Azərbaycanın öz multikultural dini tolerantlıq dəyərlərini dünya ölkələri ilə bölüşmək niyyəti yüksək qiymətləndirilib

 

Almaniyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Berlində bir sıra görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat mədəniyyət siyasəti üzrə müvəkkili, səfir Haydrun Tempel, din məsələləri üzrə müvəkkili, səfir Folker Berreshaym Cənubi Qafqaz Mərkəzi Asiya şöbəsinin diplomatı Aksel Bayerlə görüşüb.

Daha sonra Almaniya Bundestaqında xarici siyasət komitəsinin üzvü, hakim Xristian-Demokratlar/Xristian-Sosialist İttifaqı fraksiyasının Şərq Tərəfdaşlığı üzrə məruzəçisi Nikolas Löbellə görüş keçirilib.

Görüşlərdə Azərbaycanın öz multikultural dini tolerantlıq dəyərlərini, eləcə mədəniyyətlər dinlər arasında əməkdaşlıq təcrübəsini dünya ölkələri ilə bölüşmək niyyəti bu məqsədlə beynəlxalq tədbirlər həyata keçirməsi yüksək qiymətləndirilib. Bu xüsusda, Berlində keçirilmişDinlər mədəniyyətlərarası əməkdaşlıqdan dialoqa doğrukonfransının uğurlu təşkil edildiyi, Almaniya digər dünya ölkələrinin dini icmalarının, eləcə siyasi, elmi mədəni dairələrinin orada yüksək səviyyədə təmsil olunduqları bildirilib. Dövlətimizin başçısı İlham Əliyevin dəstəyi ilə həyata keçirilən beynəlxalq tədbirlərin insanların multikulturalizm tolerantlıq ruhunda maarifləndirilməsinə, dünyada sülhün əməkdaşlığın təşviqinə mühüm töhfə verdiyi vurğulanıb bu qəbildən olan tədbirlərin davamlı surətdə keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Allahşükür Paşazadə multikulturalizm dini tolerantlığın Azərbaycan xalqının milli ruhundan irəli gəlməklə yanaşı, həm dövlət siyasəti olduğunu deyib. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqil Azərbaycanın bugünkü daxili xarici siyasətində bu dəyərlərin təşviqi, ölkəmizin etnik, dini mədəni müxtəlifliyinin qorunub saxlanılması, eləcə müxtəlif mədəniyyətlər dinlər arasında körpülərin yaradılması xüsusi yer tutur. Şeyxülislam Azərbaycanın bu səylərini yüksək qiymətləndirdiyinə dəstəklədiyinə görə Almaniya tərəfinə təşəkkür edib.

Görüşdə Azərbaycan nümayəndə heyəti, həmçinin dünyada vicdan azadlığının təmin olunması, dini radikalizmlə ksenofobiya ilə mübarizə aparılması kimi mövzuları müzakirə edib, ölkəmizin bu sahələrdəki təcrübəsi nailiyyətləri barədə məlumat verib. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb, torpaqlarımızın 25 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasına baxmayaraq, ölkəmizin bu münaqişənin sülh yolu ilə həllinə çalışdığı vurğulanıb.

Azərbaycan nümayəndə heyətinə Prezident Administrasiyanın Millətlərarası münasibətlər, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Milli Məclisin deputatı Cavanşir Paşazadə daxil olub. Nümayəndə heyətini ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov müşayiət edib.

Yeni Azərbaycan.- 2018.- 22 noyabr.- S.3.