İspaniyada “Dinlərarası dialoqun
sülhə və qarşılıqlı anlaşmaya
töhfəsi” mövzusunda
beynəlxalq konfrans keçirilib
Noyabrın 5-də İspaniyanın paytaxtı
Madrid şəhərində
“Dinlərarası dialoqun
sülhə və qarşılıqlı anlaşmaya
töhfəsi” mövzusunda
beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanı hökumət üzvləri,
Milli Məclisin deputatları, tanınmış
elm və din xadimləri, habelə Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının
Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının
başçısı Milix
Yevdayev və Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu
Vladimir Fekete və digərləri təmsil ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir
Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ), Azərbaycan
Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), İspaniyanın
Ədliyyə Nazirliyinin
və Evsen Fondunun birgə təşkilatçılığı ilə keçirilib.
Evsen Fondunun
rəhbəri Eli Evsen tədbirdə çıxış edərək
bildirib ki, bu gün insanların
qarşısında gənclərin
sağlam gələcəyinin
təmin edilməsi əsas vəzifə kimi dayanır. Qeyd edib ki,
bunun üçün
bütün dinlərin
nümayəndələrinin birgə fəaliyyət göstərməsi olduqca
önəmlidir. O deyib:
“Biz gənclərə
düzgün yol göstərməli, təhsil
almalarını təmin
etməliyik. Yalnız
savad qazanmaqla, təhsil almaqla sağlam gələcək
təmin edilə bilər. Bu gün bütün dünyada təriqətlərarası
münaqişələr mövcuddur.
Bunu inkar etmək olmaz. Ancaq biz müqəddəs
bir amal - sağlam gələcək
naminə bir olmalıyıq”.
İspaniya ədliyyə
nazirinin müşaviri
Manuel Xesus Dols İspaniya Konstitusiyasında dini azadlığın tam təsbit olunduğunu bildirib. Qeyd edib ki, dinlərarası
əməkdaşlıq bugünkü
dünya üçün
olduqca vacibdir. Bütün dünyada mövcud dinlərə qarşılıqlı hörmət
göstərilməlidir. Yalnız
qarşılıqlı hörmət
və birgə fəaliyyətlə mövcud
problemləri həll edə bilərik.
Azərbaycan Prezidenti İlham
Əliyevin konfrans iştirakçılarına salamlarını
çatdıran QMİ sədri
şeyxülislam Allahşükür
Paşazadə Yer üzündə yaşayan
insanların bir-birlərinə
qarşılıqlı hörmət
və ehtiram ruhunda yaşamalarının
Uca Yaradanın ən böyük tövsiyəsi olduğunu
söyləyib.
“Bu barədə müqəddəs Kitabımız
“Qurani-Kərim”də buyurulur:
“Yer üzü (iman və ədalətlə)
islah olunduqdan sonra orada fəsad
törətməyin”. Dinamik
inkişafda olan, sürətlə dəyişən
dünyada son zamanlar cərəyan edən hadisələr, təəssüf ki, dini və milli
zəmində dözümsüzlük,
qarşıdurma halları
və ekstremizmin tüğyan etməsi ilə müşayiət olunur. Planetimizin müxtəlif yerlərində
törədilən terror
aktları, insan qırğını, maddi
və qeyri-maddi mədəni irsin məhvi, separatizm, ksenofobiya, islamofobiya, antisemitizm təzahürləri,
heç şübhəsiz
ki, sivilizasiyalar arasında qütbləşməni
dərinləşdirir, dinlərarası
və millətlərarası
dialoqa ciddi zərbə vurur.
Yaşanan böhran
və faciələrə
baxmayaraq, şükürlər
olsun ki, dünyamızı mehvərindən
çıxmağa qoymayan
əbədi mənəvi
dəyərlər mövcuddur.
Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər
“Multikulturalizm İli”,
istər “İslam Həmrəyliyi İli” məhz bu məramlara
xidmət edir. Dünyanın bir sıra ölkələrində
həyata keçirdiyimiz
beynəlxalq tədbirlər,
o cümlədən bugünkü
ənənəvi, sayca
üçüncü beynəlxalq
Madrid konfransı da bu amallara
xidmətin nümunəsidir.
