Regionlarda kənd və qəsəbələrin
qazlaşdırılması istiqamətində ardıcıl tədbirlər
həyata keçirilir
Respublika ərazisində qaz təchizatı
sisteminin yenidən qurulması, həmçinin uzun müddət
təbii qaz almayan yaşayış məntəqələrinin
yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində
görülən işlər nəticəsində ölkəmizin
qaz təchizatı şəbəkəsi genişləndirilir
və müasirləşdirilir
Son illərdə Azərbaycanın bölgələrində
müasir infrastruktur quruculuğu geniş vüsət alıb
ki, bu da həm iqtisadi, həm də sosial mahiyyət
daşıyır. Regionlarda dövlət əsaslı vəsait
qoyuluşu hesabına yaradılan yüksək səviyyəli
infrastrukturdan bəhrələnən investorlar iqtisadiyyatın
müxtəlif sahələrinə məmnuniyyətlə
böyükhəcmli sərmayələr yönəldirlər.
Bunun nəticəsidir ki, artıq bölgələrdə də
yüksək iqtisadi aktivlik müşahidə edilir.
Eyni zamanda, regionlarda rahat yolların
salınması, generasiya güclərinin
artırılması, su layihələrinin icrası
insanların həyat şəraitinin
yaxşılaşmasına, kommunal xidmətlərə əlçatanlığın
təmin olunmasına müsbət təsir göstərir. Beləliklə,
yaşayış yerləri üzrə hər cür
rahatlıqlarla təmin olunan sakinlər, ələlxüsus da
gənclər doğma yurd yerlərinə daha möhkəm
tellərlə bağlanırlar.
Ölkə üzrə müasir infrastruktur
quruculuğu qazlaşdırma sahəsində də qabarıq
şəkildə nəzərə çarpır. Məlumdur
ki, bir vaxtlar bölgələrdə qazlaşdırma sahəsində
vəziyyət heç də ürəkaçan deyildi. Regionlarda çoxlu sayda yaşayış məntəqəsi
“mavi yanacaq”la təmin edilmədiyinə görə insanlar
gündəlik ehtiyaclarını ödəmək,
qışda evlərini isitmək üçün adətən
odundan istifadə edirdilər ki, bu da öz növbəsində
yaşıllıqların, meşələrin
qırılmasına səbəb olurdu.
Son 15 ildə regionların “mavi yanacaq”la təminatında
vəziyyət əhəmiyyətli dərəcədə dəyişib.
Bəhs olunan dövrdə bütün ölkə boyu
çoxlu sayda qazlaşdırma layihələri
reallaşdırılıb. Nəticədə, regionların
“mavi yanacaq” təminatı yaxşılaşıb, hətta əvvəllər
heç vaxt qazlaşdırılmamış
yaşayış məntəqələrinə də yeni boru
kəmərləri çəkilib və hazırda sakinlərin
evlərində “mavi yanacaq” alovlanır.
Həyata keçirilən məqsədyönlü
tədbirlər sayəsində ölkə üzrə
qazlaşdırmanın səviyyəsi 93 faizə
çatdırılıb ki, bu da kifayət qədər
yaxşı göstəricidir. Növbəti hədəf isə
belədir: 2018-ci ilin sonunadək respublika miqyasında
qazlaşdırmanın səviyyəsini 95 faizə
çatdırmaq. Eyni zamanda, ucqar dağ kəndlərinin
qazlaşdırılması da nəzərdə tutulub.
Qarşıya qoyulan məqsədə
çatmaq üçün cari ilin əvvəlindən
regionlarda yeni qazlaşdırma layihələrinin icrası
uğurla davam etdirilir. SOCAR-ın “Azəriqaz”
İstehsalat Birliyindən (İB) bildirilib ki, “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrası istiqamətində İB tərəfindən
respublika ərazisində qaz təchizatı sisteminin yenidən
qurulması, kənd və qəsəbələrin
qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış
məntəqələrinin yenidən “mavi yanacaq”la təmin
edilməsi istiqamətində görülən məqsədyönlü
tədbirlər nəticəsində respublikanın qaz təchizatı
şəbəkəsi genişləndirilir və müasirləşdirilir.
