Azərbaycanlı xanəndə beynəlxalq
muğam forumunun birincisi olub
Özbəkistanın Şəhrisəbz şəhərində
beynəlxalq muğam sənəti forumu başa çatıb
Özbəkistanın Şəhrisəbz şəhərində
UNESCO-nun himayəsi altında keçirilən
beynəlxalq muğam
(makom) sənəti forumu başa çatıb.
AZƏRTAC xəbər
verir ki, forumda dünyanın 73 ölkəsindən gələn
300-dən artıq musiqiçi-xanəndələr,
musiqiçi alimlər,
muğam sənətinin
tədqiqatçıları, ölkənin tanınmış
makom ifaçıları,
mədəniyyət və
incəsənət xadimləri
iştirak ediblər.
Forumun qonaqları arasında
Türkiyənin mədəniyyət
və turizm nazirinin birinci müavini Axmad Xaluku Dursun, Rusiya prezidentinin müşaviri Vladimir Tolstoy, Qırğızıstan
prezidentinin müşaviri
Sultan Rayev, Qazaxıstanın mədəniyyət
və idman naziri Astanbek Muxammediuli, Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekzoda da olub.
Bu musiqi
bayramında ölkəmizi
Azərbaycanın mədəniyyət
naziri Əbülfəs
Qarayevin rəhbərliyi
ilə nümayəndə
heyəti təmsil edib. Nümayəndə heyətinə Azərbaycanın
UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri,
səfir Anar Kərimov, Azərbaycan Milli Konservatoriyasının
elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, Milli Konservatoriyanın dosenti Fəxrəddin Baxşəliyev,
Azərbaycanın Əməkdar
artisti, bu il Səmərqənddə keçirilən “Şərq
təranələri” Beynəlxalq
Musiqi Festivalının
qalibi, “Muğam” instrumental qrupunun rəhbəri Sahib Paşazadə, Əməkdar
artist Nigar Şabanova, gənc xanəndə Abgül Mirzəliyev və Daşkənddəki Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru
Samir Abbasov daxildir.
Azərbaycandan gələn xanəndələr
muğam, xalq mahnıları və təsniflərimizi ifa edib, onların ifaları alqışlarla
qarşılanıb.
Forumun baş
mükafatı “Qran-Pri”
Tacikistan Muğam Akademiyasına verilib.
Birinci yeri
“Heyratı” qrupunun solisti Nigar Şabanova
və Özbəkistanın
“Sakil” ansamblı tutub. İkinci yerə İran və Hindistan musiqiçiləri layiq görülüb. Yaponiya,
Türkmənistan və
Tunis musiqiçiləri
üçüncü yerə
sahib olub.
Forum çərçivəsində
“Muğam sənəti
və onun dünya sivilizasiyasında
yeri” mövzusunda elmi-praktik konfrans da keçirilib.
Konfransa 20 ölkənin musiqiçi
alimləri qatılıb. Lalə
Hüseynovanın “Azərbaycan
muğamı bu gün: ifa və
interpretasiya məsələləri”,
Fəxrəddin Baxşəliyevin
isə “Şərq muğam sistemində temperasiya məsələləri”
mövzularındakı məruzələri
maraqla dinlənilib.
Lalə Hüseynova Forumdakı çıxışında bildirib
ki, son illər ölkəmizdə dövlət
səviyyəsində muğam
sənətinə böyük
dəyər verilir. Ölkəmizdə muğam sənəti hazırda görkəmli və istedadlı gənc xanəndələrimiz
tərəfindən yaşadılır.
Forumun mədəniyyətlərin
yaxınlaşmasına xidmət
etdiyini söyləyən
Fəxrəddin Baxşəliyev
deyib ki, belə tədbirlər vasitəsilə bir daha dünyaya öz musiqimizi təqdim edə bildik.
Forum çərçivəsində
yerli və xarici ifaçıların
solo muğam konsertləri
olub. Burada muğam sənətinə
həsr olunan sərgilər təşkil
edilib, milli musiqi alətlərinin və geyimlərin, sənətkarların əl
işlərinin, təsviri
və tətbiqi sənət əsərlərinin,
audio və videodisklərin,
kitabların, albomların,
fotoların nümayişi
və satışı
keçirilib.
Konfrans çərçivəsində “Buxara şaşmakomi”, “Özbək muğamları”
və “Xarəzm dutar muğamları” kitablarının təqdimatı
da olub.
Forumun yekunu
ilə bağlı keçirilən mətbuat
konfransında fəxri
qonaqlar öz ölkələrində muğam
sənətinə verilən
dəyərdən danışıblar.
Azərbaycanın mədəniyyət
naziri Əbülfəs
Qarayev ölkəmizdə
muğam sənətinə
göstərilən qayğıdan
söhbət açıb.
Nazir deyib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
və rəhbərliyi
ilə ölkəmizdə
çoxsaylı mədəniyyət
tədbirləri keçirilir,
iki ildən bir Beynəlxalq Muğam Festivalı təşkil edilir. Mehriban Əliyevanın bilavasitə təşəbbüsü
ilə Muğam sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Yeni Azərbaycan
.- 2018.- 12 sentyabr.- S.7.