Prokurorluq işçilərinin peşə
bayramı günü və Milli Prokurorluğun
yaradılmasının 100 illik yubileyi geniş qeyd olunub
Xalqımızın ümummilli lideri Heydər
Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən
həmin ildən etibarən hər il öz peşə
bayramlarını qeyd etmək imkanı əldə edən Azərbaycan
Respublikası Prokurorluğunun kollektivi bu gün milli prokurorluq
orqanlarının yaradılmasının 100 illik yubileyini və
növbəti peşə bayramını qeyd edir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 1-də
Azərbaycan Respublikasının Baş Prokurorluğunda 1
oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin
peşə bayramı günü və Milli Prokurorluğun
yaradılmasının 100 illik yubileyinə həsr olunmuş
təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının dövlət
himni səsləndirildikdən sonra Azərbaycan Respublikası
Prezidentinin hüquq mühafizə orqanları ilə iş və
hərbi məsələlər üzrə köməkçisi-şöbə
müdiri Fuad Ələsgərov prokurorluq işçilərinin
peşə bayramı günü və Azərbaycan
Prokurorluğunun 100 illik yubileyi münasibətilə dövlətimizin
başçısı İlham Əliyevin təbrik məktubunu
oxuyub.
Tədbirdə çıxış edən
baş prokuror Zakir Qaralov Azərbaycan Prokurorluğunun 100 illik
yubileyi və peşə bayramı günü münasibətilə
Baş Prokurorluğun kollegiyası adından prokurorluq
orqanlarında çalışan bütün əməkdaşları,
veteranları, onların ailə üzvlərini səmimi qəlbdən
təbrik edərək bildirib ki, Azərbaycan Prokurorluğunun
demokratik məzmunda tamamilə yenidən formalaşması,
mili maraqlarımıza xidmət edən bir dövlət təsisatı
kimi hərtərəfli təkmilləşməsi və
müasirləşməsi məhz ulu öndər Heydər
Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti
və onun gündəlik qayğısı nəticəsində
mümkün olub.
Bildirilib ki, xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılaraq, dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilib, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusu yaradılıb. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutub.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin yubiley münasibətilə prokurorluq əməkdaşlarına
və veteranlara ünvanlanmış təbrikinin əhəmiyyətini
vurğulayan baş prokuror bildirib ki, Azərbaycan
Prokurorluğunun 100 illik tarixi ərzində keçdiyi
inkişaf yoluna, Azərbaycan Xalq Cümhuriyyəti
dövründə və ondan sonrakı tarixi mərhələlərdəki
fəaliyyətinə qiymət verən həmin müraciətdə
Ümummilli Liderin rəhbərliyi ilə milli prokurorluğun
sağlamlaşdırılması və müasirləşdirilməsi
istiqamətində görülən işlər, cəmiyyətimizin
və dövlətçiliyimizin maraqlarının
qorunması, cinayətkarlığa qarşı mübarizə
sahəsində həyata keçirilən tədbirlər diqqətə
çatdırılıb, müasir dövrdə prokurorluq
orqanlarının qarşısında duran vəzifələr
müəyyənləşdirilib. Eyni zamanda, minnətdarlıq
hissi ilə qeyd edilib ki, yubiley ərəfəsində dövlətimizin
başçısı İlham Əliyevin
imzaladığı Sərəncamla bir qrup prokurorluq əməkdaşının
yüksək dövlət mükafatları - orden və medallarla
təltif edilməsi kollektivin böyük sevincinə səbəb
olub.
Ümummilli Liderin müəyyən etdiyi
strateji inkişaf konsepsiyasını uğurla
reallaşdıran və keyfiyyətcə yeni müstəviyə
qaldıran Prezident İlham Əliyevin ölkəmizdə
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu istiqamətində görülən işləri
diqqətə çatdıran baş prokuror vurğulayıb
ki, son dövrlərdə Azərbaycan Respublikasında
ardıcıl və sistemli şəkildə həyata
keçirilən sosial-iqtisadi islahatların
reallaşdırılması, hərtərəfli
düşünülmüş dövlət siyasətinin həyata
keçirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması nəticəsində
Azərbaycan beynəlxalq birliyin tamhüquqlu üzvü kimi
layiq olduğu yerini tutub.
Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada iqtisadi və maliyyə böhranlarının hökm sürməsinə baxmayaraq, sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi tərəqqisinin təmin edilməsi, iqtisadi rəqabətqabiliyyətliliyinə görə nüfuzlu beynəlxalq hesabatlarda yüksək pillələrdə qərarlaşması, nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmaqla gerçəkləşdirilməsi, dünyada nüfuzunun artması, respublikamızın ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi hər bir azərbaycanlını gələcəyə ruhlandırır.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci il aprelin 26-da keçirdiyi tarixi görüşdən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli və bütün sahələri əhatə edən islahatlar aparılmaqla fəaliyyəti üçün zəruri normativ hüquqi bazası yaradılıb, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, yüksək tələblər səviyyəsində işləmək bacarığı olan kadr korpusu formalaşdırılıb.
Bir çox dövlət təsisatı kimi
prokurorluq orqanlarının da yaradılması Azərbaycan
Xalq Cümhuriyyətinin fəaliyyət sürdüyü 23
aylıq dövrə təsadüf edir. 1918-ci il 1 oktyabr tarixli
qərarla Bakı Dairə Məhkəməsinin tərkibində
yaradılmaqla əsası qoyulmuş milli prokurorluq
orqanları öz 100 illik tarixi ərzində
xalqımızın müstəqilliyi uğrunda
apardığı mübarizənin tarixi ilə bərabər
şəkildə çətin və mürəkkəb, eyni
zamanda, şərəfli bir inkişaf yolu keçərək,
bugünkü şəkildə formalaşıb, fəaliyyət
göstərdiyi bütün dövrlərdə millətinə
və dövlətçilik ideyalarına sədaqətlə
qulluq edib, qanunçuluğun möhkəmləndirilməsi və
cinayətkarlığa qarşı mübarizə işində
öz xidmətlərini göstərib.
Xüsusi vurğulanıb ki, dövlət səviyyəsində
göstərilən yüksək diqqətin nəticəsi
olaraq, ixtisaslaşdırılmış qurum kimi Baş
Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş
İdarəsinin fəaliyyəti üçün normal şəraitin
yaradılması, əməkdaşlarının
sayının əhəmiyyətli dərəcədə
artırılmaqla çevik fəaliyyəti təmin etməyə
qadir yeni strukturun formalaşdırılması, MDB məkanında,
habelə Azərbaycan tarixində ilk dəfə olaraq, bu quruma
əməliyyat-axtarış fəaliyyətinin həyata
keçirilməsi səlahiyyətinin verilməsi,
işçilərin sosial müdafiəsinin gücləndirilməsi
və digər bu kimi islahat tədbirləri korrupsiya
hallarının qarşısının alınması və
onları doğuran səbəblərin aradan
qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin
səmərəliliyini daha da artırıb, profilaktiki fəaliyyət
daha da gücləndirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin
2004-cü il 3 mart tarixli “Korrupsiyaya qarşı mübarizə
haqqında” Qanunun tətbiq edilməsi barədə Sərəncamına
əsasən Azərbaycan Respublikasının Baş Prokuroru
yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin
yaradılması və sonrakı illərdə fəaliyyətinin
təkmilləşdirilməsi korrupsiyaya qarşı
mübarizə sahəsində siyasi iradənin ən yüksək
təzahürü və ölkə rəhbərliyinin
prokurorluq orqanlarının cəmiyyətdəki roluna,
funksiyalarına və fəaliyyətinə verilən inam və
etimadın təcəssümü kimi dəyərləndirilib.
Mərasimdə qeyd edilib ki, ötən
dövrlər ərzində “Prokurorluq haqqında” qanunda nəzərdə
tutulmuş fəaliyyət istiqamətləri üzrə
işin düzgün təşkili, istintaq fəaliyyətinin
təkmilləşdirilməsi, habelə ibtidai
araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində
prokuror nəzarəti, dövlət ittihamının müdafiəsi,
vətəndaşların müraciətlərinə
baxılması və onların qəbulu işinin səmərəliliyinin
yüksəldilməsi, mövcud
çatışmazlıqların təxirəsalınmadan
aradan qaldırılmaqla ciddi nəzarət mexanizminin
yaradılması, xidməti, icra və əmək
intizamının daha da möhkəmləndirilməsi istiqamətində
zəruri tədbirlər görülüb.