Onu da qeyd edək ki, SOCAR-ın “Azəriqaz”
İstehsalat Birliyi (İB) tərəfindən Şabran
rayonunun Qorğan kəndinin qazlaşdırılması
işi başa çatdırılaraq, abonentlərə “mavi
yanacağ”ın verilməsinə başlanılıb.
Sentyabrın 4-də Qorğan kəndinə təbii qazın
verilməsi münasibətilə keçirilən mərasimdə
rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İB-nin
nümayəndələri, ziyalılar, eləcə də kənd
sakinləri iştirak ediblər. Mərasimdə
çıxış edənlər yaşayış məntəqəsinə
təbii qazın verilməsi münasibətilə kənd
sakinlərini təbrik ediblər. Bildirilib ki, Qorğan kəndinin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında ümumi uzunluğu 12 min 462 metr olan
müxtəlif diametrli polad və polietilen borularla
daşıyıcı və məhəllədaxili qaz xətləri
çəkilib. Bununla yanaşı, kənddəki 101 abonent
üçün qaz sayğacı və fərdi tənzimləyici
quraşdırılıb.
Çıxışlarda rayonun
yaşayış məntəqələrinin, xüsusən də
dağ kəndlərinin “mavi yanacaq”la təminatı vətəndaşlarla
yanaşı, təbiətə, ətraf mühitə
qayğı kimi qiymətləndirilib. Qeyd olunub ki, rayonun
Sumağava Qazma kəndinin də qazlaşdırılması
işləri yekunlaşdırılıb. Tezliklə bu
yaşayış məntəqəsinin sakinləri də “mavi
yanacaq”la təmin ediləcəklər.
Mərasimdə çıxış edən kənd
ağsaqqalları əhalinin sosial problemlərinin həllinə
göstərilən yüksək diqqət və
qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını
bildiriblər. Sonra məşəl alovlandırılıb və
kəndə təbii qaz verilib.
Regionların sosial-iqtisadi inkişafına dair
Dövlət proqramlarına uyğun olaraq respublikanın digər
şəhər və rayonları kimi, Quba rayonunun
yaşayış məntəqələrinin
qazlaşdırılması istiqamətində də
ardıcıl tədbirlər həyata keçirilir.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən
Quba rayonunun Ərməki və Güneyməhəllə kəndlərinin
qazlaşdırılması işi yekunlaşıb və
abonentlərə “mavi yanacağ”ın verilməsinə
başlanılıb. Sentyabrın 5-də
yaşayış məntəqələrinə ilk dəfə
təbii qazın verilməsi münasibətilə Ərməki
kəndində keçirilən mərasimdə rayon İcra
Hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri,
ziyalılar, eləcə də kənd sakinləri iştirak
ediblər. Ərməki kəndinin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında ümumi uzunluğu 1160 metr polietilen boru ilə
daşıyıcı xətt çəkilib. Bununla yanaşı,
7 min 482 metr müxtəlif diametrli metal borularla paylayıcı
və məhəllədaxili qaz xətləri çəkilib,
bütün mənzillərə qaz sayğacları
quraşdırılıb. Kənddə 143 abonent ilk dəfə
“mavi yanacaq”dan istifadə etməyə başlayıb.
Güneyməhəllə kəndinin
qazlaşdırılması üçün isə ümumi
uzunluğu 8 min 319 metr qaz xətti çəkilib. Bu
yaşayış məntəqəsində 75 abonent ilk dəfə
“mavi yanacaq”dan istifadə edəcək.
Sentyabrın 11-də isə Ağsu rayonunun
Nuran kəndinə təbii qaz verilib. Bu məqsədlə
keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və
“Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri,
ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 144 abonenti olan kəndin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında ümumi uzunluğu 5 min 135 metr müxtəlif
diametrli polietilen və ümumi uzunluğu 12 min 668 metr müxtəlif
diametrli metal borularla daşıyıcı, paylayıcı və
məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə
sayğac və fərdi tənzimləyici
quraşdırılıb.
