Regionlarda əhalinin
elektrik enerjisi ilə təmin olunması işləri
uğurla davam edir
Bu istiqamətdə
həyata keçirilən tədbirlər vətəndaşların
sosial rifah halının yüksəldilməsində də
mühüm rola malikdir
Ölkəmizdə son 15 ildə həyata keçirilən
siyasət, reallaşdırılan islahatlar bütün sahələrin
inkişafını təmin edib. Heç şübhəsiz, bu fonda bölgələrin hərtərəfli
inkişafı xüsusi olaraq önə çəkilməlidir.
Məlum olduğu kimi, qəbul edilmiş
Dövlət proqramları sayəsində regionların
inkişaf dinamikası əldə etməsi, abadlıq-quruculuq
işlərinin görülməsi, yeni infrastrukturun
qurulması bölgələrin simasını dəyişməkdədir.
İnfrastrukturdan söz düşmüşkən
vurğulayaq ki, bu gün ölkəmizdə bütün
bölgələrdə fasiləsiz elektrik enerjisi ilə təminat
vətəndaşların sosial rifahının yüksəldilməsində
mühüm rola malikdir. Bu səbəbdəndir
ki, regionlarımızda istər elektrik enerjisinin təminatı,
istərsə də digər kommunikasiya və xidmət sahələrinin
yüksək səviyyəyə çatması istiqamətində
işlər davamlı xarakter daşıyır. Məhz həyata keçirilən siyasət nəticəsində
bu gün bölgələrimizdə elektrik təminatı daha
da təkmilləşir. Ölkədə
bu istiqamətdə işlərin həyata keçirilməsi
üçün dövlət tərəfindən yüksək
maliyyə dəstəyi göstərilir.
Ölkənin regionlarının elektrik enerjisi ilə təminatında
“Azərişıq” ASC-nin fəaliyyəti xüsusi qeyd edilməlidir. Qeyd edək
ki, “Azərişıq” ASC də vətəndaşların
fasiləsiz və keyfiyyətli elektrik enerjisi alması
üçün bütün gücünü səfərbər
edir. Vətəndaşlara keyfiyyətli
xidmət etmək bu qurumda da əsas prioritetlərdən
sayılır. Vurğulayaq ki, “Azərişıq” ASC-nin
abonentlərə göstərdiyi xidmətlərin
bütün regionlardakı “ASAN xidmət” mərkəzlərini
əhatə etməsi, eyni zamanda, 2018-ci il ərzində əlavə
üç xidmətin yaradılaraq xidmətlərin
sayının 13-ə çatdırılması səhmdar cəmiyyətə
daxil olan müraciətlərin sayında da artıma səbəb
olub. “Azərişıq” ASC-nin göstərdiyi 13 xidmət
arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a
qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə
qoşulması üçün 245 sahibkar, evinə,
bağına və ya həyətinə işıq çəkdirmək
üçün isə 4240 vətəndaş müraciət
edib.
Beləliklə, regionlarda da vətəndaşların
fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı
istiqamətində mühüm addımlar atılır. Vurğuladığımız
kimi, dinamik inkişafa malik Azərbaycan dövlətində
aparılan düşünülmüş siyasət
bütün sahələrin paralel inkişafını təmin
edib. 2004-cü ildən həyata
keçirilən və hazırda üçüncü mərhələsi
icra olunan Dövlət proqramları sayəsində
regionların inkişaf dinamikası əldə etməsi,
yüksək abadlıq-quruculuq işlərinin görülməsi,
yeni infrastrukturun qurulması bölgələrin
simasını da dəyişməkdədir. Bu gün regionlarımızda elektrik enerjisi ilə təminat
yüksək səviyyədədir. Hətta
ucqar kəndlərdə belə fasiləsiz elektrik təminatı
həyata keçirilir.
Son 15 ildə regionlarda çoxlu sayda yeni generasiya obyektlərinin
istifadəyə verilməsi ölkəmizdə müasir
infrastruktur quruculuğuna yaxşı nümunədir. Qeyd edək
ki, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9
elektrik stansiyası mövcud idi və onların ümumi
potensialı 3900 meqavata bərabər idi. Bəhs olunan
dövrdə isə respublikamız məqsədyönlü
investisiya qoyuluşu sayəsində 30 elektrik stansiyası tikməyə
nail olub.
