Diasporla İş üzrə
Dövlət Komitəsində
tatarıstanlı qonaqlarla
görüş keçirilib
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində
Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru, Tatarıstan Respublikası Dövlət
Şurasının deputatı
İrek Şaripov ilə görüş keçirilib. Komitədən verilən məlumata
görə, görüşdə
Tatarıstandakı Azərbaycan
diaspor təşkilatlarının,
eləcə də Azərbaycandakı tatar icmasının fəaliyyəti
və bir sıra qarşılıqlı
maraq doğuran məsələlər müzakirə
olunub. Görüşdə
komitə sədri Fuad Muradov qurumun
fəaliyyəti barədə
qonaqlara ətraflı
məlumat verərək
bildirib ki, Rusiya Federasiyasında yaşayan soydaşlarımızla
və diaspor təşkilatları ilə
birgə iş komitənin diqqət mərkəzindədir. Komitə
sədri soydaşlarımızın
milli kimliyini qoruyaraq yerli cəmiyyətə inteqrasiyasının
qarşıda duran əsas vəzifələrdən
biri olduğunu vurğulayıb.
Daha sonra görüşdə
İrek Şaripov Tatarıstandakı Azərbaycan
diasporunun uğurlu fəaliyyəti, icma üzvlərinin respublikanın
ictimai-siyasi və mədəni həyatındakı
iştirakı, o cümlədən
qarşılıqlı əlaqələrin
inkişafına verdiyi
töhfələr haqqında
geniş söhbət
açıb. O qeyd
edib ki, Azərbaycan diasporunun təşəbbüsü ilə
görkəmli ictimai-siyasi
xadim, böyük ədib Nəriman Nərimanovun adı Kazan şəhərinin küçələrindən birinə
verilib və büstü qoyulub. Bundan başqa, dünya şöhrətli
alim Kazan universitetinin ordinar professoru Mirzə Kazımbəyin xatirəsi
əbədiləşdirilib.
Eyni zamanda,
türkdilli xalqların
diasporlarının əməkdaşlığı
çərçivəsində Azərbaycan-Tatarıstan əlaqələrinin
genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Sonda xatirə
hədiyyələri təqdim
olunub.
MÜŞFİQƏ
Yeni Azərbaycan.-
2018.- 24 oktyabr.- S.-7.