Beynəlxalq konfransın iştirakçıları muxtar respublika ərazisindəki türk-islam mədəniyyəti abidələri ilə tanış olublar

 

Naxçıvan şəhərindəNaxçıvan: İslam Mədəniyyətinin Paytaxtımövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları muxtar respublika ərazisindəki türk-islam mədəniyyəti abidələri ilə yaxından tanış olublar.

AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, əvvəlcə qonaqlarXan SarayıDövlət Tarix-Memarlıq, Möminə Xatın Açıq Səma Altında Muzey Kompleksinə gəliblər.

Xan sarayında qonaqlara məlumat verilib ki, bu iqamətgah Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən 1760-cı illərdə tikdirilib. Şərq memarlığı üslubunda inşa edilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm xanlıq dövründə dövlətin siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Naxçıvan-Marağa memarlıq məktəbinə aid olan bu saray üç mərtəbədən ibarətdir hazırda muzey kimi fəaliyyət göstərir.

Şərq memarlığı incilərindən biri olan Möminə Xatın türbəsi ilə tanışlıqdan sonra qonaqlar Əcəmi seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələrə baxıblar. Onlar Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsinin - daşdan düzəldilmiş qoç heykəllərin, daş kitabələrin, müxtəlif daş fiqurların, qəbirüstü sənduqələrin tarixi barədə ətraflı məlumatlar əldə ediblər.

Sonra konfrans iştirakçılarıNaxçıvanqalaTarix-Memarlıq Muzey Kompleksində keçirilənMilli geyimlər festivalı”nda iştirak ediblər. Xanlıqlar dövrünün saray geyimlərindən ibarət dəfilənin nümayişi qonaqlar tərəfində maraqla izlənilib.

Qarabağlar Türbə Kompleksinə gələn konfrans iştirakçılarına məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin SədrininQarabağlar Türbə Kompleksinin bərpası tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan kompleks elmi tarixi əsaslarla bərpa edilib. Tarixi abidə qoşa minarə onları birləşdirən baştağ, xanəgah türbədən ibarətdir. Kompleksə daxil olan tikililər zaman keçdikcə dağıntıya məruz qalmışdı. Türbənin memarlıq xüsusiyyətləri, kitabələrin işlənmə texnikası digər əlamətləri onun Naxçıvan memarlıq məktəbinin nümunəsi olduğunu təsdiq edir. Qülləvari xatirə tikintilərinə aid olan türbə on iki yarımsilindrin birləşməsindən ibarətdir. Diametri 10 metrə yaxın olan, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı var. Baştağlarının dördünün baş tərəfindəQurani-Kərim”inƏl-Muminsurəsindən 16-cı ayənin son hissəsi yazılıb. Bərpa zamanı abidənin tarixi görkəmi qorunub saxlanılıb.

Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtımövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları kompleksin xanəgah hissəsində nümayiş etdirilən eksponatlarla da tanış olublar. Burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri sərgilənir. Xalqımızın tarixini, adət-ənənələrini, məişətini özündə əks etdirən saxsı mis qablar, daş dəstər həvəngdəstələr, eyni zamanda, toxuculuq nümunələri məişət mədəniyyətimiz haqqında dolğun təəssürat yaradır. Ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmişQarabağlar türbəsirəsmləri, Naxçıvanın tarixini Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablar da nümayiş olunur.

Daha sonra qonaqlar Babək rayonunun Nehrəm kənd məscidinə gəliblər. Burada məlumat verilib ki, 2016-cı ilin noyabr ayında istifadəyə verilən məscidin sahəsi 830 kvadratmetrdir. İki hissədən ibarət olan zalda qadın kişilərin ayrı-ayrılıqda ibadət etməsi üçün şərait yaradılıb, məscidin daxili milli dini ornamentlərlə, naxışlarla bəzədilib, divarlaraQurani-Kərim”dən ayələr həkk olunub. Burada 570 nəfər eyni vaxtda ibadət edə bilər.

Konfrans iştirakçılarının Naxçıvanın türk-islam mədəniyyəti abidələri ilə tanışlığı onlarda xoş təəssüratlar yaradıb.

Yeni  Azərbaycan.- 2018.- 11 sentyabr.- S.5.