Azərbaycanın bölgələrində
yaşayış məntəqələrinin
qazlaşdırılması ilə bağlı tədbirlər
davam etdirilir
Bu il “Azəriqaz” İstehsalat Birliyi tərəfindən
99 yaşayış məntəqəsinə təbii qaz
verilib
Öz inkişafına görə regionun lider
dövləti olan Azərbaycanda həyata keçirilən
siyasət bütün sahələrin tərəqqisinə səbəb
olub. Heç şübhəsiz bu baxımdan regionların
sosial-iqtisadi inkişafına dair Dövlət proqramları
çərçivəsində görülən işlər
xüsusi önəm kəsb edir. Məhz bu
proqramlar çərçivəsində ötən 15 il ərzində
regionlarda genişmiqyaslı abadlıq-quruculuq işləri
görülüb, həmçinin, bölgələrdə
istər qazlaşdırma, istər elektrik enerjisi ilə təminat,
istərsə də digər kommunikasiya və xidmət sahələrinin
yüksək səviyyəyə çatması istiqamətində
mühüm addımlar atılıb.
Beləliklə, son illərdə
Azərbaycanın güclü infrastruktur təminatına malik
ölkəyə çevrilməsi istiqamətində
görülən işlər qazlaşdırma sahəsində
də mühüm uğurların əldə edilməsinə
səbəb olub. 2004-cü ildən ötən dövr ərzində
Azərbaycanda qazlaşdırma, demək olar ki, iki dəfəyə
yaxın artıb. Artıq proses indiyədək
qazlaşdırılmayan və yaxud müəyyən səbəblərdən
qaz təminatı dayandırılan kəndləri və
kiçik yaşayış məntəqələrini də əhatə
edir. Cari ildə regionlarda yaşayış məntəqələrinin
qazlaşdırılması ilə bağlı qarşıya
qoyulan hədəflər isə yüksək səviyyədə
icra edilir. Məlum olduğu kimi, Prezident İlham Əliyev 5
mart 2018-ci il tarixində “Yaşayış məntəqələrinin
qazlaşdırılması ilə bağlı tədbirlər
haqqında” müvafiq Sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, son illər əhalinin
təbii qaza tələbatının təmin edilməsi
istiqamətində bir sıra vacib tədbirlər həyata
keçirilmiş, qaz təchizatı infrastrukturu yenidən
qurulmuş, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə
qaz kəmərləri çəkilmiş, əhaliyə
verilən təbii qazın dəyərinin tam həcmdə
ödənilməsini təşkil etmək məqsədilə
sayğaclaşma işləri aparılmışdır.
Görülən işlərin davamı kimi 2018-ci ilin sonunadək
ölkədə qazlaşdırmanın səviyyəsini 95
faizə çatdırmaq nəzərdə tutulur.
Bu məqamda vurğulamaq yerinə düşər
ki, bu il “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən
99 yaşayış məntəqəsinə təbii qaz
verilib. Bu ilin yanvar-oktyabr ayları ərzində 2848 kilometr
yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri
şəbəkəsinin təhlükəsiz və normal rejimdə
istismarının təmin olunması üçün isə
208,8 kilometr qaz kəməri əsaslı təmir olunub. Bu il ərzində aparılan tikinti-quraşdırma
işləri nəticəsində Ağstafa, Ağcabədi,
Ağsu, İsmayıllı, Bərdə, Tərtər, Zərdab,
Kürdəmir, Qax, Quba, Şabran, Siyəzən, Şəmkir,
Şamaxı, Şəki, Göyçay, Göygöl, Ucar,
Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad,
Saatlı, Salyan, Neftçala, Cəlilabad və
Masallı rayonları üzrə 99 yaşayış məntəqəsi
təbii qazla təmin edilib.
