Azərbaycan nümayəndə heyəti Həştərxanda qadın sahibkarların forumunda iştirak edir

 

Rusiyanın Həştərxan vilayətindəHəştərxan-Azərbaycan: Qadın SahibkarlığıForumu keçirilir.

AZƏRTAC xəbər verir ki, oktyabrın 22-24-də Həştərxan şəhərində keçirilən Forumda Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə böyük nümayəndə heyəti iştirak edir.

Oktyabrın 22-də Forum iştirakçıları Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Azərbaycan nümayəndə heyətinin üzvləri parkda ağac əkiblər.

Sonra Azərbaycan nümayəndə heyətinin üzvlərini Həştərxan vilayəti qubernatorunun vəzifəsini icra edən Sergey Morozov qəbul edib.

Görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-siyasi, humanitar sahələrdə sıx əlaqələrin mövcud olduğu vurğulanıb.

Ailə, Qadın Uşaq Problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda Ulu öndər Heydər Əliyevin xatirəsinə abidə ucaldılıb, Ümummilli liderin adını daşıyan park, ümumtəhsil məktəbinin binası tamamilə yenidən qurulub, həmin məktəbin nəzdində müasir uşaq bağçası tikilib istifadəyə verilib. Uşaq bağçasının açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Həmçinin Həştərxan şəhərindəAzərbaycan-Rusiya Dostluq Körpüsüaçılıb, Knyaz Vladimirin abidəsi ucaldılıb, “Meçtauşaq əyləncə şəhərciyi şəhər sakinlərinin istifadəsinə verilib. H.Hüseynova xatırladıb ki, bu ilin sentyabrında Prezident İlham Əliyevin Prezident Vladimir Putinin iştirakı ilə Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda qadın sahibkarlar da iştirak ediblər, Forum çərçivəsində bir sıra mühüm ikitərəfli sənədlər imzalanıb.

Həştərxan vilayəti qubernatorunun vəzifələrini icra edən Sergey Morozov Həştərxan Azərbaycanda qarşılıqlı biznes mərkəzlərinin tikilməsinin əhəmiyyətini vurğulayıb, qadın sahibkarları forumunun bu əlaqələrin inkişafına dəyərli töhfə verəcəyinə əminliyini ifadə edib.

Həştərxan vilayət Dumasının deputatı İrina Brıntseva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə Azərbaycana səfərini xatırlayaraq bildirib ki, həm Rusiyada, həm Azərbaycanda qadınların ictimai-siyasi həyatda yaxından iştirakına, qadın sahibkarlığının stimullaşdırılmasına xüsusi önəm verilir.

Sahibkar Qadınlar Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Həştərxan hökumətinin beynəlxalq xarici-iqtisadi əlaqələr naziri Denis Afanasyevin iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Azərbaycan Həştərxan vilayətindən 350-yə yaxın qadın sahibkarın iştirak etdiyi Forum çərçivəsində işgüzar görüşlər, ustad dərsləri, biznes layihələrin təqdimatı digər tədbirlər keçiriləcək.

 

 amlığa zərərli təsiri ilə bağlı maarifləndirmə işlərinin aparılması) bəndinin icrasını təmin etmək məqsədilə keçirilib.

Yeni Azərbaycan.- 2018.- 23 oktyabr.- S.6.