Dədə Şəmşir nurunun,
ruhunun daşıyıcısı
Qənbər Şəmşiroğlu
- 85
Vətəni, xalqı üçün yaşayan, yaradan ağsaqqal ziyalılarımızdan
biri də Dədə Şəmşir
nurunun və ruhunun daşıyıcısı
Qənbər Şəmşiroğludur.
Qənbər müəllim 1933-cü il
noyabr ayının
16-da Kəlbəcər rayonunun
Ağdaban kəndində
dünyaya gəlib. O, Yanşaq kənd
orta məktəbində
təhsil aldıqdan sonra 1950-ci ildə bir il kəndli-gənclər
kursunda işləyib,
1951-ci ildə isə ikiillik Ağdam Dövlət Müəllimlər
İnstitutunun Azərbaycan
dili və ədəbiyyatı fakültəsinə
daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban
kənd yeddiillik məktəbində müəllim,
1957-ci ildən isə
həmin məktəbin
direktoru işləyib.
1957-1958-ci illərdə Kəlbəcər
rayon Partiya Komitəsində təbliğat-təşviqat
şöbəsinin müdiri
vəzifəsində çalışıb.
1958-ci ildə Bakı
Ali Partiya Məktəbinə göndərilib.
1961-ci ildə qiyabi yolla N.Tusi adına
institutu, 1964-cü ildə
isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya Məktəbini
bitirib. 1960-1966-cı illərdə
Ağdaban səkkizillik
məktəbində direktor,
1966-1971-ci illərdə Kəlbəcər
qəsəbə orta məktəbində direktor,
1971-1974-cü illərdə Kəlbəcər RPK-nın
ikinci katibi, 1974-1988-ci illərdə
Kəlbəcər RİK-in
sədri, 1989-1991-ci illərdə
Gədəbəy RİK-in
sədri, 1991-1992-ci illərdə
Gədəbəy rayon
İcra Hakimiyyətinin
başçısı, 1993-cü ildə Azərittifaqda baş müşavir,
1993-1994-cü illərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.
Uzun müddət dövlət fəaliyyətində
səmərəli çalışdığına
görə Qənbər
müəllim “Şərəf
nişanı” ordeni, “Əmək igidliyinə görə” və “Əmək veteranı” medalları ilə təltif edilmişdir.
Qənbər müəllimin sədirlik
etdiyi “Aşıq Şəmşir” Mədəniyyət
Ocağı İctimai
Birliyi 29 yanvar 2010-cu ildə Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyində qeydiyyata
alınmışdır. Onun rəhbərlik
etdiyi “Aşıq Şəmşir” Mədəniyyət
Ocağı İctimai
Birliyi yarandığı
gündən mədəniyyətimizin,
incəsənətimizin, milli-mənəvi
dəyərlərimizin, aşıq
sənətinin qorunub
yaşadılması və
digər sahələr
üzrə ölkə
daxilində və xaricdə müxtəlif tədbirlər həyata keçiribdir. “Aşıq Şəmşir”
Mədəniyyət Ocağı
İctimai Birliyi “Unudulmaqda olan xalq sənəti nümunələrinin təbliği”,
“Ustadnamələr - milli
dəyərlərimizin əlifbasını
birgə oxuyaq” və “Azərbaycan-Türkiyə
milli birliyinin simvolu - ozan-aşıq sənəti” və sair onlarla layihələri
həyata keçirmişdir.
Layihələr çərçivəsində
milli folklor oyunlarımız olan Kilimarası və Maraloyunu geniş ictimaiyyətə təbliğ
edilmiş, bukletlər
şəklində çap
edilib vətəndaşlara
paylanmış və
bunun əsasında qısametrajlı filimlər
hazırlanmışdır.
Qənbər müəllimin birbaşa rəhbərliyi ilə təşkilat Ulu öndərimiz Heydər Əliyevin irsinin öyrənilməsi və
gənc nəslə aşılanması ilə
bağlı mütəmadi
olaraq silsilə təbirlər həyata keçirmişdir. Təşkilat
həmçinin Qənbər
Şəmşiroğlunun təşəbbüsü
əsasında Azərbaycan
şair və yazıçılarının, elm və ədəbiyyat
xadimlərinin kitablarını
nəşr etdirib ictimaiyyətə təqdim
etmişdir. O, Azərbaycan
Yazıçılar Birliyinin
üzvü və Respublika Ağsaqqallar Şurası Rəyasət
Heyətinin üzvü,
onlarla kitabın müəllifidir: “Gədəbəy xatirələri”,
“Axtarıb Şəmşiri
görmək istəsən”,
“Oğul gərək oğul olsun”, “Bütövləşmək istədim”,
“Qənbər Şəmşiroğlu-75: Ömrün işıqlı
anları”, “Tale oxşarlığı”, “Qənbər
Şəmşiroğlu: Dostlar unutmaz məni”, “Əmioğluların
əməlləri”, “Bir
də görüşərik...”,
“Kəlbəcər: ömrüm, həyatım”,
“Sxojest sudeb” - “Oxşar talelər” (rus dilində), “Prodelki rodstvenniçkov” -
“Qohumların əməlləri”
(rus dilində), “Trisks of relatives”
- “Qohumların əməlləri”
(ingilis dilində), “Salehli səfərlər”,
“Hələ yerindədir,
vurur ürəyim”, “Caninin etirafı”, “Bir də görüşərdik”.