Onu da qeyd edək ki, “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrası istiqamətində “Azəriqaz” İB tərəfindən
respublika ərazisində qaz təchizatı sisteminin yenidən
qurulması, kənd və qəsəbələrin
qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin
yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində
görülən məqsədyönlü tədbirlər nəticəsində
respublikanın qaz təchizatı şəbəkəsi
genişləndirilir və müasirləşdirilir. Bu məqsədlə, noyabrın 8-də Ucar rayonunun
Bərgüşad kəndinə təbii qazın verilməsi
kənd sakinlərinin böyük sevincinə səbəb
olub. Ümumilikdə 1247 fərdi evdən ibarət olan kəndin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında ümumi uzunluğu 126 min 506 metr olan
müxtəlif diametrli polad və polietilen borularla
daşıyıcı, paylayıcı, həmçinin məhəllədaxili
qaz xətləri çəkilib, hər bir mənzilə
sayğac və fərdi tənzimləyici
quraşdırılıb. Yeni
qazlaşdırılan yaşayış sahələrində
qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə
sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaztənzimləyicidən
istifadə etməsinə və istehlakçılara
ötürülən qazın sabit rejimdə
saxlanılmasına zəmin yaradır. Hazırda rayonun
Əlikənd və Ramal kəndlərində tikinti,
quraşdırma işləri yekunlaşdırılaraq
istismara qəbul mərhələsindədir. Tezliklə həmin
kəndlərə təbii qazın verilişi təmin ediləcək.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən
Qusar rayonunun Piral və Cibir kəndlərinin “mavi yanacaq”la təmin
olunması işləri isə yekunlaşmaq üzrədir.
Tikinti işləri yekunlaşdıqdan sonra yaşayış
məntəqələrində 1020 abonent ilk dəfə “mavi
yanacaq”la təmin ediləcək. Artıq işlərin 95 faizi
görülüb. Hazırda hər iki kənddə abonentlər
üçün sayğac və fərdi tənzimləyicilər
quraşdırılır. Qeyd edək ki, Piral kəndində
qazlaşdırma işlərinə aprel ayından start verilib.
Kəndin qazla təmin olunması üçün 38 min metrə
yaxın müxtəlif diametrli polad və polietilen borulardan
istifadə edilib. Yeni qazlaşdırılan yaşayış
sahələrində qaz şəbəkəsinin
qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq
olunub. Bu da hər bir abonentin fərdi qaztənzimləyicidən
istifadə etməsinə və istehlakçılara
ötürülən qazın sabit rejimdə
saxlanılmasına zəmin yaradır. Kəndlərin
qazlaşdırılması Azərbaycan Prezidentinin
“Yaşayış məntəqələrinin
qazlaşdırılması ilə bağlı tədbirlər
haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamına əsasən
icra olunur.
Eləcə də regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramında müəyyən
edilən tədbirlərə müvafiq olaraq Salyanın Peyk kəndinə
ilk dəfə təbii qaz verilib. Məlumat üçün
bildirək ki, hazırda rayonun 51 yaşayış məntəqəsindən
45-də təbii yanacaqdan istifadə olunur. Peyk kəndi
rayonun “mavi yanacaq”la təmin olunan 46-cı kəndidir. 232 fərdi
yaşayış evindən ibarət olan və 2500 nəfər
əhalinin yaşadığı kəndin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında 31013 metr metal və polietilen borularla
daşıyıcı və paylayıcı qaz xətləri
çəkilib, mənzillərə sayğac və fərdi
tənzimləyici quraşdırılıb. Qeyd edək ki, gələn
il daha 5 kəndə təbii qazın verilməsi nəzərdə
tutulub.
Şəkinin Baş
Küngüt kəndinə də təbii qaz verilib.
Ümumilikdə 351 fərdi evdən ibarət olan kəndin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında ümumi uzunluğu 34 min 700 metr olan
müxtəlif diametrli metal və polietilen borularla
daşıyıcı, həmçinin məhəllədaxili
qaz xətləri çəkilib, hər bir mənzilə
sayğac və fərdi tənzimləyici
quraşdırılıb. Yeni
qazlaşdırılan yaşayış sahələrində
qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə
sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaztənzimləyicidən
istifadə etməsinə və istehlakçılara
ötürülən qazın sabit rejimdə
saxlanılmasına zəmin yaradır. Hazırda rayonun
Çayqaraqoyunlu kəndində tikinti, quraşdırma işləri
davam etdirilir. Tezliklə tikinti işləri başa
çatdırılaraq təbii qazın verilişi təmin
ediləcək.