Ümumiyyətlə,
“Azərişıq” ASC 2018-ci ilin 6 ayı ərzində
qarşıya qoyulan bütün tapşırıqları
artıqlaması ilə yerinə yetirib. Respublikanın
bütün istehlakçılarının keyfiyyətli,
dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz
olunması üçün ən vacib işlər həyata
keçirilib. “Azərişıq” ASC-nin mətbuat
xidmətindən verilən məlumata görə, Bakı
şəhəri və regionlarda elektrik təchizatının
yaxşılaşdırılması üçün yenidənqurma
işləri aparılıb. Elektrik enerjisinin keyfiyyətli
təminatı üçün 6 ay ərzində 192 ədəd
komplekt transformator məntəqəsi
quraşdırılıb, hava xətləri çəkilib və
təmir olunub, müxtəlifgərginlikli dayaqlar
quraşdırılıb.
2018-ci il
fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Mingəçevir şəhərinin elektrik
paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə
və Nəzarət Mərkəzinin, 2018-ci il iyunun 5-də
Goranboy rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə “Dəliməmmədli”
və 110/35/10 kV-luq 2x40 MVA gücündə “Kürəkçay”
yarımstansiyalarının açılışında
iştirak edib. Mərkəzdə elektrik enerjisinin alış
nöqtəsindən istehlak nöqtəsinə qədər
bütün mərhələlərdə şəbəkənin
idarə olunması, balansın real vaxt rejimində təhlil
edilməsi, sayğacların oxunması, yüksək və
aşağı gərginlikli şəbəkələrdə
fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin
təmin edilməsi, sərfiyyat göstəricilərinin
monitorinqinin aparılması mümkün olacaq.
“Azərbaycan
Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə sahəsində əlavə tədbirlər
haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 22 dekabr tarixli 3535
saylı Sərəncamının icrası ilə əlaqədar
“Azərişıq” ASC-nin balansına verilmiş Xızı
rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində
yerləşən Külək Elektrik Stansiyalarında təmir
və bərpa işləri aparılır. Stansiyaların
istehsal etdiyi elektrik enerjisinin ötürülməsi
üçün Yeni Yaşma Külək Elektrik
Stansiyasının ərazisində 20/110 kV-luq 2x40 MVA gücündə
və 10/35 kV-luq 4 MVA gücündə yarımstansiyalar
inşa edilib, 110 kV-luq “4-cü Yaşma” və 35 kV-luq
“Yaşma Bağları” hava xətləri ilə əlaqələndirilib.
6 ay ərzində ümumilikdə 135.494 ədəd
olmaqla, əhali istehlakçılarına aid 122.602 ədəd,
qeyri-əhali istehlakçılarına aid 12892 ədəd
uçot dəstləri bərpa olunub. Bundan əlavə,
ümumilikdə 100.799 ədəd, o cümlədən əhali
istehlakçılarına aid 90.369 ədəd, qeyri-əhali
istehlakçılarına aid 2.462 ədəd köhnə
elektrik sayğacları yenisi ilə əvəz edilib.
Görülmüş işlər nəticəsində
istehlakçılara satılan faydalı elektrik enerjisinə
görə ümumi yığım səviyyəsi hesabat
dövründə 94,6 faizə
çatdırılıb.
Hazırda bu yöndə işlər uğurla davam edir. Yeri gəlmişkən, qeyd
edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev avqustun 25-də İsmayıllı rayonuna səfəri
çərçivəsində burada yenidən qurulan 110/35/10
kilovoltluq 2x16 MVA gücə malik “İsmayıllı”
yarımstansiyasının açılışında
iştirak edib. “Azərişıq” Açıq
Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham
Əliyevə müəssisənin fəaliyyəti barədə
məlumat verib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə
ölkəmizdə elektroenergetika sahəsində mühüm
işlər görülüb. Bu sahədə
mövcud çatışmazlıqların aradan
qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət
mərkəzində saxlanılıb. İsmayıllı
rayonunda da energetika sisteminin yenidən qurulması, əhalinin
fasiləsiz elektrik enerjisi ilə təchizatı prioritet məsələlərdən
olub. İsmayıllı Elektrik Şəbəkəsinin
xidməti ərazisində son üç ildə aparılan
geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində
rayonun kəndlərinin və ətraf ərazilərin elektrik
təchizatının yaxşılaşdırılması,
inkişafda olan turizm, həmçinin kənd təsərrüfatı
obyektlərinin elektrik enerjisinə artan tələbatının
ödənilməsi üçün geniş imkanlar
yaranıb. Bu illərdə rayonda xeyli hava
xətləri çəkilib, üç kəndin elektrik
şəbəkəsi özünüdaşıyan
izolyasiyalı naqillərlə əvəzlənib və
hazırda bu işlər digər kəndlərdə davam
etdirilir. Bununla da İsmayıllı
Elektrik Şəbəkəsinin qoyuluş gücü
artıb, texniki itkilər ciddi şəkildə azalıb.
