Daşkənddə Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi
münasibətilə konsert
təşkil edilib
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
(AMM) layihəsi ilə
Özbəkistanda keçirilən
“Azərbaycan mədəniyyəti
və ədəbiyyatı
həftəsi” çərçivəsində
geniş konsert təşkil olunub.
AZƏRTAC xəbər
verir ki, konsertdə səfirliyimizin
əməkdaşları, “Özbəkistan-Azərbaycan”
Dostluq Cəmiyyətinin
rəhbərliyi və
üzvləri, Azərbaycandan
gələn tanınmış
alimlər, Daşkənddə
aparıcı universitetlərin
müəllim və tələbələri, Özbəkistanın
elm, mədəniyyət
və incəsənət xadimləri,
yerli azərbaycanlılar
iştirak ediblər.
AMM-in direktoru Samir Abbasov cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlar, Azərbaycanın
dövlətçilik və
müstəqillik tarixində
oynadığı müstəsna
rol, həyata keçirilən böyük
islahatlar və bu respublikanın müasir Azərbaycanın
müstəqilliyinə, onun
inkişafına təsiri
haqqında danışıb.
O, 2018-ci ilin Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı ilə
“Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini diqqətə çatdırıb,
xalqımızın istiqlal
ideyaları, dövlətçilik
ənənələri sahəsində
əldə etdiyi nailiyyətlərin dünyaya
çatdırılmasının vacib məsələ olduğunu qeyd edib, bu
mövzuda Özbəkistanda
keçirilən tədbirlər
və layihələr
haqqında məlumat verib.
“Kaspi” qəzetinin təsisçisi,
filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva müstəqil, azad və demokratik bir cümhuriyyət yaratmaqla şərəfli
bir vəzifənin öhdəsindən layiqincə
gələn Azərbaycanın
mərd oğullarının
xalqımızın istiqlal
tarixində mühüm
bir səhifə açdıqlarını
qeyd edib.
Natiq cümhuriyyət dövründə Azərbaycanın
yaradıcı insanlarının
fəaliyyəti, elmimiz
və ədəbiyyatımızın
inkişafı haqqında
danışıb, Azərbaycan
Xalq Cümhuriyyətinin
xalqımızın milli
özünüdərk, müstəqil
dövlət qurmaq imkanlarına malik olduğunu sübut və bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.
O, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük
uğurlardan danışıb.
Özbək tarixçisi Şuxrat
Salamov XX əsrin əvvəllərində çətin
və mürəkkəb
bir dövr olmasına baxmayaraq Türküstan və Azərbaycan xalqlarının
öz istiqlaliyyəti
uğrunda mücadilə
etdiyini qeyd edərək, 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı
nəsillərin yaddaşında Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi qaldığını
söyləyib. Natiq bu istiqamətdə təbliğati tədbirlərin,
mədəniyyət, ədəbiyyata
aid layihələrin həyata keçirilməsinin
vacib olduğunu bildirib.
Sonra Mədəniyyət
Mərkəzinin layihəsi
ilə Özbəkistan
“SOQDİANA” Xalq Çalğı
Alətləri Orkestrinin
Azərbaycan bəstəkarlarının
ölməz əsərlərindən
ibarət konserti təqdim olunub.
Konsert proqramının
bədii rəhbəri
Özbəkistanın Əməkdar
artisti, professor Firuzə Abduraximova, dirijoru beynəlxalq müsabiqələr laureatı
Qəhrəman Bazarov olub.
Dahi Azərbaycan
bəstəkarı Üzeyir
Hacıbəylinin “Koroğlu”
uvertürası ilə
başlayan konsertdə
“Sarı gəlin”, “Ay Laçın” “Çahargah rapsodiyası”,
“Anadır arzulara Qarabağ”, “Dostluq nəğməsi” və
s. əsərlər səslənib.
Konsert proqramında
Beynəlxalq müsabiqələr
laureatı, Özbəkistanın
tanınmış sənət
ustaları Masuma Boltabaeva, Rüstəm Əlimərdanov, Səncər
Qədirov, Sərdar Pirimov, Dilşod Fazilov, Lobar Cumadilova və başqaları çıxış
ediblər.
Yeni Azərbaycan.-
2018.- 17 noyabr.- S.7.