərrüfat işləri üçün
əlverişli keçməsindən istifadə edən
neftçalalı taxılçılar bu il
sahələrdə bol məhsul yetişdiriblər. Yetişmiş məhsulu qısa müddətdə
toplamaq üçün artıq rayonda biçinə
hazırlıq işləri başa çatdırılıb.
Sahələrə çıxarılacaq 20-dən
çox kombayn texniki baxışdan keçirilib, aşkar
olunan nasazlıqlar aradan qaldırılıb. Həmçinin məhsul yığımı
üçün lazım olan 150 maşın mexanizm hazır vəziyyətə
gətirilib. Biçin vaxtı ətraf
rayonlardan əlavə 100 kombaynın gətirilməsi nəzərdə
tutulub. Məhsulun yığılması,
daşınması və saxlanması dövründə
yanğın hadisələrinin baş verməməsi
üçün də təsərrüfatlarda lazımi təhlükəsizlik
tədbirləri görülüb, maarifləndirmə işi
aparılıb, təsərrüfat rəhbərlərinə
müvafiq tapşırıqlar verilib. Yaxın günlərdə
rayonda biçin kampaniyasına start veriləcək. Mütəxəssislərin
dediyinə görə, bu il sahələrdən
ötən ildəkindən daha çox məhsul
götürmək mümkün olacaq.
Taxılçılıq Şəmkir rayonunda da
aparıcı təsərrüfat sahələrindəndir. Bu sahənin
inkişafı ilə bağlı dövlətin torpaq
mülkiyyətçilərinə verdiyi subsidiyalar,
aparılan meliorativ tədbirlər, yeni torpaq sahələrinin
dövriyyəyə cəlb edilməsi rayonda
taxılçılığın ildən-ilə
inkişafına səbəb olub. Şəmkirli
taxılçılar cari ilin məhsulu üçün də
möhkəm təməl yaradıblar. Torpaq mülkiyyətçiləri
ötən ilin payızında 14 min 383 hektar taxıl əkiblər
ki, bunun da 12 min 201 hektarı buğda, 2 min 188 hektarı arpa
sahəsidir. Havaların təsərrüfat işləri
üçün əlverişli keçməsindən istifadə
edən taxılçılar bu il sahələrdə
bol məhsul yetişdiriblər.
Yetişmiş məhsulu qısa müddətdə
toplamaq üçün artıq rayonda biçinə
hazırlıq işləri başa çatdırılıb. Sahələrə
çıxarılacaq kombaynlar texniki baxışdan
keçirilib, aşkar olunan nasazlıqlar aradan
qaldırılıb. Həmçinin məhsul
yığımı üçün lazım olan
maşın-mexanizmlər də hazır vəziyyətə gətirilib.
Məhsulun yığılması, daşınması və
saxlanması dövründə yanğın hadisələrinin
baş verməməsi üçün təsərrüfatlarda
lazımi təhlükəsizlik tədbirləri
görülüb, maarifləndirmə işi aparılıb, təsərrüfat
rəhbərlərinə müvafiq tapşırıqlar
verilib.
Yaxın günlərdə rayonda biçin kampaniyasına
start veriləcək.
Qeyd edək
ki, ötən il rayonda 14 min 129 hektar taxıl sahəsindən
43 min 152 ton məhsul götürülüb. Bunun da 16 min 233
tonu arpa, 26 min 822 tonu isə buğda olub.
Ağcabədi rayonunun Taxtakörpü ərazisində
məskunlaşan laçınlı məcburi
köçkünlər arpa biçininə
başlayıblar. Məcburi köçkünlər
Taxtakörpü ərazisində 1249,6 hektar sahədə
taxıl yetişdiriblər. Bunun 91 hektarı buğda, 1158,6
hektarı isə arpadır. Hazırda bütün qüvvələr
bu mühüm strateji məhsulun vaxtında və itkisiz
yığılmasına səfərbər edilib. Taxıl
biçininə 10 kombayn, həmçinin lazımi sayda nəqliyyat
vasitəsi, qoşqu və digər texnikalar cəlb olunub. Qeyd
edək ki, Ağcabədi rayonu ərazisində məskunlaşan
laçınlı məcburi köçkünlər əsasən
taxılçılıq və heyvandarlıqla məşğul
olurlar.
Göyçayda da taxıl biçini
kampaniyasına başlanılıb. Rayonda ilk olaraq arpa
biçilir. Bu məqsədlə sahələrə 10 kombayn və
bir o qədər də yük avtomobili cəlb olunub.
Fermerlər və torpaq mülkiyyətçiləri bu il taxıl sahələrindən bol məhsul
götürəcəklərinə əmindirlər. Biçin kampaniyasına ciddi hazırlaşan
taxıl istehsalçıları məhsulu vaxtında və
itkisiz toplamaq üçün bütün qüvvələri
səfərbər ediblər.
Göyçay rayonunda taxılçılıqla məşğul
olan kənd əməkçilərinin sayı artaraq 5 min nəfərə
çatıb.
Onlar dövlətdən aldıqları
subsidiyalar hesabına ildən-ilə əkin sahələrini və
məhsuldarlığı daha da artırmağa
çalışırlar. Cari ildə
rayonda kəndli fermerlər və fərdi torpaq mülkiyyətçiləri
öz təsərrüfatlarında 14 min 709 hektar sahədə
taxıl becəriblər. Bunun 7330
hektarını arpa, 7409 hektarını buğda təşkil
edir.
Ötən günlərdə rayonda artıq 20 hektardan
çox sahədən məhsul toplanılıb. Arpa zəmisində
hər hektarda orta hesabla məhsuldarlıq 25 sentnerdir. Yaxın günlərdə rayonda buğda
biçininə də başlanılması nəzərdə
tutulur. Bu il rayonda kombayn
çatışmazlığı problemi yoxdur, fermerlərin
məhsulu vaxtında biçilərək təhvil veriləcək.
Buğda biçini başlayanda rayonda daha
çox kombayna ehtiyac olacağını nəzərə
alaraq dağlıq rayonlarda taxıl biçini vaxtı gec
olduğu üçün oradakı kombaynların
Göyçaya cəlb olunması planlaşdırılır.
Hava yağmursuz keçərsə, taxıl
biçininin iyulun ortalarınadək başa
çatdırılması nəzərdə tutulur. Qeyd
edək ki, taxıl sahələrində aqrotexniki tədbirlərin
vaxtında və keyfiyyətlə həyata keçirilməsi,
ziyanvericilərin qarşısının alınması və
hava şəraitinin əlverişli olması nəticəsində
bu il bol məhsul yetişib. Mütəxəssislərin
fikrincə, cari ildə məhsuldarlıq ötən ildəkindən
daha çox olacaq. Keçən il
rayonda 14 min 622 hektar sahədən 41240 ton taxıl tədarük
edilib.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2018.- 31 may.- S.7.