Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçiriləcək

 

Sentyabrın 15-də Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçiriləcək.

Heydər Əliyev Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsert proqramında Azərbaycanın estrada müğənniləri musiqi qrupları, həmçinin Türkiyənin məşhurAnadolu atəşirəqs qrupu çıxış edəcək. Konsertdə Vətənə, Bakıya sevgini, Azərbaycan-Türkiyə qardaşlığını vəsf edən, eləcə populyar mahnılar təqdim olunacaq.

Tədbirdə Azərbaycanın Xalq artistləri Aygün Kazımova, Eyyub Yaqubov, Əməkdar artistlər Lalə Məmmədova, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Səbinə Babayeva, həmçinin tanınmış ifaçılar Natəvan Həbibi, Ceyhun Zeynalov, Murad Arif, “QayaRastqrupları çıxış edəcəklər. Türkiyənin məşhurAnadolu atəşiqrupu əsrarəngiz rəqslərlə gecəyə xüsusi rəng qatacaq.

Tədbir 20:00-da başlayacaq. Konsertə giriş sərbəstdir.

Yeni Azərbaycan.- 2018.- 15 senntyabr.- S.7.