Diqqətə çatdırılıb ki, bu sahədə
işlər hazırda da davam etdirilir. Yaxın perspektivdə
110/10 kilovoltluq “Qubaxəlilli” yarımstansiyasının yenidən
qurularaq 110/35/10 kilovoltluq gərginlik sinfinə keçirilməsi,
35/10 kilovoltluq “Ağçay” yarımstansiyasının tikilməsi
nəzərdə tutulur.
Prezident İlham Əliyev yenidən qurulan 110/35/10
kilovoltluq “İsmayıllı” yarımstansiyasını işə
salıb. Məlumat verilib ki, “İsmayıllı”
yarımstansiyası istismar müddətini başa
vurduğundan müasir üslubda tamamilə yenidən qurulub.
Bu yarımstansiya vasitəsilə İsmayıllı şəhərinin
və ətraf 14 yaşayış məntəqəsinin, 35
kilovoltluq Basqal və 35 kilovoltluq İvanovka hava xətlərinin
üzərində olan 35/10 kilovoltluq “Girdimançay”, “Zərgəran”,
“Yeni Basqal” və “İvanovka” yarımstansiyalarının
elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiya elektrontipli rele mühafizəsi və
avtomatik sistemlərlə təchiz edilib, məsafədən
idarə olunan SCADA dispetçer idarəetmə sisteminə
qoşulub. Ümumiyyətlə, 22 min 148 abonentin elektrik
enerjisi ilə təmin edilməsi 110/35/10 kilovoltluq
“İsmayıllı” yarımstansiyası vasitəsilə yerinə
yetirilir.
Bildirilib
ki, rayonun Topçu, Buynuz, Sumağallı, Çayqovuşan,
İstisu və Qalacıq kəndlərinin və ətraf ərazilərin
elektrik təchizatının
yaxşılaşdırılması, kənd təsərrüfatının
inkişafı ilə bağlı yaradılan obyektlərin
elektrik enerjisinə olan tələbatının ödənilməsi
üçün 110/35/10 kilovoltluq 10 MVA gücündə
“Topçu” yarımstansiyası inşa edilib. Bu
yarımstansiyadan çıxan 10 kilovoltluq hava xətləri
vasitəsilə təxminən 1200 abonentin elektrik təchizatı
həyata keçirilir. Yarımstansiyanın
fəaliyyətə başlaması üçün işlər
davam etdirilir. İsmayıllı rayonunun Basqal qəsəbəsinin
və ətraf kəndlərin elektrik təchizatının
yaxşılaşdırılması məqsədilə 35/10
kilovoltluq 2,5 MVA gücündə “Yeni
Basqal” yarımstansiyası da inşa edilib və istismara
verilib. Yarımstansiyanı qidalandıran 35 kilovoltluq “Basqal”
hava xəttinin 2,3 kilometrlik hissəsi əsaslı
təmir olunub, 5,5 kilometrlik hissəsi isə yeni çəkilib.
Qeyd olunub ki, İsmayıllı Elektrik Şəbəkəsində
23 min 403 abonent mövcuddur. Onlardan 21 min 382-si əhali,
2021-i isə qeyri-əhali qrupuna aiddir.
Beləliklə, respublikanın bütün
istehlakçılarının fasiləsiz və keyfiyyətli
elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq”
ASC tərəfindən həyata keçirilən tədbirlər
davam etdirilir.
Nardar
BAYRAMLI
Yeni Azərbaycan.- 2018.- 4 sentyabr.- S.7.