Azərbaycan mətbuatının nümayəndələri
Tbilisidə Cümhuriyyətin
elan edildiyi tarixi binada olublar
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun təşkilatçılığı
ilə Gürcüstanda
səfərdə olan
bir qrup KİV nümayəndəsi Tbilisidə
1918-ci il mayın 28-də
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını
nəzərdə
tutan İstiqlal Bəyannaməsinin elan edildiyi bina ilə
tanış olublar.
Azərbaycanlı jurnalistlərə məlumat
verilib ki, Gürcüstan dövlətinin
və Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannamələrinin
elan edildiyi tarixi bina çar
Rusiyası dövründə
Qafqaz canişinliyinə
məxsus olub. Bina hazırda “Gənclər evi” kimi fəaliyyət göstərir.
Bildirilib ki,
1918-ci il fevralın
23-də bu binada Gürcüstan, Azərbaycan
və Ermənistan təmsilçilərindən ibarət
Zaqafqaziya Seymi çağırılıb. Seymdə
müsəlmanlar say etibarilə üstünlük
təşkil edib. Həmin dövrdə müsəlman fraksiyasının
50 üzvü olub. Gürcüstan sosial demokratlarının 32, ermənilərin
isə 27 üzvü Seymdə təmsil edilib.
Gürcüstan 1918-ci il mayın 26-da Zaqafqaziya Seymindən ayrıldığını bəyan
edib və bununla da Seym
buraxılıb. Mayın
27-də isə Seymin azərbaycanlı nümayəndələri
müvəqqəti Milli
Şuranın yaradıldığını
elan ediblər. Şuraya sədrlik Məhəmməd Əmin
Rəsulzadəyə həvalə
olunub. Bir gün sonra isə Milli Şuranın 26 üzvünün
iştirak etdiyi ilk iclasında İstiqlal Bəyannaməsi
qəbul olunub. Beləliklə, 1918-ci il mayın 28-də Tbilisinin mərkəzindəki bu binada Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı rəsmən
elan edilib. Yeni yaranmış hökumət və Milli Şura iyunun 16-dək, yəni Gəncəyə köçürülənədək
bu binada fəaliyyət göstərib.
Azərbaycan nümayəndə heyətinin
üzvləri bina ilə yaxından tanış olublar.
Jurnalistlər bir vaxtlar gərgin
müzakirələrin aparıldığı
Güzgülü salon,
sənədlərin imzalandığı
Ağ salon və qərarların oxunduğu, iclasların keçirildiyi Qırmızı
zalları gəziblər.
Sonda binanın
bağçasında xatirə
şəkli çəkdiriblər.
Yeni Azərbaycan.-
2018.- 19 oktyabr.- S.5.