Akademik Ramiz MehdiyevinDağlıq Qarabağ - məxəzlərdən oxunmuş tarixkitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında kitabın Livanda ərəb dilinə tərcümə edilmiş nəşrinin təqdimatı keçirilib

Noyabrın 16-da AMEA-nın Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz MehdiyevinDağlıq Qarabağ - məxəzlərdən oxunmuş tarixkitabının Livanda ərəb dilinə tərcümə edilmiş nəşrinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitabda münaqişənin yaranma səbəblərini izah edən, habelə Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını dəqiq göstərən müxtəlif tarixi mənbələrin əksini tapdığını söyləyib. Bildirib ki, tədqiqatda antik orta əsrlər dövrünə aid çoxsaylı məxəzlər, habelə yeni müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi, həmçinin ermənilərin XIX əsrin əvvəllərində bu ərazilərə köçürülməsi məsələləri əhatə olunub.

Akademik qeyd edib ki, nəşrdə XIX əsrdən etibarən Dağlıq Qarabağda, eləcə tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan Respublikasında ermənilərin sayca üstünlük təşkil etməyə başlamasının çar imperiyasının məqsədyönlü siyasətinin nəticəsi olduğu oxucuya çatdırılıb. İsa Həbibbəyli kitabda, eyni zamanda, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə soyqırımı siyasətindən bəhs olunduğunu deyib. O, əsərin ərəb dilində nəşrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, erməni yalanlarına qarşı mübarizədə əsaslı rol oynayacağını vurğulayıb.

İsa Həbibbəyli akademik Ramiz Mehdiyevin ölkəmizdə böyük rezonans doğurmuşDağlıq Qarabağ - məxəzlərdən oxunmuş tarixkitabının bu yaxınlarda Livanın paytaxtı Beyrut şəhərindəDeltaDərin Araşdırmalar Mərkəzində nəşr edildiyini bildirib. Qeyd edib ki, bu qiymətli əsər bir çox dillərə, o cümlədən fransız, ingilis, türk, rus dillərinə tərcümə olunub. Kitabı ərəb dilinə əlcəzairli tədqiqatçı, professor Zəim Xənişlavi tərcümə edib. “Ərəb dilinə tərcümə olunmuşDağlıq Qarabağ - məxəzlərdən oxunmuş tarixkitabını AMEA-nın Ədəbiyyat Fəlsəfə institutlarının ərəb dili üzrə mütəxəssisləri redaktə ediblər. Onlar mənə dedilər ki, tərcüməçi coğrafi adlarda, faktlarda heç bir yanlışlığa yol verməyib”, - deyə AMEA-nın vitse-prezidenti bildirib. O, mükəmməl tərcüməyə görə Zəim Xənişlaviyə, eləcə bu işdə əməyi olan hər kəsə təşəkkür edib.

AMEA-nın vitse-prezidenti kitabın çapında ölkəmizə gətirilməsində Azərbaycanın Livan Əlcəzairdəki səfirliklərinin müstəsna xidmətləri olduğunu bildirib.

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə isə tərcümə prosesindən danışıb. Qeyd edib ki, professor Zəim Xənişlavi V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edib burada akademik Ramiz Mehdiyevlə görüşərək ondan bu kitabın tərcüməsinə nəşrinə icazə alıb. Tərcüməçinin öyrənilən problemə bələdliyi ərəb oxucusuna Qarabağ problemini aydın şəkildə başa düşmək imkanı verir.

Sonra Zəim Xənişlaviyə Azərbaycan-ərəb əlaqələrinə verdiyi töhfəyə görə AMEA-nın Fəlsəfə İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.

Belə bir sanballı kitabı ərəb dilinə tərcümə etməsindən qürur duyduğunu vurğulayan Zəim Xənişlavi deyib: “Akademik Ramiz MehdiyevinDağlıq Qarabağ - məxəzlərdən oxunmuş tarixkitabını Fransada bir mağazadan alıb oxudum. Oxuduqca hiss elədim ki, bu kitab təkcə kitab deyil, həm bütöv bir kitabxanadır. Azərbaycan həqiqətlərinin ərəb dünyasına çatdırmaq üçün kitabı ərəb dilinə tərcümə etmək qərarına gəldim bu işi uğurla başa çatdırdım. Düşünürəm ki, bu kitabı tərcümə etməklə düzgün addım atmışam. Çünki bu kitab dünyanı xilas etmək üçün çox dəyərli bir vəsaitdir”.

Xalq yazıçısı, Milli Məclisin deputatı Elmira Axundovanın: “Livanda güclü erməni lobbisi var. Siz bu işi görərkən ermənilərin hücumlarına məruz qaldınızmı?” sualına cavabında Zəim Xənişlavi kitabda elmi dəlillərin tutarlı olmasına görə onların təzyiqləri ilə qarşılaşmadığını deyib.

Kitabın məziyyətlərindən söhbət açan Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev qeyd edib ki, kitabın ərəb dilinə tərcümə olunması çox böyük bir hadisədir. Kitab oxucuya problemin mahiyyətinə varmağa, münaqişənin səbəb nəticələrini görməyə imkan verir. Diqqətə çatdırılıb ki, kitabda xarici mənbələrdən istifadə olunması onun sanbalını daha da artırır.

Milli Məclisin deputatı, “Yeni Azərbaycanqəzetinin baş redaktoru, professor Hikmət Babaoğlu isəDağlıq Qarabağ - məxəzlərdən oxunmuş tarixkitabının həqiqətləri öyrənmək istəyənlər üçün mötəbər mənbə olduğunu bildirib. O, kitabın digər dillərə tərcümə olunmasının vacibliyini vurğulayıb.

Tədbirdə, həmçinin Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə, həmin müəssisənin aparıcı elmi işçisi Sənan Həsənov, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İzzət Rüstəmov başqaları nəşrin tərcüməsinin önəminə toxunub, kitabın oxucuya problemin mahiyyətinə varmağa, münaqişənin səbəb nəticələrini görməyə imkan yaratdığını qeyd ediblər.

Yeni Azərbaycan.- 2018.- 17 noyabr.- S.7.