Azərbaycan İslam həmrəyliyinin güclənməsinə mühüm töhfələr verir

 

Fələstin Dövlətinin Asiya ölkələrindəki Səfirlərinin Konfransı”nın ölkəmizdə keçirilməsi respublikamızın beynəlxalq gündəlikdə duran məsələlərin həllinə töhfə vermək əzmini göstərməklə yanaşı, dünya ictimaiyyətinin Azərbaycana etimad hörmətinin nümunəsidirCənubi Qafqaz regionunun lider dövləti olan, etibarlı tərəfdaş kimi tanınan Azərbaycan beynəlxalq dialoq əməkdaşlıq məkanıdır. Respublikamız özünün çoxşaxəli mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Eyni zamanda, ölkəmiz öz təklif təşəbbüsləri ilə dünyada sülhün təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin təbliği təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir.

Azərbaycan İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına da xüsusi əhəmiyyət verir bu istiqamətdə mühüm təşəbbüslər irəli sürür, praktik addımlar atır. İslam dünyasında həmrəyliyin təmin olunmasına müstəsna töhfələr verən Azərbaycanda 2017-ci ilinİslam Həmrəyliyi İlielan edilməsi dünyaya mühüm bir çağırış oldu. Ümumiyyətlə, Azərbaycanın İslam həmrəyliyinə xidmət edən bu təşəbbüsü, bu kontekstdə ölkəmiz tərəfindən atılan addımlar yüksək qiymətləndirildi. Bununla yanaşı, Azərbaycanın müsəlman ölkələri ilə ikitərəfli çoxtərəfli praqmatik əlaqələrə malik olması qarşılıqlı faydalı münasibətlərin inkişafı, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir. Digər tərəfdən, respublikamız müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) fəal təmsil olunur ikitərəfli, eləcə çoxtərəfli formatda mövcud olan qarşılıqlı faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. 2017-ci il ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın gücü nüfuzunu bir daha nümayiş etdirməklə yanaşı, İslam həmrəyliyinə xidmət etdi. Dünya ictimaiyyəti müsəlman aləmini - İslam ölkələrini Şərq Qərbin qovuşuğunda birləşdirən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində müsəlman ölkələrinin birlik həmrəyliyinə şahidlik etdi.

Qeyd etdiyimiz kimi, İƏT-in fəal üzv dövlətlərindən olan Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə praktiki əsaslarla töhfə verir. Onu da qeyd edək ki, Azərbaycan Fələstin xalqının çətin günlərində hər zaman yanında olub İslam həmrəyliyinə sadiq qalıb. Ölkəmiz ciddi maliyyə çətinlikləri ilə üzləşən BMT-nin Fələstinli Qaçqınlara Yardım İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə cari ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım edib. 29 sentyabr 2014-cü il tarixində Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ayrılmış 635 min ABŞ dolları məbləğində yardım XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə BMT-nin Fələstinli Qaçqınlara Yardım İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) hesabına köçürülüb. 2018-ci ilin aprelində Azərbaycanda Qoşulmama Hərəkatının aralıq nazirlər toplantısı keçirilib. Nazirlər toplantısı çərçivəsində Fələstin üzrə Qoşulmama Hərəkatının Nazirlər komitəsinin iclası baş tutub. Qoşulmama Hərəkatının gündəliyində Fələstin məsələsi xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

Vurğulamaq gərəkdir ki, Azərbaycan Şərqi Əl-Qüds paytaxt olmaqla Fələstin məsələsinin iki dövlət prinsipi əsasında BMT-nin müvafiq qərarları qətnamələri əsasında həllini dəstəkləyir. Bu mövqe beynəlxalq təşkilatlar çərçivəsində konkret olaraq - birmənalı şəkildə ifadə olunur. Ümumiyyətlə, Fələstin məsələsi uzun müddətdir ki, beynəlxalq gündəlikdə duran ən aktual problemlərdən biridir. 5 noyabr tarixində Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısının keçirilməsi ölkəmizin beynəlxalq gündəlikdə duran məsələlərin həllinə töhfə vermək əzminin, həmçinin dünya ictimaiyyəti tərəfindən ölkəmizə olan etimad hörmətin nümunəsidir. Qeyd edək ki, tədbirdə iştirak üçün Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki, Fələstin xarici işlər nazirinin Asiya, Afrika Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri - Nazir Mouin Elias Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri, Fələstin Xarici İşlər Nazirliyinin diplomatları ölkəmizə səfər ediblər. Əvvəlki illərdə Azərbaycan Fələstin ilə əlaqədar bir sıra mühüm tədbirlərə ev sahibliyi edib. 2013-cü ildə Azərbaycanın ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsindəMüqəddəs Əl-Qüds şəhərinin inkişafı üçün Strateji Sektor Planının maliyyələşdirilməsi”nə dair İƏT Xarici İşlər Nazirlərinin Donor Konfransı Fələstin Dövlətinə yardım üçünİslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsiadlı tədbirlər Bakıda keçirilib. 2017-ci ildə isə Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) digər QHT vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbulu zamanı da bu məsələlər diqqət mərkəzində olub. Dövlətimizin başçısı Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini dəstəyini əsirgəmədiyini qeyd edərək Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın ev sahibliyi etməsinin bunun bariz nümunəsi olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın BMT-nin müvafiq qətnamə qərarlarına uyğun olaraq Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini bu mövqenin beynəlxalq təşkilatlar çərçivəsində birmənalı şəkildə ifadə olunduğunu qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə ardıcıl sürətdə töhfə verdiyini bildirib.

Xatırladaq ki, 1992-ci ilin 15 aprel tarixində Azərbaycan Respublikası ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb. Hazırda isə Azərbaycanda Fələstin Dövlətinin səfirliyi fəaliyyət göstərir. 2017-ci il dekabrın 13-də Prezident İlham Əliyev İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak edib tədbirdə çıxış edib. Əlbəttə, dövlətimizin başçısının bu tədbirdə iştirakı, Azərbaycanın Fələstinə dəstəyi İslam həmrəyliyinə sadiqliyi Fələstin Dövlətinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. 2013-cü ilin 21 aprel tarixində isə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində Fələstinə səfər edib. 2011-ci ilin 28-29 iyun tarixlərində Fələstin Prezidenti Mahmud Abbas Azərbaycan Respublikasına rəsmi səfər edib. Bu, Fələstin Prezidentinin Azərbaycana ilk səfəri olub.

Nəticə etibarilə, noyabrın 5-də keçirilənFələstin Dövlətinin Asiya ölkələrindəki Səfirlərinin Konfransı”na paytaxt Bakının ev sahibliyi etməsi mühüm əhəmiyyətə malikdir. Yuxarıda da qeyd etdiyimiz kimi, bu, Azərbaycanın beynəlxalq səviyyədə böyük aktuallığa malik olan məsələlərin həllinə mühüm töhfələr vermək əzmində olduğunu göstərir, beynəlxalq ictimaiyyətin ölkəmizə hörmət etimadını ifadə edir.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2018.- 6 noyabr.- S.7.