Bakı V Beynəlxalq Teatr
Konfransı dünyanın
nüfuzlu teatr xadimlərini yenidən bir araya gətirib
Konfransa 40-dan çox ölkədən
110 xarici qonaq qatılıb
Noyabrın 5-də Bakıda V Beynəlxalq Teatr Konfransı işə başlayıb.
AZƏRTAC xəbər
verir ki, “XXI əsr teatr fəlsəfəsi: mövcudluq
konsepsiyası” adı
altında Azərbaycan
Dövlət Musiqili Teatrında keçirilən
konfrans Mədəniyyət
Nazirliyi, Teatr Xadimləri İttifaqı
və Azərbaycan Milli Elmlər Akademiyasının birgə
təşkilatçılığı ilə reallaşıb.
Tədbir iştirakçıları
əvvəlcə teatrın
foyesində ötən
beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və Milli Kitabxana
tərəfindən təşkil
edilən kitab sərgisi ilə tanış olublar.
Açılış mərasimi səhnədə
quraşdırılan monitorda
Beynəlxalq Teatr Konfransının tarixini, Azərbaycan teatrının
şanlı keçmişini
əks etdirən videomaterialın nümayişi
ilə başlayıb.
Sonra “British Council Azerbaijan” təşkilatının “Unlimited”
proqramı çərçivəsində
əlilliyi olan və əlilliyi olmayan insanlar səhnədə çıxış
ediblər.
Azərbaycan Respublikası Prezident Administrasiyasının humanitar
siyasət şöbəsinin
müdiri Fərəh
Əliyeva tədbir iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin konfrans iştirakçılarına
ünvanladığı təbrik
məktubunu oxuyub.
Konfransın açılış mərasimində
mədəniyyət naziri
Əbülfəs Qarayev
çıxış edərək
ölkəmizdə iki
ildən bir gerçəkləşən konfransın
əhəmiyyətindən danışıb.
Bildirib ki,
konfrans Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli
Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan teatrı
2009-2019-cu illərdə Dövlət
Proqramı”na əsasən
keçirilir. Builki konfransda 40-dan çox ölkədən 120 xarici
qonaq iştirak edir. Məruzəçilər
arasında nüfuzlu beynəlxalq təşkilatların
rəhbərləri yer
alır.
Ə.Qarayev söyləyib ki,
konfransın məqsədi
dünyanın müxtəlif
ölkələrindən gəlmiş
teatr peşəkarları
tərəfindən müasir
teatrların imkanlarının
və qarşılıqlı
əlaqələrinin müzakirə
edilməsi, yeniləşən
dünyada teatr üçün platforma yaratmaqdır. Müxtəlif ölkələrdən teatr
xadimlərinin yenidən
bir araya gəlməsi və belə bir tədbirin
Bakıda keçirilməsi
bizdə qürur hissi doğurur. İki gün davam edəcək konfransda dünyanın məşhur teatr, incəsənət xadimləri
- rejissorlar, aktyorlar, dramaturqlar, ssenaristlər, bəzi ölkələrin teatr xadimləri ittifaqlarının, teatrla
bağlı tanınmış
qurumların, eləcə
də müxtəlif ölkələrin teatr rəhbərlərinin iştirakı
ilə məruzələr
dinləniləcək, ümumilikdə
konfransın gündəliyində
yer alan məsələlər teatr
bilicilərinin canlı
ünsiyyətini təmin
etməklə yanaşı,
uğurlu nəticəyə,
qarşılıqlı yeni
əlaqələrin qurulmasına
zəmin yaradacaq.