Diqqətə çatdırılıb ki,
dövlətimizin başçısı tərəfindən
prokurorluq orqanlarına daim yüksək diqqət və
qayğı göstərilərək prokurorluq
orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi,
kadr potensialının gücləndirilməsi, yeni nəsil
prokurorların formalaşdırılması və peşəkarlığının
artırılması, habelə prokurorluğun maddi-texniki
bazasının möhkəmləndirilməsi və
işçilərin sosial müdafiəsinin yüksəldilməsi
məqsədilə 2008-ci il 27 sentyabr tarixli Sərəncamla təsdiq
edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin
müasirləşdirilməsinə dair 2009-2011-ci illər
üçün Dövlət Proqramı”nın Azərbaycan
Prokurorluğunun 100 illik tarixində ən önəmli hadisələrdən
biri olmaqla yeni təkmilləşmə və inkişaf, hərtərəfli
müasirləşdirmə dövrünün əsasını
qoyub.
Prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin
artırılmasında müstəsna əhəmiyyətə
malik olmuş Dövlət Proqramında nəzərdə
tutulan tədbirlərin reallaşdırılması nəticəsində
prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən
geniş istifadə olunması, mərkəzləşdirilmiş
informasiya-kommunikasiya sisteminin qurulması üçün hərtərəfli
zəmin yaradılıb, eləcə də prokurorluq
işçilərinin sosial müdafiəsi gücləndirilərək
prokurorluğun maddi-texniki təminatı
yaxşılaşdırılıb. Prokurorluğun maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
görülən işlər sırasında Gəncə və
Sumqayıt Şəhər prokurorluqlarının ən
müasir standartlara cavab verən yeni inzibati binalarının
tikilərək yubiley ərəfəsində əməkdaşların
istifadəsinə verilməsi xüsusi qeyd edilib.
Bildirilib ki, ölkəmizdə
reallaşdırılan dövlət gənclər siyasətinin
tələblərinə müvafiq olaraq, mütərəqqi və
şəffaf prosedurlar əsasında prokurorluğun kadr
korpusunun yeniləşdirilməsi istiqamətində
aparılan məqsədyönlü işlərin nəticəsi
kimi, 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə
nəticəsində qulluğa qəbul edilən 873 gənc
hüquqşünasın Azərbaycan Respublikası
Prokurorluğunun kadr korpusunun 67 faizini təşkil etməsi,
müxtəlif sahələrdə səmərəli fəaliyyəti,
həmin gənclərin bir çoxunun rəhbər və
yuxarı təsnifatlar üzrə vəzifələrə irəli
çəkilməsi, alternativi olmayan müsabiqə yolu ilə
qulluğa qəbulun bundan sonra da davam etdiriləcəyinə əminlik
yaradıb.
Tədbirdə çıxış edən
prokurorluğun veteranı Qənimət Səfərov
prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan,
Baş Prokurorluğun hüquqi təminat idarəsinin prokuroru
Vüsal Mehrəliyev isə prokurorluğa qulluğa qəbul
edilmiş gənclərə göstərilən dövlət
qayğısından ətraflı söz açıblar.
Çıxışlarda qəti inam ifadə olunub ki, bu gün öz peşə bayramını və 100 illik yubileyini qeyd edən Azərbaycan Prokurorluğunun kollektivi öz məsuliyyətini dərindən dərk etməklə, fəaliyyətinin dövlət tərəfindən göstərilən etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, respublikamızın dinamik inkişafına istiqamətləndirilmiş yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılmasında öz xidmətlərini göstərəcək.
Mərasimdə xidmətdə fərqləndiklərinə
görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının
bir qisminə baş prokuror tərəfindən “Azərbaycan
Prokurorluğunun 100 illiyi” yubiley medalı, “Prokurorluğun fəxri
işçisi” döş nişanı, fəxri fərmanlar və
digər təltiflər təqdim edilib.
Tədbirin yekununda Azərbaycan Respublikası
Prokurorluğunun kollektivi adından Prezident İlham Əliyevə
müraciət qəbul edilib.
Yeni Azərbaycan.-2018.- 2 oktyabr.-
S.5.