Həmçinin Qənbər
müəllimin iki kitabı İran İslam Respublikasında nəşr olunmuşdur. Qənbər müəllimin
nəzm, nəsr əsərlərindən başqa,
müxtəlif illərdə
müxtəlif mətbuat
orqanlarında bir-birindən
maraqlı onlarla elmi-publisistik, ədəbi-bədii
yazıları dərc
olunub. Həmin mətbuat orqanlarına “Dünya” qəzetini, “Yeni bəşər” qəzetini, “Yenilik” qəzetini, “525-ci qəzet”i
və başqa qəzet və jurnalları nümunə göstərmək olar.
Ulu babam Miskin Abdal
Qurban böyük dərya-kamal
“Şəmşiroğlu” - deyib
hər hal;
Ünvanımı gəzdirirəm!
Ünvanımı gəzdirirəm - yazan
Qənbər müəllim
Dədə Şəmşir
dünyasını dəyişəndən
(1980) sonra ulu babası, XVI əsrin sufi şairi, övliya Miskin Abdal ocağının, o mənəvi ocağın
davamı olan Dədə Şəmşir
yurdunun varisi, Miskinli Ocağının ağsaqqalı oldu.
Dastan məclisində, el məclisində
Söz sərrafı olan dədəmi gəzdim...
Onun ulu babalarından süzülüb
gələn yaradıcılıq
bulağını öz
ilhamı ilə qurumağa qoymamış,
yaratdığı gözəl
şeir nümunələri
- qoşmalar, qəzəllər,
gəraylılarla bu bulağın suyunu daha da gur etmişdir. Onun şeirlərində həyata,
insana, təbiət gözəlliklərinə, ailə
dəyərlərinə yüksək
sevgi və ehtiramla yanaşı, dərin bir həsrət, doğma ocaq dərdi və Kəlbəcər nisgili vardır:
Xalısı var, xalçası
var, xalı var,
Bəzənibdi çəmən, çiçəyə
dağlar.
Meh tərpədib, sığallayıb
telini,
Oxşayır qənirsiz göyçəyə
dağlar.
Qənbər müəllim həm öz övladlarına, həm də cəmiyyətimizdə layiqli
yerini tutmaq istəyən gənclərimizə
böyük qayğı
və diqqət göstərmiş, əsl
ağsaqqal nəsihəti
vermişdir. Hörmətli ziyalımız Qənbər
müəllim Qənbər
Şəmşiroğlu imzası
ilə bu gün də yazıb-yaratmaqdadır. Qənbər müəllimin müəllifi
olduğu bir çox şeirlər kitablarını nümunə
göstərmək olar.
Yurd həsrətini
daima qəlbində daşıyan, həyatın
min bir çətinliyinə
sinə gərən Qənbər Şəmşiroğlu
öz yaradıcılığında
təpədən-dırnağa vətənin haqq aşiqidir. Bir zaman zirvəsindən
atla keçdiyi dağların indi yurdunun qabağına çəkilən divar olduğunu duyan qəlbində hər addımında o torpaqlara qovuşmaq ümidini itirməmişdir.
Şahdağdan üz tutub
Murova baxdım,
Bu dağdan o dağa
salamlarım var.
Kəpəzin o üzü gözəl
diyarda,
Düşmən tapdağında
qalanlarım var.
Qənbər müəllim ömrünün
bu ahıl, müdrik çağında
bizlər üçün
böyük mənəvi
sərvət yaratmışdır. Bizlərin əsas
işi isə Qənbər müəllim
kimi ağsaqqallarımızı,
ziyalılarımızı dərindən öyrənmək
və onun irsinə bir azərbaycanlı kimi sahib
çıxmaqdır.
Qənbər müəllim bu
gün öz kamillik yaşında da “Aşıq Şəmşir”
Mədəniyyət Ocağı
İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun
və respublikanın ictimai-siyasi həyatında
fəaliyyətini davam
etdirir, respublikamızda
həyata keçirilən
kütləvi-mədəni və sosialyönümlü
tədbirlərdə yaxından
iştirak edir, qayğıya ehtiyacı olan insanlara maddi, mənəvi yardımçı olur.
Azərbaycanın sosial-iqtisadi inkişafındakı
xidmətlərinə görə
Qənbər müəllimin
əməyi möhtərəm
Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək
dəyərləndirilib, o, 18 oktyabr 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Əzizimiz Qənbər müəllim,
bu gün Sizin 85 yaşınız tamam olur. Sizi səmimi
qəlbdən təbrik
edir, Ulu Tanrıdan cansağlığı,
uzun ömür, işlərinizdə uğurlar
arzulayırıq. Arzu edirik
ki, inşallah, gələn ad gününüzü doğma
torpağımızda, dədə
Şəmşir ocağında,
Kəlbəcərimizdə keçirək.
––
AMEA M.Füzuli adına Əlyazmalar
İnstitutu, fəlsəfə
üzrə fəlsəfə
doktoru, dosent
Yeni Azərbaycan.-
2018.- 16 noyabr.- S.6.