“Azərbaycan dövləti teatr sənətinin inkişafına
böyük diqqət
yetirir. Teatrımız
XXI əsrdə yeni mərhələyə qədəm
qoyub. Teatrlarımız
dünyanın ən məşhur festivallarında
uğurla çıxış
edir. Ölkəmizdə
həyatın bütün
sahələri kimi, mədəniyyət sahəsinə
də xüsusi qayğı var. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə
ölkəmizə keçirilən
beynəlxalq tədbirlər,
forumlar, konfranslar, beynəlxalq yarışlar,
reallaşdırılan layihələr
ümumilikdə dövlətimizin
daha yaxından tanınmasına xidmət
edir. Bu gün təkcə Bakıda deyil, bölgələrdəki teatrlarımız
da yeni inkişaf
yoluna qədəm qoyub. Bu yaxınlarda
Sumqayıt Dövlət
Teatrı və Mingəçevir Dövlət
Dram Teatrı 50 illiyini qeyd etdik.
Bizim teatr sənətimizin bir əsrdən çox yaşı var. Bu gün Azərbaycan
ərazisinin 20 faizi Ermənistanın silahlı
qüvvələri tərəfindən
işğal olunub. Həmin yerlərdə teatr binaları, incəsənət, mədəniyyət
abidləri, çoxsaylı
tarixi abidlər dağıdılıb. Bu
gün Ağdam, Füzuli, Şuşa, İrəvan teatrları qaçqın taleyi yaşayır və öz mövcudluqlarını
qoruyub saxlamaq üçün bütün
çətinliklərə sinə gərir. Xalqımıza məxsus bütün mədəni dəyərləri qorumağa,
ona sahib çıxmağa çalışmalıyıq”,
- deyə Ə.Qarayev söyləyib.
Builki konfransın əvvəlkilərdən
fərqləndiyini diqqətə
çatdıran nazir deyib ki, burada
iştirak edən qonaqlar “YARAT” Müasir İncəsənət Məkanının
təşkilatçılığı ilə keçiriləcək
beynəlxalq festivalda da iştirak edəcəklər.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının
sədri, Xalq artisti Azər Paşa Nemətov Azərbaycanda dövlətin
teatrlarla sıx əlaqədə olduğunu,
sənət adamlarına
diqqət və qayğı ilə yanaşdığını diqqətə
çatdırıb.
Konfransın mədəniyyətlər arasında körpü rolu oynadığını
vurğulayan Beynəlxalq
Teatr İnstitutunun
(BTİ) prezidenti Məhəmməd
Ələfxam deyib ki, incəsənət xadimlərinin bir araya gəlməsi dünyada sülhün təminatına xidmət edən hadisədir.
UNESCO-nun Sülh
Artisti Əli Mahdi çıxışı
zamanı diqqətə
çatdırıb ki,
konfrans yeni fikir və ideyaların
paylaşılmasına şərait
yaradır. İnanırıq
ki, konfrans ümumbəşəri hədəflərə
çatmaq üçün
öz səylərini
əsirgəməyəcək.
Beynəlxalq Kukla Teatrları İttifaqının (UNIMA) kommunikasiya
və ictimai əlaqələr üzrə
komissiyasının sədri
Katarina Klançnik-Kokutar
təşkilatın Azərbaycanla
əlaqələrindən söz
açıb. Birgə
əməkdaşlığı yüksək dəyərləndirib.
GİTİS Universitetinin
rektoru Qriqori Zaslavski və Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının
(ASSITEJ) prezidenti İvet
Hardi çıxış
edərək konfransın
əhəmiyyətindən danışıb, dünya
teatrlarının bir araya gəlməsi və qarşılıqlı
fikir mübadiləsi baxımından önəmini
vurğulayıblar.
Bildirilib ki, XXI əsrdə teatr problemləri nəinki fəlsəfi anlamda, həm də mövcud olan problemlərin istiqamətlərini
və həlli yollarını düşünməlidir.
Bakı konfransı bu məsələlərə
konseptual yanaşma imkanı verir.
Konfrans işini
plenar iclaslarla davam etdirib.
Bakı V Beynəlxalq
Teatr Konfransına noyabrın 6-da yekun vurulacaq.
Yeni Azərbaycan.-
2018.- 6 noyabr.- S.5.