Hazırda rayonun Hinqar, Nüydü və
Gürcüvan kəndlərində tikinti quraşdırma
işləri davam etdirilir. Tezliklə tikintisi başa
çatmış yaşayış məntəqələrinə
də ardıcıllıqla təbii qazın verilişi təmin
olunacaq.
Respublika ərazisində qaz təchizatı
sisteminin yenidən qurulması, uzun müddət təbii qaz
almayan yaşayış məntəqələrinin yenidən
“mavi yanacaq”la təmin edilməsi, həmçinin kənd və
qəsəbələrin qazlaşdırılması istiqamətində
görülən məqsədyönlü tədbirlərin davamı olaraq sentyabrın 13-də Şamaxı
rayonunun Ovçulu və Bağırlı kəndlərinə
təbii qazın verilməsi sakinlərin böyük sevincinə
səbəb olub. 200 abonenti olan Ovçulu kəndinin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında ümumi uzunluğu 11 min 106 metr müxtəlif
diametrli metal borularla
daşıyıcı, paylayıcı və məhəllədaxili
qaz xətləri çəkilib, mənzillərə
sayğac və fərdi tənzimləyici quraşdırılıb.
490 abonenti olan Bağırlı kəndinin
qazlaşdırılması üçün isə birpilləli
sistem əsasında ümumi uzunluğu 5 min 853 metr müxtəlif
diametrli polietilen və ümumi uzunluğu 23 min 831 metr müxtəlif
diametrli metal borularla daşıyıcı, paylayıcı və
məhəllədaxili qaz xətləri çəkilib, hər
bir mənzilə sayğac və fərdi tənzimləyici
quraşdırılıb.
Yeni qazlaşdırılan kəndlərdə
qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə
sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən
istifadə etməsinə və istehlakçılara
ötürülən qazın sabit rejimdə
saxlanılmasına zəmin yaradır.
Hazırda rayonun Osmanbəyli, Qonaqkənd və
Hacıqədirli kəndlərində tikinti quraşdırma
işləri davam etdirilir. Tezliklə tikintisi başa
çatmış yaşayış məntəqələrinə
də ardıcıllıqla təbii qazın verilişi təmin
olunacaq.
Bu prosses ölkənin cənub bölgəsində
də uğurla davam edir. Belə ki, bu günlərdə Lənkəran
rayonunun Haftoni qəsəbəsinə təbii qaz verilib. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən
(İB) bildirilib ki, İB tərəfindən respublika ərazisində
qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət
təbii qaz almayan yaşayış məntəqələrinin
yenidən “mavi yanacaq”la təmin edilməsi, həmçinin kənd
və qəsəbələrin qazlaşdırılması
istiqamətində görülən məqsədyönlü
tədbirlərin davamı olaraq Lənkəran rayonunun Haftoni qəsəbəsinə
təbii qazın verilməsi sakinlərin böyük sevincinə
səbəb olub. 612 abonenti olan qəsəbənin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında ümumi uzunluğu 6
min 883 metr müxtəlif diametrli polietilen və ümumi
uzunluğu 27 min 424 metr müxtəlif diametrli metal borularla
daşıyıcı, paylayıcı və məhəllədaxili
qaz xətləri çəkilib, mənzillərə
sayğac və fərdi tənzimləyici
quraşdırılıb.
Hazırda rayonun Mollakənd və Şovu kəndlərində
tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə
tikintisi başa çatmış yaşayış məntəqələrinə
də ardıcıllıqla təbii qazın verilişi təmin
ediləcək.
Cəlilabad rayonunun Cəlayir kəndinə
də təbii qazın verilməsi kənd sakinlərinin
böyük sevincinə səbəb olub. 147 abonenti olan kəndin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında ümumi uzunluğu 3 min 54 metr müxtəlif
diametrli polietilen və ümumi uzunluğu 11 min 383 metr
müxtəlif diametrli metal borularla daşıyıcı,
paylayıcı və məhəllədaxili qaz xətləri
çəkilib, hər bir mənzilə sayğac və fərdi
tənzimləyici quraşdırılıb.
Nardar BAYRAMLI
Azad Azərbaycan.-
2018.- 19 sentyabr.- S.7.