Respublikamızın hər yerində olduğu
kimi, Kürdəmir rayonunda da yaşayış məntəqələrinin
qazlaşdırılması istiqamətində tədbirlər
davam etdirilir. Rayonun daha iki kəndinə - 3227 nəfər
əhalisi olan Mollakənd və 3104 nəfər sakinin
yaşadığı Muradxan yaşayış məntəqələrinə
təbii qaz verilib. 576 abonenti olan Mollakənd və 521 abonenti
olan Muradxan kəndlərinin qazlaşdırılması
üçün birpilləli sistem əsasında 13615 metr
daşıyıcı, 90257 metr yerüstü məhəllədaxili
paylayıcı qaz xətləri çəkilib, mənzillərə
1097 tənzimləyici və qaz sayğacı
quraşdırılıb. Hər bir mənzilin mətbəxinə
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin hesabına daxili
qaz xətti çəkilib.
Vurğulayaq ki, hazırda Kürdəmir şəhəri
də daxil olmaqla, rayonun 62 yaşayış məntəqəsinin
58-nə təbii qaz verilib. 19893 abonent “mavi yanacaq”dan istifadə edir ki, bu da rayon əhalisinin
95 faizini təşkil edir. Hazırda rayonun Qarasu
kəndində qazlaşdırma işləri aparılır.
Qalan üç yaşayış məntəqəsində
- Qarabucaq qəsəbə, Qarabucaq kənd və Qurdbayram kəndlərində
layihə-smeta işləri görülür.
Ağcabədi rayonunda isə məcburi
köçkünlərin məskunlaşdığı
Qayğı qəsəbəsinə təbii qaz verilib. 54 fərdi
evdən ibarət olan qəsəbənin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında ümumi uzunluğu 2 min 746 metr müxtəlif
diametrli metal borularla daşıyıcı və
paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə
sayğac və fərdi tənzimləyici
quraşdırılıb.
Regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrası çərçivəsində SOCAR-ın ‘’Azəriqaz’’
İstehsalat Birliyi tərəfindən Sabirabadın
Yastıqobu kəndinə də ilk dəfə təbii qaz
verilib. İndiyədək rayonun 74 yaşayış məntəqəsindən
62-si qazlaşdırılıb. Onların sırasına
62 fərdi evi olan Yastıqobu kəndi də əlavə
olunub. Kəndin qazlaşdırılması üçün
birpilləli sistem əsasında 8 min 620 metr müxtəlif
diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili
qaz xətləri çəkilib, mənzillərə
sayğac və fərdi tənzimləyici qoyulub.
Vurğulandığı kimi, Sabirabad şəhəri də
daxil olmaqla, rayonun 62 kənd və 2 məcburi
köçkün qəsəbəsi təbii qazla təmin
olunub. Qalan 12 yaşayış məntəqəsinin də
qazlaşdırılması nəzərdə tutulur.
Hazırda rayonun Rüstəmli kəndi ərazisində Zəngilandan
olan məcburi köçkünlərin məskunlaşdığı
qəsəbədə tikinti-quraşdırma işləri
başa çatıb. Tezliklə qəsəbə sakinləri
təbii qazdan istifadə edə biləcəklər.
Tərtər rayonuna gəlincə,
verilən məlumata görə rayonun təbii qazla təmin
edilən yaşayış məntəqələrinin
sırasına Hacallı, Soyulan, Alışarlı və
Aşağı Qapanlı, Rəcəbli, Kövdadıq,
Bildirçinli və Umudlu kəndləri də əlavə
olunub. Ümumilikdə, 428 fərdi evdən ibarət olan kəndlərin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında 29 min 578 metr müxtəlif diametrli metal
borularla daşıyıcı və paylayıcı qaz xətləri
çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici
quraşdırılıb. Yeni
qazlaşdırılan yaşayış sahələrində
qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə
sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaztənzimləyicidən
istifadə etməsinə və istehlakçılara
ötürülən qazın sabit rejimdə
saxlanılmasına zəmin yaradır.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2018.- 16 noyabr.- S.7.