Xalq yazıçısı Elçinin pyesinin Londonda böyük uğuru

 

Xalq yazıçısı Elçinin pyesləri respublikamızın sərhədlərini aşaraq xarici ölkə teatrlarında da uğurla tamaşaya qoyulur artıqElçin teatrıestetik məfhumu yalnız ölkəmizdə deyil, çağdaş dünya sənətşünaslığında geniş yayılmaqdadır. Bu gün onun pyesləri Nyu-York, London, İstanbul, Roma, Moskva, Ankara, Sankt-Peterburq, Seul başqa böyük şəhərlərin teatr səhnələrində tamaşaya qoyulur, sənətsevərlər tərəfindən hərarətlə qarşılanır.

AZƏRTAC xəbər verir ki, Xalq yazıçısının məşhurCəhənnəm sakinləripyesinin səhnə həyatı uğurlu olub, əsər bir çox ölkələrdə tamaşaya qoyulub. Böyük Britaniyanın tanınmış bəstəkarı Laurence Mark VaytCəhənnəm sakinləripyesinin əsasında möhtəşəm müzikl yazıb. Sentyabrın 5-də Londonun Union TeatrındaCəhənnəm sakinləri” (“Gecəyarısı”) müziklinin premyerası olub tamaşa böyük uğur qazanıb. İngiltərə tamaşaçıları azərbaycanlı dramaturqun 1937-ci il repressiyaları ilə bağlı fəlsəfi-psixoloji pyesini , müziklin musiqisini maraq rəğbətlə qarşılayaraq yaradıcı heyəti uzun müddət alqışlayıblar. Premyeradan sonra tamaşa hər gün göstərilməkdədir.

Tamaşanın quruluşçu rejissoru Kate Golledğe, dirijoru Harry Raden-Brovn, musiqi parçalarındakı sözləri nəzmlə işləyən Timoti Knapman, xoreoqrafı Chris Cuminq, səhnə kostyum dizayneri lliot Squire, işıq dizayneri Fridthjofur Thsteinssondur. Əsas rolları Solin Burnicle (Kişi), Norma Butikofer (Qadın) Leon Scott (Qonaq) ifa edirlər.

Qeyd edək ki, “Cəhənnəm sakinləriAzərbaycan dramaturqlarının əsərləri əsasında xaricdə bəstələnmiş ilk müzikldır.

Yeni Azərbaycan.- 2018.- 12 sentyabr.- S.7.