Tarixboyu Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan bu gün dövlətimizin
başçısının qlobal missiyası sayəsində dünyada gedən proseslərə özəl, dəyərli
töhfəsini - multikulturalizmin
real modelini təqdim edir”, - deyə Allahşükür
Paşazadə vurğulayıb.
Albaniyanın keçmiş kardinalı
Ernest Simoni bu gün dünyanın
bir çox bölgələrində münaqişələrin
olduğunu xatırladaraq,
bütün insanları
əhalisi çətin
şəraitdə yaşayan
bu bölgələrə
yardıma səsləyib.
Madridin baş
yepiskopu Karlos Osoro bütün dinlərdə sabitliyin, sülhün əsas tutulduğunu qeyd edib. Lakin təəssüflər
olsun ki, insanlar heç də hər zaman bu dəyərlərə
sadiq qalmırlar.
Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Feysəl bin Müəmmər dünyada
islamofobiyanın mövcud
olduğunu xatırladıb.
Qeyd edib ki, bu yanlış
yanaşmaya qarşı
sağlam mübarizənin
aparılması vacibdir.
Bunun üçün
yalnız İslam dininə mənsub insanlar deyil, digər dinlərin nümayəndələri də
birgə səy göstərməlidirlər.
Milli Məclisin
İctimai birliklər
və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dövlət-din münasibətlərində qanunvericiliyin
rolu mövzusunda çıxış edib.
Qeyd edib ki, dinlərarası dialoq sivilizasiyaların da inkişafına təkan verir. Dini azadlıq olmadan digər azadlıqlardan danışmağa
dəyməz. Azərbaycan
Respublikasının Konstitusiyasında
dini azadlıq tam təsbit edilib. Azərbaycan Prezidenti tərəfindən
ölkəmizdəki dini
konfessiyalara diqqət,
qayğı göstərilir.
Bugünkü konfransda
Azərbaycanda yaşayan
bütün dini icmaların nümayəndələrinin
iştirakı bir nümunədir.
Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel Məhərrəmov
çıxış edərək
bildirib ki, bu gün bütün
cəmiyyətlər üçün
ən vacib məsələlərdən biri
tolerantlığı qorumaqdır.
Cəmiyyət nə qazanıbsa sülhün hesabına qazanıb. Münaqişə, müharibə
cəmiyyətə yalnız
zərər verir. Dünyada iki yüz dövlət, beş min etnos
var. Bu xalqlar
hamısı bir yerdə, bir dünyada mehriban yaşamalıdırlar.
Bu gün
dünyada bir çox sosial ədalətsizliklərin olduğunu
bildirən Türkiyə
Respublikasının Diyanət
İşləri Başqanı
Əli Ərbaş deyib: “Bu gün
dünyada mövcud olan sosial ədalətsizliklərdən
biri də aclıqdır. Hər 3 saniyədə bir insan aclıqdan ölür. Sosial ədalətsizliklərdən digəri
isə islamofobiyadır.
Bu, çox qorxulu problemdir. Ona əsasən Avropa ölkələrində
rast gəlinir. İslamofobiyanı dəstəkləyən
qüvvələr terror
təşkilatları yaradır,
müsəlman ölkələrində
insanları öldürür,
faciələr törədirlər”.
Moskva şəhəri
və “Moskovskiy Muftıyat” Mərkəzi Regionu müsəlmanlarının
Ruhani İdarəsinin
müftisi Albir Krqanov dünyada İslam dininə qarşı mövcud olan ikili standartlardan
danışıb. Bildirib
ki, belə yanaşmaları aradan qaldırmaq üçün
İslam dininə mənsub insanlar bir olmalıdırlar.
Tədbir digər çıxışlarla
davam etdirilib.
Sonda Evsen Fondu tərəfindən bir sıra tədbir
iştirakçılarına xatirə hədiyyələri
təqdim edilib.
Yeni Azərbaycan.-
2018.- 6 noyabr.- S.6.