BakıdaEkoloji problemlər onların həlli yolları tələbələrin gözü iləmövzusunda II gənclər sərgisi təşkil olunub

 

Oktyabrın 22-də Gənclər İdman Nazirliyinin təşkilatçılığı iləBaku Crystall Hall”daEkoloji problemlər onların həlli yolları tələbələrin gözü iləmövzusunda II gənclər sərgisi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi rəhbəri Leyla Əliyeva, gənclər idman naziri Azad Rəhimov, digər rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.

Sərginin keçirilməsində məqsəd gənclərin ekoloji sahəyə marağını artırmaq, onları bu sahədə maarifləndirmək, eyni zamanda, yaradıcılıq potensiallarını dəstəkləmək sosial təşəbbüskarlığı stimullaşdırmaqdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gənclər idman naziri Azad Rəhimov sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.

Sərgidə 14-29 yaşlı 200-dək gəncin dəzgah rəngkarlığı, kvillinq, xəttatlıq, keramika, rəngkarlıq, ebru sənəti, qrafika, qravüra, landşaft dizaynı, batika, vitraj, qravüra üslubları üzrə ekoloji mövzuda çəkdikləri rəsm əsərləri nümayiş etdirilib. Bununla yanaşı, gənclərin ekoloji mövzuda hazırladıqları müxtəlif əsərlər sərgilənib.

Tədbirdə ustad dərsləri keçirilib, gənclərin iştirakı ilə eko-tamaşa, səhnəciklər, viktorinalar, sağlam həyat tərzinin təbliği məqsədilə idman yarışları təşkil olunub, adı AzərbaycanınQırmızı kitabı”na düşən heyvanlar nadir ağaclar nümayiş etdirilib.

Sonda sərginin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, sərgi Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.3-cü bəndini (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) rəhbər tutaraq Azərbaycan gəncliyi 2017-2021-ci illərdəDövlət Proqramının 5.6.5-ci (gənclər arasında ətraf mühit mənfi ekoloji tendensiyaların sağl

Yeni Azərbaycan.- 2018.-23 oktyabr.- S.3.