Heydər Əliyev Mərkəzində tanınmış rusiyalı aktyor rejissor Veniamin Smexovun mühazirəsi keçiriləcək

 

Noyabrın 23-də Heydər Əliyev Mərkəzində tanınmış rusiyalı teatr kino aktyoru, televiziya tamaşaları sənədli filmlər rejissoru, ssenarist Veniamin Smexovun mühazirəsi keçiriləcək.

Heydər Əliyev Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, “İşıq saç hər zamanadlı gecədə o, məşhur rus şairləri Vladimir Mayakovski, Aleksandr Blok Boris Pasternakın yaradıcılığından danışacaq, şeirlərini səsləndirəcək.

Veniamin Smexov onlarla film seriala çəkilib. OnunDartanyan üç muşketyorfilmində (1978) yaratdığı Atos obrazı isə bunların sırasında ən yaddaqalanlardandır. Bu ekran əsəri çox şöhrət qazanmış davamı çəkilmişdi: “Muşketyorlar 20 ildən sonra” (1992), “Kraliça Annanın sirri ya muşketyorlar 30 ildən sonra” (1993) Muşketyorların qayıdışı yaxud kardinal Mazarininin xəzinəsi” (2009). Veniamin Smexov dörd layihənin hamısında iştirak edib.

Veniamin Smexovun fəal məşğul olduğu sahələrdən biri ədəbiyyatdır. O, bir sıra bədii publisistik kitabların müəllifidir. Daha çox nəsr əsərləri yazan Veniamin Smexovun teatra həsr etdiyi məqalələri qəzet jurnallarda dərc olunur. O, həmçinin müxtəlif mövzularda mühazirələrlə çıxış edir.

Yeni Azərbaycan.- 2018.- 2 noyabr.- S.7